Cexiyada Tehsil
Çexiya orta əsr şəhərləri, mənzərəli mənzərələri və monumental qalaları ilə unudulmaz təhsil təcrübəsi təqdim edir. Avropanın mərkəzində yerləşən Çexiya xaricdə təhsillərini davam etdirmək istəyən beynəlxalq tələbələr üçün mükəmməl yerdir. Mərkəzi Avropa ölkəsi yüksək keyfiyyətli təhsil imkanları, aşağı yaşayış xərcləri və canlı tələbə həyatı sayəsində tələbələr üçün çox populyar bir məkana çevrilmişdir. Həqiqətən qonaqpərvər yerli mədəniyyət və aspiranturadan sonrakı iş imkanları Çexiyada təhsil almaq üçün digər əla səbəblərdir.
Cexiyada tehsil avropa ölkələri arasında ən çox müraciət edilənlər sihaısındadır. Bu müraciət isə hər il daha da artmaqdadır. Çexiyanın avropanın mərkəzində yerləşməsi, təhsil səviyyəsinin üstünlüyü, tarixi və möhtəşəmliyi tələbələr kimi turistləridə özünə cəlb edir. Burada 42 mindən çox əcnəbi tələbə təhsil almaqda davam edir. Burada ən qədim universitetlərdən hesab edilən Çarles Universiteti 1378-ci ildə təsis edilmişdir. Burada 26 dövlət, 30 özəl universitet fəaliyyət göstərir. Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı 200 Universiteti siyahısında Çexiyanın 12 universiteti yer almaqdadır.
Çexiyada təhsil həm çex həm də ingilis dilində olmaqla iki dildə tədris olunur. Bəzi universitetlərində isə rus, alman, fransız dilində də tədris olunan ixtisaslar mövcuddur. Burada siz bakalavr, magistatura, doktarantura kimi ali təhsil dərəclərində təhsilinizi davam etdirə bilərsiniz. Bakalavr təhsili 3-4 il, Magistatura isə 1-3 il müddətindədir.
Çexiyanın dövlət universitetlərində çex dilində təhsil pulsuzdur. Özəl universitetlərində isə pullu təhsil ala biləsiniz. Xarici tələbələrin rəylərinə görə burada təhsil və yaşayış xərcləri də digər avropa ölkələrinə baxdıqda çox münasibdir. Hətta bəzilərinə görə çox normaldır.