-
23 avq, 23
İtaliyada təqaüdlə təhsil: Ən məşhur təqaüd proqramları və müraciət qaydası
İtaliyada təqaüdlə təhsil: Ən məşhur təqaüd proqramları və müraciət qaydası
İtaliyada təqaüdlə təhsil almaq beynəlxalq tələbələr üçün ən sərfəli seçimlərdən biridir. Dövlət, regional və universitet daxili təqaüdlər sayəsində təhsil haqqından azad olmaq və yaşayış xərclərinin böyük hissəsini qarşılamaq mümkündür.
Bu bloq yazısında İtaliyada təqaüdlərlə bağlı ağlınızdakı bütün suallara cavab tapacaq, ən məşhur təqaüd proqramları və onlara müraciət qaydaları ilə tanış olacaqsınız.
İtaliyada təqaüdlə təhsil üçün ən məşhur təqaüd proqramları
İtaliyada təqaüd almaq üçün əvvəlcə universitetdən qəbul məktubu əldə edilməli, daha sonra uyğun təqaüd proqramına tələb olunan sənədlərlə birlikdə müraciət edilməlidir.
İtaliyada təqaüdlə təhsil almaq istəyən tələbələr üçün müxtəlif maliyyə dəstəyi proqramları mövcuddur. Təqaüd növü seçilən universitetə, regiona və müraciət şərtlərinə görə dəyişə bilər.
1. Regional təqaüdlər (DSU, EDISU, DiSCo və s.)
İtaliyada təqaüdlə təhsil almaq istəyən beynəlxalq tələbələrin ən çox müraciət etdiyi və qazanma şansı yüksək olan proqramlardan biri regional təqaüdlərdir. Bu təqaüdlər tələbənin akademik uğuruna yox, ailəsinin maddi durumuna (ISEE dəyərinə) əsasən verilir. Hər regionun öz qurumu var:
· Lazio – DiSCo
· Lombardia – Diritto allo Studio / regional DSU
· Piemonte – EDISU
· Toscana – DSU Toscana
· Emilia-Romagna – ER.GO
İtaliyada regional təqaüdün əhatə etdiyi imkanlar:
- Təhsil haqqından tam azad olma.
- İllik təqribən 6,000 – 7,000 avro arası nəqd pul yardımı.
- Universitet yataqxanasında pulsuz və ya çox ucuz yerləşmə.
- Universitet yeməkxanalarında (Mensa) gündəlik pulsuz yemək kuponları.
2. MAECI (İtaliya Xarici İşlər Nazirliyinin Təqaüdü)
İtaliya hökuməti tərəfindən xarici tələbələrə verilən ən nüfuzlu təqaüdlərdən biridir. Bu təqaüd tamamilə akademik göstəricilərə (giriş imtahanı balları, bakalavr ortalaması (GPA), CV və motivasiya məktubu) əsaslanır. Magistr və doktorantura pilləsində təhsil almaq istəyən tələbələr üçün daha uyğundur.
- Müddəti: Adətən 3, 6 və ya 9 aylıq verilir (yenilənə bilər).
- Kömək: Aylıq təqribən 900 avro təqaüd və tibbi sığorta təmin edilir.
3. Invest Your Talent in Italy (IYT)
Xüsusilə mühəndislik, İKT, menecment və iqtisadiyyat sahələrində magistratura oxumaq istəyən tələbələr üçün ideal proqramdır. Bu proqram təhsillə yanaşı, İtaliya şirkətlərində məcburi staj (internship) imkanı da yaradır.
- Üstünlüyü: Aylıq təqaüd verilir və təhsil haqqı tam qarşılanır. İtalyan biznes mühitinə birbaşa inteqrasiya şansı təklif edir.
4. Universitetlərin daxili Merit-Based (Uğur) təqaüdləri
İtaliyada təqaüdlə təhsil imkanlarından biri də universitetlərin akademik göstəricilərə əsaslanan merit təqaüdləridir. Bologna, Sapienza, Polimi, Unito kimi İtaliyanın top universitetləri hər il qəbul zamanı ən yüksək akademik göstəriciyə malik beynəlxalq tələbələrə xüsusi təqaüdlər ayırır. Universitetdən asılı olaraq müxtəlif məbləğlərdə maliyyə dəstəyi təqdim olunur. Bu proqramlarda seçim əsasən GPA, CV, motivasiya məktubu və digər akademik göstəricilərə əsasən aparılır.
İtaliyada təqaüd müraciəti üçün hansı sənədlər tələb olunur?
İtaliyada təqaüdlə təhsil üçün müraciət zamanı tələb olunan sənədlərin düzgün hazırlanması qəbul şansını artıran əsas amillərdəndir.
Regional (maddi duruma əsaslanan) təqaüdlər üçün tələb olunan sənədlər bir az spesifikdir. Buna ISEE Parificato sənədləri deyilir:
- Ailə tərkibi haqqında arayış (Ailədə kimlərin birlikdə yaşadığını göstərən sənəd).
- Ailə üzvlərinin illik gəlir bəyannaməsi (İş yerindən arayış və ya vergi bəyannaməsi).
- Ailəyə məxsus daşınmaz əmlak sənədləri (Evin kvadratmetri qeyd olunmaqla) və ya mülkün olmaması barədə arayış.
- Bank hesabındakı qalıqlar (Ailə üzvlərinin ötən ilin sonuna olan bank hesabatları).
Vacib Qeyd: Bu sənədlərin hamısı Azərbaycan dilindən İtalyan dilinə tərcümə olunmalı, Apostil edilməli və İtaliya Səfirliyi tərəfindən təsdiqlənməlidir.
İtaliyada təqaüd almaq üçün İtalyan dili bilmək şərtdir?
Xeyr. İtaliyada yüzlərlə ingilis dilli bakalavr və magistr proqramları var. İngilis dilində təhsil alan tələbələr də regional və dövlət təqaüdlərinə tam hüquqlu şəkildə müraciət edə bilərlər. IELTS (minimum 6.0) və ya TOEFL sertifikatı kifayətdir.
IELTS olmadan İtaliyada təqaüdlə təhsil ala bilər?
Bəzi universitetlər universitetdən alınan "Təhsil dilinin ingilis dili olması barədə arayış" (Medium of Instruction) ilə qəbul verir. Universitet IELTS olmadan qəbul versə belə, bəzi hallarda viza mərhələsində əlavə dil sübutu tələb oluna bilər.
Təqaüd alan tələbə İtaliyada işləyə bilərmi?
Bəli. İtaliya qanunvericiliyinə görə, tələbə vizası olan hər bir şəxs həftədə maksimum 20 saat rəsmi (part-time) işləmək hüququna malikdir.
İtaliyada təqaüdlə təhsil üçün vacib tövsiyələr
- Erkən başlayın: Universitet qəbulları adətən Noyabr-Aprel aylarında baş verir. Təqaüd müraciətləri isə İyun-Avqust aylarında aktivləşir. Vaxt itirmədən sənədləşməyə başlayın.
- Universitet qəbulunu zəmanətə alın: Regional təqaüdə müraciət etmək üçün əlinizdə hər hansı bir İtaliya universitetindən rəsmi qəbul məktubu (Acceptance Letter) olmalıdır.
- Sənədlərin dəqiqliyi: İtalyan bürokratiyası sənədlərdəki ən kiçik hərf və ya rəqəm xətasına qarşı həssasdır. Adların pasportla eyni yazılmasına diqqət edin.
İtaliyada təhsil almaq sadəcə diplom yox, həm də Avropanın mərkəzində unikal bir yaşam təcrübəsi qazanmaq deməkdir. Düzgün planlaşdırılmış müraciət prosesi və uyğun təqaüd proqramı seçimi ilə İtaliyada təqaüdlə təhsil almaq bir çox tələbə üçün real imkan yaradır.