Hollandiyada tehsil
Hollandiya adı ilə məşhur olan ölkənin əsl adı Niderlanddır. Hollandiyanı təkrarolunmaz edən şey onun təhsil sistemidir. Hollandiya dünyanın proqramlaşdırma şirkətlərinin mərkəzi hesab olunur. Hollandiya kompüter mühəndisləri və proqramlaşdırma mütəxəssisləri üçün çox böyük imkanlar açır. Hollandiya Böyük Britaniyadan sonra ana dili İngilis dili olan ikinci ölkədir ki, İngilis dilində çox geniş beynəlxalaq proqramlar təklif edir.
Hollandiyada bakalavr təhsili
Hollandiya Avropada ən çox ingilis dilli proqramlara malik ölkələrdən biridir. Hollandiyada bakalavr proqramları iki versiyada mövcuddur. Birinci versiya dörd illik proqramlardır. Əgər tələbə Azərbaycanda attestat proqramını bitiribsə və sadəcə ingilis dili bilikləri varsa, dörd illik proqramlara müraciət etməsi daha məqsədəuyğundur. Çünki Hollandiyanın dörd illik bakalavr sistemi Azərbaycanın dörd illik universitet proqramlarına çox uyğundur. Əgər tələbə daha çox tədqiqat yönümlü üç illik proqramlara getmək istəyirsə, mütləq şəkildə beynəlxalq High School diplomu əldə etməlidir. Üç illik proqramlar, əsasən Erasmus, Amsterdam və Groningen kimi universitetlərdə mövcuddur. High School diplomu vasitəsilə azərbaycanlı tələbələr birbaşa bakalavr proqramlarına müraciət edə bilər.
Hollandiyada magistr tehsili
Hollandiyada magistr proqramları çox genişdir və təhsil haqları 17000-18000 avrodan başlayır. Universitetlərdə rəqabət güclüdür və dövlət tərəfindən hər hansı maliyyə dəstəyi yoxdur. Bəzi universitetlərin daxili təqaüdləri və ya endirimləri olur və yüksək GPA, beynəxalq sertifikatlarınız olduğu halda təqaüd qazanma şansınız da çoxalır. Hollandiyada magistr proqramları bir illik təhsil imkanları təqdim edir.
Hollandiyada Magistr proqramlarına nə zaman müraciət etməliyəm?
Hollandiyanın magistr proqramına müraciətlər sentyabr ayında başlanır. Hər bir universitet son müraciət üçün fərqli müddət təyin edir. Son müraciət tarixini qaçırmadan əksiksiz müraciət etmək önəmlidir.
Hollandiya universitetləri
Hollandiyada təhsil almaq istəyən tələbələr tədqiqat yönümlü təhsil proqramları və ya təcrübə yönümlü akademik təkliflər arasından seçim edə bilərlər. Bakalavr, magistr və PhD proqramları tələbələrin seçimlərinə uyğun olaraq hazırlanır.
Hollandiyanın ən yaxşı universitetləri arasında Amsterdam Universiteti, Utrext Universiteti, Radboud Universiteti, Tvente Universiteti, Delft Texnologiya Universiteti və Rotterdam Erasmus Universiteti var. Tibb, hüquq, mühəndislik və biznesin idarə edilməsi üzrə təhsil almaq üçün bir neçə beynəlxalq səviyyədə tanınmış dərəcə proqramları mövcuddur.
Hollandiyada təhsil almaq üçün təhsil haqları münasibdir. Qeyri-AB ölkələrindən gələn tələbələr üçün fərqli tariflər tətbiq oluna bilər. Təhsil haqqının ümumi dəyəri seçdiyiniz universitet və dərəcə proqramından asılı olaraq dəyişə bilər. Bir çox Hollandiya universitetləri beynəlxalq tələbələr üçün ödəniş endirimləri, qrantlar və təqaüdlər təklif edir.
Hollandiyada yasam
Bütün mənşəli tələbələr Hollandiyada rahat həyat sürə bilərlər. Böyük Hollandiya şəhərləri aktiv sosial və gecə həyatı ilə canlı bir atmosfer təklif edir. Bu, çoxsaylı muzeylər və sənət qalereyaları ilə əsl mədəniyyət mərkəzidir. Yay festivalları və yeni insanlarla görüşməyə imkan verən yerli tədbirlərdə həmişə nəsə olur. Hollandiyalılar çox qonaqpərvər, yardımsevər və ünsiyyətcildirlər.
Siz Hollandiyanın mənzərəli mənzərələrini kəşf etməlisiniz. Şəhər ərazilərindəki yaşıl sahələr dostlarınız və sinif yoldaşlarınızla istirahət etmək üçün olduqca məşhur yerlərdir. Şəhər parkları Hollandiyada, xüsusən də hava gözəl olduqda, yaşayışın ayrılmaz hissəsidir. Hollandiya şəhərləri də velosiped dostudur; Hollandiyalılar velosiped sürməyi və sağlam həyat tərzi keçirməyi sevirlər. Amsterdam kanalları boyunca gəzmək, özünəməxsus Holland memarlığından zövq almaq və gözəl lalə tarlalarında velosiped sürmək Hollandiyada yaşamağın bir çox üstünlükləri arasındadır.
Hollandiya təhsil vizası
Holland təhsil müəssisəsinə qəbul olduğunuz təqdirdə Hollandiya tələbə vizasına müraciət edə bilərsiniz. Hollandiyada təhsil almaq üçün hər bir şəxs Hollandiya tələbə vizası və yaşayış icazəsi əldə etməlidir. Tələb olunan sənədlər:
• Akademik transkript
• Təhsil alacağınız təhsil müəssisədən rəsmi qəbul məktubu
• Tam təhsil planı. Xüsusi sahədə təhsil alma səbəbinizi və bunun sizin əvvəlki təhsilinizlə nə dərəcədə əlaqəli olduğunuzu izah etməlisiniz.
• Təhsil alacağınız müddətdə özünüzü maddi cəhətdən təmin edəcəyinizə dair sübut. Bu məbləğ, aylıq təqribi 870 avro təşkil edir.
• Qaldığınız müddət ərzində səyahət və tibbi sığorta.
• Viza rüsumu – 317 avro
• Tuberkuloz test nəticəsi. Bu testi Hollandiyaya gəlməzdən qabaq üç ay ərzində almalısınız.
• Təhsil almaq istədiyiniz universitet\kollecdə qeydiyyatdan keçməlisiniz.
• Gəlir mənbəyi.
• Şəkil, pasport və əvvəlki vizaların orijinal surəti.
Sənədləriniz ya holland, ya ingilis, ya fransız ya da alman dilinə olmalıdır. Tərcümə olunmayıbsa, sertifikasiyalı holland tərcüməçi tərəfindən tərcümə olunmalı və orijinal sənədlərlə birlikdə təqdim olunmalıdır.
Vizanın müddəti təhsil müddətinizdən asılı olaraq 5 ilə qədərdir.
Tələbə hər təqvim ili üzrə tələb olunan kreditlərin ən az 50%-ni tamamlamalıdır. Əks halda tələbə vizası ləğv olunacaq.
Tələbə vizası ilə iş imkanı:
1. Həftə ərzində maksimum 16 saat işləmək imkanı.
2. İyun, iyul və avqust aylarında bütün gün işləmək olar.
3. İş icazəsi alınmalıdır. İşəgötürən şəxs bunu sizin adınızdan etməlidir.
Hollandiyada islemek
Universitetlərdən məzun olan Gənc istedadların ölkədəq alıb işləməsi üçün bir çox təşviqlər var. Məzuniyyətdən sonra Hollandiyada qalıb işləmək istəyən tələbələr üçün bir illik yaşamaq icazəsi verilir. Bu vaxt özünüz üçün uyğun bir iş axtara bilirsiniz.
Hollandiyada təqaüdlə təhsil
Hollandiyada pulsuz təhsil almaq mümkündür. Təqaüd proqramlarına baş vuraraq siz qazana və Hollandiyada pulsuz təhsil ala bilərsiniz.Hollandiyada pulsuz təhsil təhsil ala biləcəyiniz bəzi universitet adları bunlardır.Universitetlərdən məzun olan Gənc istedadların ölkədəq alıb işləməsi üçün bir çox təşviqlər var. Məzuniyyətdən sonra Hollandiyada qalıb işləmək istəyən tələbələr üçün bir illik yaşamaq icazəsi verilir. Bu vaxt özünüz üçün uyğun bir iş axtara bilirsiniz.Xaricdə təhsil almaq istəyən Eindhoven Texnologiya Universitetinin onlar üçün nəzərdə tutduğu Amandus H. Lundqvist təqaüd proqramına müraciət edə bilərlər. Proqramda beynəlxalq tələbələr iştirak edə bilər.
Tələblər:
-Bakalavr dərəcəsi;
-Akademik göstərisi 80%-dən çox;
-Mükəmməl ingilis dili biliyi olan tələbələr müraciət edə bilər.
-Transkript
-Təqaüd dəyəri:
Proqram təhsil haqqını (15000 avro) və yaşayış xərclərini (illik 5000 avro) qarşılayır.
Niyə Hollandiyada təhsil?
Hollandiya universitetlərində bakalavr, magistr və ya PhD proqramlarına daxil olmaq istəsəniz yüksək keyfiyyətli təhsil sistemi var. Hollandiyadakı akademik mühit beynəlxalq tələbələrə qarşı çox mehriban və qonaqpərvərdir. Müxtəlif fənlər üzrə çoxsaylı proqramların olması Hollandiyanı xaricdə təhsil almaq üçün ilk seçimlərdən birinə çevirir. Əlverişli təhsil haqları və aşağı yaşayış xərcləri Hollandiyada təhsil almağın digər böyük üstünlükləridir. Üstəlik, uğurlu beynəlxalq tələbələr üçün təhsil haqlarını və yaşayış xərclərini əhatə edən çoxsaylı təqaüd imkanları mövcuddur.
Ali təhsil
Hollandiyada üçpilləli ali təhsil sistemi mövcuddur. Birinci pillədə üçillik və dördillik bakalavr proqramları təklif edilir. Təhsilin sonunda humanitar (Bachelor of Arts, BA) və ya təbiət elmləri (Bachelor of Science, BS) bakalavr dərəcəsi verilir. Dərəcənin alınması üçün üçillik təhsildə 180 və ya dördillik təhsildə 240 kredit (Avropa Kredit Transfer Sisteminə əsasən) almaq lazımdır.
İkinci pillədə magistr proqramları təklif olunur. Burada təhsil 1 və ya 2 il davam edir. Magistr dərəcəsinin alınması üçün müvafiq olaraq 60 və ya 120 kredit qazanmaq lazımdır. Təbiət elmləri və texnologiyalar sahəsi üzrə ikiillik proqramlar nəzərdə tutulub.
Ali təhsilin üçüncü pilləsinə doktorluq (Dr., PhD-nin analoqu) proqramı daxildir. Bu pillədə təhsil almaq istəyənlərin magistr dərəcəsinin olması zəruridir. Doktorluq dərəcəsi yalnız universitetlər tərəfindən təklif olunur. Bu pillədə təhsil ən azı dörd il davam edir. Doktorluq dərəcəsinin alınması üçün təhsilin sonunda dissertasiya işi müdafiə olunmalıdır.
Hollandiya’da təklif olunan Foundation proqram ödənişləri nə qədərdir?
3 semestr üçün təklif olunan Foundation proqram haqqı 16.900 EUR’dur.
2 semestr üçün təklif olunan Foundation proqram haqql 11.000 EUR’dur.