Back

Yüksək və keyfiyyətli təhsil ölkənin davamlı inkişafını və şəxsi uğurunu təmin edən əsas amillərdən biridir. Təsadüfi deyil ki, xaricdə təhsil almaq istəyən gənclərin sayı ildən-ilə artır. Beləliklə, artan tələbə axını bizi 2018-ci ildə Sko Student xaricdə təhsil şirkətini açmağa sövq etdi.

Sko Student Xaricdə Təhsil Mərkəzi Azərbaycanın xaricdə təhsil bazarına nüfuzlu perspektiv gətirmiş Azərbaycanın ən güclü və prestijli təhsil mərkəzlərindən biridir. Məqsədimiz tələbələrə təhsil və karyera məqsədlərinə uyğun olaraq peşəkar məsləhət xidmətləri göstərməkdir.

Sko Student öz tərəfdaşlarını diqqətlə seçir və yalnız yerli və beynəlxalq ixtisas qurumları tərəfindən akkreditə olunmuş nüfuzlu təhsil müəssisələri ilə işləyir. Sko Student-də bir çox təlim keçmiş məsləhətçilər sizi ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Almaniya, Fransa, İtaliya, Avstriya, Polşa, Çexiya, Macarıstan, Latvia, Litva, Estoniya, Slovakiya, Xorvatiya, İsveçrə, Norveç, Finlandiya, İsveç, Danimarka, Belçika, Hollandiya, İspaniya, Sloveniya, Yaponiya, Çin, Cənubi Koreya, Türkiyə, Rusiya, Malta və Dubay kimi ölkələrdə universitetlərə, kolleclərə və dil kurslarına yerləşdiriləməsinə köməklik edəcək. Bizim həmçinin peşəkar komandamız viza üçün sənədləşmə işlərini də həyata keçirir. Təmsil etdiyimiz müəssisələrə qeydiyyat üçün Sko Student-də məsləhət xidmətləri pulsuzdur. Tələbələrimizə aşağıdakı xidmətləri təklif edirik:

Uyğun universitet və proqramı tapmaq üçün məsləhət, Qeydiyyat prosedurları, Vizalar, Yerləşdirmə, Səyahət, Sığorta, Uçuş biletləri, Uçuşdan əvvəl oriyentasiyalar, Proqram ərzində davamlı dəstək.

Hal hazırda ofisimiz olmaqla yanaşı bir neçə ölkədə onlayn olaraq da fəaliyyət göstəririk.