Back

Almaniyada tehsil
Almaniya 2018-ci ilin statistikalarına görə Avropanın ən böyük, dünyanın isə ən böyük dördüncü iqtisadiyyatıdır. Almaniyada 2017-ci ildən bəri 350.000-dən çox beynəlxalq tələbə təhsil alır. Ölkədə 400-dən çox universitet, 14.500-ə yaxın bakalavr və magistr proqramı təklif olunur. 16 ştatdan 11-də təhsil haqqı yoxdur və ya çox aşağıdır. Almaniya universitetləri dəqiq elmlər, tibb, mühəndislik və iqtisadiyyat kimi sahələrdə ixtisaslaşıb. Almaniyada alman, ingilis və ya hər iki dildə təhsil ala bilərsiniz. Almaniyada tehsil almaq üçün alman dilini bilmək məcburi deyil. Əgər ingilis dilində təhsil alacaqsınızsa, IELTS və ya TOEFL sertifikatlarından birini təqdim etməyiniz kifayətdir. Lakin bakalavr proqramlarının əksəriyyəti alman dilində olduğundan və ingilis dilli proqramların daha baha olduğunu nəzərə alaraq alman dilini bilmək üstünlükdür.

Almaniyada bakalavr tehsili
Almaniyada iki yolla bakalavr təhsili almaq mümkündür və 3 il davam edir. Birincisi, Almaniyada tam orta təhsil 12 il olduğundan birbaşa attestatla qəbul mümkün deyil. Bunun üçün Almaniyada “studienkolleg” adlı hazırlıq proqramı keçmək lazımdır. Bu tip kolleclərin sayı hər ştat üzrə 1-dir və yalnız alman dilindədir. Bu proqramı uğurla bitirdikdən sonra Almaniya universitetlərinə bakalavr proqramlarına qəbul ola bilərsiniz. İkinci yol isə Azərbaycanda hər hansı ixtisas üzrə ən azı iki il və ya daha çox oxuyub həmin transkript və attestat qiymətləri ilə Almaniyada bakalavr proqramlarına müraciət etməkdir. Attestatla birbaşa bakalavr proqramlarına qəbul yalnız özəl universitetlərdə mümkündür. Almaniyada özəl universitetlərin təhsil haqqı universitetdən asılı olaraq təqribən 10.000 avrodan başlayır.

Almaniyada tehsil magistratura
Almaniyada təhsil almaq istəyən tələbələrin əksəriyyəti magistr proqramlarına müraciət edir. İngilis dilində çoxsaylı magistr proqramları mövcuddur. İlkin şərtlər isə ondan ibarətdir ki, Azərbaycanda bakalavr diplomu və dövlət universitetlərində təhsil almaq üçün yüksək ortalama bal lazımdır. Təhsil alacağınız dilə uyğun olaraq ingilis və ya alman dilində dil sertifikatı almaq lazımdır. Bu ingilis dilində IELTS və ya TOEFL, alman dilində isə TestDaf imtahanıdır. Almaniyada univeristetler magistr proqramlarına qəbul zamanı GPA balına xüsusilə önəm verilir, çünki ingilis dilli proqramların əksəriyyəti rəqabətlidir. Ən azı 80-85+ GPA balı ilə Almaniyada universitetlerə rahat qəbul mümkündür. Almaniyada magistr təhsili bakalavrda oxuduğunuz ixtisasa uyğun olmalıdır. Xüsusilə dövlət universitetləri bu məqama xüsusi diqqət yetirirlər.

Almaniyada təqaudlu tehsili
DAAD gənclərə Almaniya daxili və xaricində beynəlxalq təhsil və tədqiqat təcrübəsini toplamağa imkanı yaradır. Əksər xarici DAAD təqaüdçüləri magistr və doktorantura tələbələridir. Təqaüd imkanları məzunlara şamil olunur. Çünki onlar ilk akademik nailiyyyətlərini əldə etmiş və təqaüddən təhsilin ilkin dövründə olan tələbələrdən daha yaxşı faydalana bilərlər. Təqaüd paketi bakalavr, magistr və doktorantura proqramları üzrə təqaüdlər təklif edir.

Almaniyada təqaüd proqramları
Almaniyada yay dil kursu təqaüdü. Bu kursa iki il bakalavr təhsili oxuyan, lakin sonuncu kurs olmayan tələbələr müraciət edə bilər. Birinci kurs magistr tələbələri də hətta müraciət edə bilər. Bu təqaüdün maliyyələşdirdiyi sahələr dil, ixtisas və ya ölkəşünaslıqla bağlıdır. Təqaüdün ümumi miqdarı birdəfəlik 1575 € (kurs seçimindən asılı olmayaraq) olaraq müəyyənləşib. Bu kurslar 3-4 həftə ərzində baş tutur.

• EPOS  İnkişaf siyasəti ilə bağlı ixtisaslar üçün magistr təqaüdü hesab edilir. Bu təqaüd məzunlar üçün nəzərdə tutulub. Ona müraciət etmək üçün məzunlardan ən azı 2 il iş təcrübəsi tələb olunur. Təqaüd ixtisasdan asılı olaraq 1 ildən 3 ilə qədər davam edir. Bu proqramın qarşıladığı xərclərə aşağıdakılar daxildir: aylıq təqaüd, sığorta xərcləri, səyahət xərcləri. Müraciətinizi isə sadəcə birbaşa olaraq seçdiyiniz universitetə edirsiniz.
• ERPİqtisadiyyat sahəsi üzrə magistr təqaüdüdür. Təqaüdə sadəcə təhsilin sonuncu kursunda oxuyan tələbələr və ali məktəb məzunları müraciət edə bilər. Bu təqaüd sadəcə ali məktəblərdəki iqtisadiyyatla bağlı ixtisasların maliyyə xərclərini qarşılamaqla yanaşı, aylıq 850 € təqaüd, sığorta xərcləri, səyahət xərclərini də qarşılayır. Həmçinin məzunlara əlavə ödəniş də verilir. Bu proqram 18-24 ayı əhatə edir.
• Həmçinin incəsənət, memarlıq dizayn və musiqi ixtisaslı məzunlar üçün təqaüd imkanı var.

Təqaüdə nə daxildir?
Əksər DAAD təqaüdləri Almaniyada qalmanı tam maliyyələşdirir. Buraya aylıq təqaüd (adətən 750 Avro / aylıq), tibbi və bədbəxt hadisələrdən sığorta, həmçinin səfər xərcləri daxildir.

DAAD təqaüd proqramlarına müraciət etmək üçün alman dilini bilməliyəm?
“Yay dil kursu” təqaüd proqramı  istisna, digər proqramlarda alman dilini bilmək məcburi deyildir, ingilis dilində də müraciətlər qəbul olunur. Master, 7-10 aylıq tədqiqat və  doktorantura təqaüdlərinə ingilis dilli proqram üçün təqaüd qazansanız, bu zaman DAAD sizə təhsildən əvvəl Almaniyada alman dili kursu təşkil edir. Bu kurslarda iştirak məcburidir və xərclər DAAD tərəfindən qarşılanır.

Əvvəlcə təqaüdə yoxsa universitetə müraciət etməliyəm?
DAAD master təqaüd proqramına müraciət edərkən sizdən alman universitetinə qəbul olunmağınız tələb olunmur. Əgər sizin universitetdən qəbul olma haqqında artıq razılığınız varsa, həmin razılığı sənədlərinizə əlavə edə bilərsiniz.

Neçə ixtisasa sənəd verə bilərəm?
Siz master təhsili üçün təqaüd ərizənizdə üç ixtisas göstərməlisiniz. Biz üç ixtisas göstərməyinizi məsləhət görürük ki, birinci ixtisasa qəbul olunmayacağınız halda alternativ imkanınız olsun.

Almaniyada təhsil xərcləri
Dövlət universitetlərində illik təhsil haqqı 500-1000 avro arasında, özəl universitetlərdə isə  5000-30,000 avro arasında dəyişir. Üç il ərzində bakalavr təhsilini bitirən tələbələr 2 illik magistratura təhsilini davam edə və ya bir il ərzində iş tapmaqla Almaniyadı yaşayış və iş icazəsi ala bilərlər.

Almaniyada  birtələbənin aylıq xərcləri, məsələn, yaşayış və yemək xərcləri 650 avrodan 750 avroya qədərdir. Bundan əlavə, Almaniyada tələbələrə verilən 180 günlük (yarım stat) iş icazəsi ilə, tələbə təhsil və yaşayış xərclərini daha da azalda bilər. Tələbələr universitet yataqxanalarında, xüsusi yataqxanalarda və ya tələbə evlərində qala bilərlər. Yerləşdirmə ödənişləri isə 300-dən 400 Avro arasında dəyişir.

Almaniyada ali təhsil üçün müraciət etmək istəyən tələbələr yerinə yetirmələri lazım olan şərtlərdən biri də istənilən səviyyədə alman və ya ingilis dillərini bilməkdir.

Azərbaycanda yalnız orta məkətbi bitirən tələbələr də Almaniyada oxuya bilərlər. Bu yalnız 1 il foundation year və ya baza təhsilini keçməklə Almaniyada bakalavr təhsillərini davam etdirə bilərlər. . Almaniyada tehsil almaq üçün 5 əsas səbəb

Almaniyada təhsil almağın bir neçə diqqətçəkici üstünlüyü var.
a)Almaniyada təhsilə başlamaqla dünyanın ən yaxşı universitetlərindən birinin tələbəsi adı qazanırsınız. Müxtəlif beynəlxalq reytinq siyahılarında ilk 100-ə daxil olan 5 universitet məhz Almaniyadadır.
b)Dövlət universitetlərində təhsil təkcə Almaniya vətəndaşları üçün yox, həm də xarici tələbələr üçün pulsuzdur. Almaniyadakı təhsil xərci digər ölkələr, hətta Azərbaycandakı təhsil xərcləri ilə müqayisədə daha sərfəlidir.
c)Almaniya universitetlərinin diplomları Azərbaycanda tanınır. Bu diplomlarla siz, ümumiyyətlə, dünyanın istənilən ölkəsində daha rahat karyera qura bilərsiniz.
ç) Almaniyada iş –  xarici tələbələrə part-taym işləmək icazəsi verir. Həftədə 20 saat işləməklə özünüz-özünüzə maliyyə yardımı edə bilərsiniz.
d) Almaniya viza almaq – məzun olduqdan sonra sizə 18 aylıq iş vizası verilir.

Almaniyanın ən ideal Universitetləri
Şturtqart Universiteti
Berlin Texnik Universiteti
Bremen Universiteti
Erfurt Universiteti
Gissen Universiteti
Hamburq Texnik Universiteti
Honnover Universiteti
Gisma Tətbiqat Elmlər Universiteti və s.

Almaniya Universitetlərinə qəbul üçün hansı sənədlər tələb olunur?
Bakalavr təhsili üçün

1. Orta məktəbi bitirməyinə dair attestat(tərcüməsi)
2. Şəxsiyyət vəsiqəsi
3. Fotoşəkil

Qeyd edək ki, Almaniyada Təhsil üçün Attestatla bir başa qəbul Almaniya dövlət universitetlərinə mümkün deyil. Çünki Almaniyada orta təhsil 12 illikdir. Azərbaycan vətəndaşları bunun üçün Almaniyada “studienkolleg” adlı hazırlıq proqramı keçməlidir və bu proqram almancadır.
Attestatla Almaniyanın özəl universitetlərində təhsil almağın mümkün olduğunu vurğulamaqda fayda var, lakin bu universitetlərin illik təhsil haqqı ortalama 10.000 avrodan başlayır.
Başqa formada Almaniyada bakalavr təhsili üçün Azərbaycanda hər hansısa ixtisasda 1 və ya 2 illik təhsil alaraq bu müddət ərzindəki transkriptinizlə Almaniyada təhsil üçün müraciət edə bilərsiniz.

 

Almaniya viza almaq
ALMANİYA TƏLƏBƏ VİZASININ NÖVLƏRİ

Almaniya tehsil sistemi beynəlxalq tələbələrə təklif olunan geniş bakalavr, magistr və doktorantura proqramları ilə ən çox müraciət olunan ölkədir. Eyni zamanda beynəlxalq tələbələrə akademik təhsil alarkən işləməyə icazə verən ölkələr sırasındadır. Bu yolla siz həm də xaricdə təhsil üçün vacib meyar olan büdcənizə töhfə vermək imkanınız olur. Almaniyada tehsil almaq üçün lazım olan alman tələbə vizalarının növlərini və lazımi sənədləri məqaləmizdə tapa bilərsiniz.

ALMANİYA TƏLƏBƏ VİZASI
Digər viza növləri ilə müqayisədə Alman tələbə vizası bəzi fərqlər göstərir. Alman vizası üçün məcburi nöqtə Almaniyada yaşama müddətidir. 90 gündən az qısamüddətli qalmaq üçün Şengen vizası və ya 90 gündən çox uzunmüddətli qalmaq üçün milli viza kimi əldə edilə bilər.

Əgər Almaniyaya təhsil üçün səyahət edəcəksinizsə, müraciət etməli olduğunuz viza növü Milli Vizadır (D növü). Müraciət zamanı təhsil üçün müəyyən etməli olduğunuz viza növləri var.

Tələbə vizasının növü Almaniyada almaq istədiyiniz təhsilə görə dəyişir. Almaniya Konsulluğu üç müxtəlif kateqoriyada tələbə vizaları verir:

Təhsil vizası (Studienvisum): Əgər Almaniyanın hər hansı universitetindən qəbul məktubu almısınızsa, bu viza növü üçün müraciət etməlisiniz.

Dil Kursu Viza (Sprachkursvisum): Əgər 3 aydan 1 ilə qədər olan təhsil proqramlarında iştirak edəcəksinizsə və ya qısa müddətə Alman dilini öyrənəcəksinizsə, bu viza növü üçün müraciət etməlisiniz.

Tələbə Namizədi Viza (Studienbewerbervisum): Əgər siz Almaniyada təhsil almaq istəyirsinizsə, lakin hələ təhsil proqramına qərar verməmisinizsə və buna görə də heç bir universitetdən qəbul məktubu almamısınızsa, bu tip Almaniya tələbə vizası üçün müraciət etməlisiniz.

ALMANİYA TƏHSİL VİZASI
Tələbə vizası növlərindən biri olan təhsil vizası Almaniyada hazırlıq təhsilini tamamlamış və ya Almaniya universitetində təhsil almaq istəyən beynəlxalq tələbələrin müraciət etməli olduğu tələbə vizası növüdür. Bu vizaya müraciət edərkən vacib meyar təhsil alacağınız müəssisəyə qəbul olmanızdır. 3 və ya 6 aylıq giriş vizası aldıqdan sonra Almaniyaya getdiyiniz zaman 1 və ya 2 illik yaşayış icazəsi ala bilərsiniz.

ALMANİYA DİLİ KURSU VİZASI
Əgər Almaniyaya yalnız dil öyrənmək məqsədi ilə gedirsinizsə, bu, müraciət etməli olduğunuz Almaniya tələbə vizası növüdür. Bu növ viza maksimum 9 ay müddətinə verilir. Eyni zamanda, qanunla müəyyən edilmiş müstəsna hallar istisna olmaqla, müddətin uzadılması imkanı yoxdur.

Şəhərinizdəki universitetdən birbaşa qəbul olsanız, dil kursu vizasının müddətini uzada bilərsiniz.

Namizəd Tələbə Vizası
Əgər siz Almaniyada akademik təhsil alacaqsınızsa, lakin heç bir universitet tərəfindən qəbul edilməmisinizsə, bu sizə müraciət etməli olduğunuz Almaniya tələbə vizası növüdür. Bununla belə, bu viza növünə müraciət etmək üçün şərti qəbul almalısınız. Almaniyaya şərti qəbulla getdiyiniz zaman maksimum 24 ay ərzində hazırlıq kursunu bitirmiş olmalısınız. Bundan sonra universitetə ​​qəbul olunmalısan.

VİZA MÜRACİƏTLƏRİ ÜÇÜN TƏLƏB EDİLƏN SƏNƏDLƏR
• 90 gündən az qısamüddətli viza müraciəti üçün tələb olunan sənədlər
• Sizin viza müraciət formanız
• Pasportunuz (Almaniyada təhsilinizi bitirdikdən sonra ən azı 3 ay etibarlı olmalıdır)
• 1 biometrik şəkliniz
• Maddi vəziyyətinizi göstərən sənədlər
• Almaniyada həftədə ən azı 20 dərs olan kursa qeydiyyat sertifikatınız
• Diplom və ya tələbə sertifikatınız
• Valideynlərinizin yaşayış yeri haqqında məlumat
• 90 gündən çox uzunmüddətli viza müraciəti üçün tələb olunan sənədlər
• 2 viza ərizə forması
• Ən azı 1 il etibarlılıq müddəti olan pasportunuz
• 3 biometrik şəkliniz
• Təhsil müəssisəsindən qəbul məktubu
• Kurs haqqının ödənildiyini göstərən hesab sənədi
• Yaşayış məlumatlarınız
• Diplom və ya tələbə sertifikatınız
• Təhsil məqsədləri üçün Almaniya tələbə vizası ərizələri üçün təqdim edəcəyiniz sənədlər əsli ilə birlikdə iki surətdə təqdim edilməlidir.

Almaniyada pese tehsili sisteminə aiddir (ikili təhsil sistemi – Duale Ausbildung). Təlimin keçirildiyi ixtisaslar dövlət tərəfindən tənzimlənir (staatlich anerkannte Berufe) və təlimin özü yalnız məktəbdə nəzəri biliklərin əldə edilməsini (Berufschule) deyil, eyni zamanda müəssisədə praktiki bacarıqların əldə edilməsini də əhatə edir (Tätigkeit im Betrieb). Almaniyada hər il 600.000-dən çox Ausbildung işi təklif olunur.

Ausbildung üçün tərcümeyi-hal
Almaniyada bir tərcümeyi-hal standart bir formata malikdir və aşağıdakı sənədlərdən ibarətdir:

• Fotoşəkil və əlaqə məlumatları olan səhifəni əhatə edin (Deckblatt).
• Motivasiya məktubu (Anschreiben). Motivasiya məktubu A4 səhifədən böyük olmamalı və xüsusi olaraq CV-nin göndərildiyi şirkət üçün yazılmalıdır. Motivasiya məktubunu oxuduqdan sonra işçi uyğun bir namizəd olduğunuza əmin olmalıdır, yəni. ideal motivasiya məktubu namizəd, bu ixtisas və bu müəssisədə Ausbildunqu niyə almaq istədiyi barədə bütün lazımi məlumatları özündə cəmləşdirməlidir. Seçdiyiniz mövqeyə uyğun hər hansı bir uğurla öyünə bilsəniz, motivasiya hissəsində bunu qeyd edə bilərsiniz. Bir çox menecer yalnız motivasiya məktubunu oxuyur və digər sənədlərə yalnız motivasiya məktubu maraqlandığı təqdirdə baxır.
• Bioqrafiya (Lebenslauf): tərcümeyi-hal xronoloji ardıcıllıqla bütün əvvəlki təhsil yerlərini və yerinə yetirilən vəzifələrin qısa təsviri ilə iş yerlərini özündə cəmləşdirir. Tərcümeyi-hal, ailə vəziyyəti, xüsusi qabiliyyətlər (məsələn, sürücülük vəsiqəsi və ya dil bilikləri) ilə yanaşı hobbilər (istəyə bağlı) haqqında məlumatları da əhatə edir.
• Rəsmi sənədlər (Zeugnisse, Arbeitszeugnisse və Zertifikate) və tövsiyə məktubları (Empfehlungsschreiben): rəsmi sənədlərə lisey buraxılış sertifikatı və ya ali təhsil diplomu (isteğe bağlı), diplomlar, sertifikatlar, həmçinin Arbeitszeugnisse (əvvəlki iş yerindən tövsiyə məktubları) daxildir.

Rəsmi sənədlərlə yanaşı, iş və ya iş yerlərindən (məsələn, professor və ya müəllimlərdən) tövsiyə məktubları da daxil edilə bilər. Bütün rəsmi sənədlər and içmiş bir tərcüməçi tərəfindən Alman dilinə tərcümə edilməlidir. Dövlət qurumları apostil tələb edə bilər. Tövsiyə məktubu özünüz tərcümə edə bilərsiniz, ancaq and içmiş bir tərcüməçi də bunu etsə daha yaxşıdır. Tərcümə keyfiyyəti çox vacibdir: sənədlər Alman dilində səslənməlidir və Google-dan avtomatik tərcüməyə bənzəməməlidir.
Bütün sənədlər ölçüsü 3-5 MB-dan çox olmayan bir PDF sənədinə daxil edilməlidir. Motivasiya məktubu CV-ni elektron poçtla göndərərkən məktubun əsas hissəsində mətn şəklində təkrarlanır. Bəzi müəssisələr sənədlərin xüsusi saytlara yüklənməsini tələb edir, sənədlərin formalaşması üçün xüsusi tələblər qoyulur, məsələn, hər sənəd ayrı-ayrılıqda. Bu forma əsasən böyük müəssisələr üçün tipikdir.

Alman universitetlərində təhsil ildə iki semestrdə aparılır, qış və yay. Boloniya prosesi çərçivəsində təhsil verən Almaniya universitetlərində bakalavr təhsili 3 ildir. Ancaq bəzi ixtisaslarda bu müddət 3-5 il ola bilər. Bakalavr təhsil müddəti proqramdan asılı olaraq dəyişir, 1-1,5 və ya 2 il davam edə bilir.

Almaniya universitetlərinə müraciət və qəbul şərtləri
Alman təhsil sistemində ərizələr hər universitetə ayrıca göndərilir. Bu, Almaniyadakı bir çox universitetin fərqli qəbul şərtləri qoymasına səbəb olur. Universitetlərin qəbul şərtləri oxşar olsa da, təhsil almaq istədiyiniz universitet fərqli sənədlər tələb edə bilər.

Ümumiyyətlə, Almaniya universitetlərinə müraciət edəcək tələbələrin TestDaF və ya DSH imtahanı verməsi və minimum 65% müvəffəqiyyət əldə etməsi tələb olunur. Almaniyada hər universitet alman dilini bilmək tələb etmir. Hər bir universitetin fərqli təcrübələri var və bəzi universitetlər ümumiyyətlə alman dilini bilməyən tələbələri qəbul etsə də, alman dili B1 səviyyəsindən aşağı olan tələbələrə viza verilmədiyi üçün tələbələrin minimum B1 alman dili olmalıdır.