Amerikada tehsil almaq əminliklə deyə bilərik ki, günümüz tələbələrin bir çoxunun arzusudur. Buna səbəb isə həm təhsilin keyfiyyəti, həm də tələbə həyatının sosial və aktiv şəkildə təşkil olunmasıdır. Heç təsadüfi deyildir ki, dünyanın ən yaxşı 50 universitetinin 20 universiteti Amerikada yerləşir. Çünki Amerika dünyanın ən vacib təhsil sisteminə malikdir. Hindistandan sonra Amerika sayca ən çox universitetə malikdir.
Amerikanın bir çox ölkələrə nisbətən ən böyük üstünlüyü demek olar ki, hər bir tələbəyə seçim təklif etməsidir. Harvard, Stanford, MT, Yale kimi top universitetlərlə yanaşı ortalama bir tələbənin rahatlıqla qəbul olub oxuya biləcəyi bir çox universitetlər tapmaq mümkündür. Bu üstünlüyü ilə Avropadakı bir çox ölkələrlə müqayisədə Amerikada tehsil sistemi baxımından fürsətlər ölkəsidir. Bu fürsətlər baxımından siz 4000 universitet arasından özünüzə ən uyğun olanını seçib təhsil ala bilərsiniz.
️Amerika ali təhsil müəssisələrinə qəbul olmaq üçün vahid bir sistem yoxdur. Buna görə də, hər bir universitet öz qəbul prosesini təşkil edir. Qəbul prosesi üçün isə ilk olaraq sizin ingilis dil biliyinizi təsdiq edən beynəlxalq imtahan sertifikatınız olmalıdır. Universitet və qəbul olmaq istədiyiniz ixtisasdan asılı olaraq sizin İELTS, TOEFL və ya SAT sertifikatlarınız olmalıdır. Və bu imtahanlardan yüksək bal topladığınız təqdirdə sizin təqaüd almaq şansınız yaranır. Həmçinin yüksək GPA (universitetdəki qiymətlərin ortalama balı) ilə təhsil haqqından azad olmaq imkanınız vardır. Həmçinin sizin Amerika universitetlərə qəbul üçün “Duolingo” proqramı ilə müraciət etmək hüququnuz da vardır. Proqramdakı scorunuz 100 olduğu halda siz english test imtahanlarını verib universitetlərə müraciət edə bilərsiniz. Belə ki, siz Duolingo proqramında premium hesab açanda proqramın testlərinə müraciət edib sertifikat əldə etmək mümkündür. Bu sertifikat beynəlxalq dərəcəli olur və sertifikat sizin ingilis dili biliyinizi göstərir.
Təhsil almaq istədiyiniz ali məktəbləri müəyyən etdikdən sonra siz universitetlərin saytı vasitəsilə tələb olunan sənədləri öyrənə bilərsiniz. Sənədləri topladıqdan sonra online qeydiyyatdan keçir və müraciət edirsiniz. Ali təhsil müəssisələrindən müsbət cavab gəldikdən sonra təhsil almaq istədiyiniz universitetlə əlaqə saxlayırsınız. Bundan sonra universitet sizə İ20 sənədini göndərir və artıq viza üçün müraciət mərhələsi başlayır. Amerika universitetlərinə qəbul olmaqdan çox çətin olanı isə viza almaqdır.
Hər il çoxlu sayda tələbə Amerikada yaşamaq, oxumaq və işləmək üçün ölkəyə gəlir. Əslində ABŞ-da tələbələrə seçim etmək üçün geniş imkanlar təklif edilir. 51 ştatdan ibarət olan ABŞ dünyanın hər yerindən gələn tələbələr üçün ən təhlükəsiz yerlərdən biridir. Əgər siz amerikada tehsil almağa qərar vermisinizsə, düzgün seçim etmisiniz. amerikada tehsil proqramlari və dünyanın ən yaxşı universitetləri ilə seçilir. Bununla yanaşı, təhsilini bitirdikdən sonra Amerikada iş imkanları da çoxdur. Çünki bu ölkədə dünyanın ən yaxşı şirkətləri və texnologiya nəhəngləri yaşayır.
Amerikada təhsil haqları nə qədərdir? amerikada yaşamaq xərcləri üçün nə qədər pul lazımdır?
Tələbə bank məktubu və ya təqaüd sənədini qəbul olmaq istədiyi universitetə təqdim etmək ilə Amerikada təhsil almaq üçün kifayət qədər maliyyə imkanının olduğunu sübut etməlidir. Bank məktubu tələbənin və ya onun ailəsinin həmin bankda müəyyən məbləğdə pulunun olduğunu bildirən bank arayışından ibarətdir.
Amerikada təhsil haqları
ABŞ-da yaşayış xərclərini hesablamazdan əvvəl universitetə müraciət edəcək tələbələrin təhsil üçün nə qədər ödəyəcəklərini bilmələri faydalıdır. Dünyanın ən yaxşı ali təhsil sisteminə malik ABŞ-da təhsil alacaq tələbələr bakalavr və magistr proqramları üçün ildə orta hesabla 10.000-55.000 ABŞ dolları ayırmalıdır. ABŞ-da bakalavr proqramları üçün dövlət universitetlərində ildə orta hesabla 26,290 dollar, özəl universitetlərdə isə 35,830 dollar ödənilir. Bəzi təhsil müəssisələrində rəqəmlər hətta bundan daha yüksək ola bilər, tibb və ya MBA proqramları isə 70.000 dollar civarındadır.
ABŞ-da universitetlər təhsilə avqustun sonu və ya sentyabrın birinci yarısında başlayır. Tədris ili may ayında və ya ən geci iyunun əvvəlində başa çatır və tələbənin bütün tədris ili ərzində universitetə getməsi məcburidir. Bir çox universitetlərdə tədris ili semestr adlanan iki bərabər hissəyə bölünməklə yanaşı, yay dövrü də var. Bəzi universitetlərdə təqvim ili dörd bərabər hissəyə bölünür və tələbələr yay semestrlərində iştirak edib-etməməkdə sərbəstdirlər.
Amerika universitetləri üçün ən mühüm qəbul tələbləri tələbənin bilik səviyyəsi, akademik statusu, bilik və qabiliyyət testlərindəki nəticələr, motivasiya məktubları və ABŞ-da təhsil və yaşam xərclərini qarşılaya bilməsidir
Amerikada yaşam xərcləri
ABŞ-da yaşam xərcləri çox bahadır və amerikada pulsuz tehsil mümkün deyil, lakin ölkədə müraciət edə biləcəyiniz bir çox təqaüd imkanları var ki, bu da sizə təhsil və yaşayış xərcləriniz üçün maliyyə dəstəyi verəcək. ABŞ-da yaşayış xərcləri ildə təqribən 10.000-18.000 dollar, ayda orta hesabla 1000-1500 dollar arasında dəyişir. Buraya yaşayış xərcləriniz, otaq və yemək, səyahət, dərsliklər, hava şəraitinə uyğun geyim və əyləncə daxildir. Xərcləriniz siyahısına qısaca nəzər salmaqla ABŞ-da yaşayış xərcləri haqqında fikir əldə edə bilərsiniz:
• Kitablar və tədris materialları: İllik təxminən 900-2000 dollar
• ABŞ daxilində səyahət xərcləri: 300-700 dollar
• Yerləşdirmə: illik $5,000 – $7,500
• Mənzilin kirayə qiyməti ayda 500-1500 dollar arasında olacaq, lakin universitetin yerindən asılı olaraq daha yüksək ola bilər.
• Qida dəyəri: ildə təxminən 2500 dollar
• Geyim: illik 500 dollar
• Şəxsi xərclər: ildə $2,000
Şəhərlərə görə yaşam xərcləri
Amerika müxtəlif ştatlarda çox fərqli yaşayış xərcləri olan böyük bir ölkədir. Bu səbəbdən ölkədə təhsil almağa qərar verərkən hansı şəhərdə təhsil alacağınıza düzgün qərar verməlisiniz. Oklahoma Siti, Arkanzas, Yuta, Minnesota kimi yaşayış xərcləri daha aşağı olan şəhərlər və həm dünyanın ən yaxşı universitetləri, həm də yüksək həyat standartları ilə seçilən San Fransisko, Nyu-York, Boston və Los Anceles kimi şəhərlərdir.
Boston: 1.500-3.000$
Atlanta: 1.200-2.200$
Nyu York: 1.700-3.000$
San Fransisko: 2.200-4.000$
Yeni Orlean: 1.100-2.000$
Hyuston: 1.000-2.000$
Yataqxana xərcləri
Demək olar ki, bütün universitetlərdə beynəlxalq tələbələrin amerikada təhsil alması üçün yataqxanalar var və üç növ yaşayış var: kampusda, kampusdan kənarda və ailədə qalmaq. ABŞ-da yaşayış xərcləri ümumi yaşayış xərcləri kimi müxtəlifdir:
• Bir otaqlı mənzillər 600-3000 dollar və ya daha çox ola bilər.
• Ortaq otaqlar üçün ayda 450 ABŞ dolları ödəyirsiniz.
• Universitetlərdə orta otaq və yeməkxana xərcləri dövlət dörd illik kolleclərdə ildə təxminən 9,800 dollar, özəl kolleclərdə isə təxminən 11,100 dollardır.
Qida xərcləri
ABŞ-da aylıq yaşayış xərcləri büdcənizə ərzaq xərclərini əlavə etmək faydalıdır. Yemək vərdişinizə və ümumiyyətlə yaşayış seçiminizə görə dəyişən bu xərclər 400-600 ABŞ dolları arasında olacaq. Numbeo saytından aldığımız məlumatlara görə, ABŞ-da qida üçün aylıq xərc siyahısı belədir:
Ucuz restoranda yemək: $15.00
1 litr süd: 0,86 dollar
Çörək (500 qram): 2,76 dollar
1 kilo düyü: 3,97 dollar
12 yumurta: 2,31 dollar
1 kilo toyuq filesi: 9,28 dollar
1 kilo alma: 4,53 dollar
1 kilo pomidor: 4,29 dollar
1,5 litr su: 1,80 dollar
1 kilo kartof: 2,57 dollar
Nəqliyyat
Amerikada yaşayış xərcləriniz siyahısında bir digər xərclər isə nəqliyyatın payına düşür. ABŞ-da avtomobil sürmək kifayət qədər ucuzdur və şəxsi avtomobilinizin şəhər mərkəzlərindən kənarda olması normaldır. Lakin böyük şəhərlərdə metro və avtobus kimi ictimai nəqliyyat sistemindən istifadə həm vaxt, həm də nəqliyyat rahatlığı baxımından tələbələr arasında daha çox üstünlük təşkil edir. Ümumiyyətlə, universitetlərin təklif etdiyi tələbə endirimləri, həmçinin aylıq 45-100 dollar arası ictimai nəqliyyat kartı ola bilər.
Hansı Sənədlər Tələb Olunur?
Burada bir nüansa da diqqət etməlisiniz ki, online müraciət edərkən bütün sənədləriniz ingilis dilində hazırlanmalıdır.
• Diplom və rəsmi şəhadətnamə transkripti
• Müraciət etdiyiniz universitetin tələblərinə uyğun beynəlxalq dil sertifikatı
• Motivasiya məktubu
• Tövsiyə məktubu
• Maliyyə vəziyyətiniz haqqında sənəd
Bu tələb olunan sənədlər isə müraciət etdiyiniz universitet və ixtisasa görə fərqlilik göstərə bilir.
Amerikanın Ən Yaxşı Universitetləri Hansılardır?
- Hardvard University
• Massachusetts Institute of Technology
• Stanford University
• California Institute of Technology
• University of Chicago
• Princeton University
• Yale University
• Cornell University
• University of Pennsylvania
• Duke University
• John Hopkins University
• Columbia University
• University of Michigan
• University of Washington
• New York UniversityAmerikada pulsuz tehsilden yararlanmaq istəyən beynəlxalq tələbələr üçün xüsusi təqaüd proqramları təklif edilir. Təqaüdlər bakalavr və magistr təhsili üçün keçərlidir. Bu Təqaüdlər 2 yerə bölünür :• Amerika Dövlətinin təqdim etdiyi təqaüd proqramları
• Amerika Universitetlərinin təqdim etdiyi təqaüd Proqramları
Bir çoxlarımızın haqqında eşitdiyi Foreign Fullbright Proqramı:
Bu Proqram Amerika Dövləti tərəfindən magistr və doktorluğu oxumaq istəyən tələbələr üçün təqaüd proqramıdır. Təqaüdə illik təhsil haqqı, yaşayış və gediş-gəliş xərci daxildir. Proqramma dünyanın bir çox ölkələrindən, həmçinin Azərbaycanlı tələbələr də müraciət edə bilər. Ümumilikdə hər il 1800 tələbə bu təqaüdü qazanır.
American University Schoolarship:
Bu təqaüd Proqrammı Amerikan Universitetinə Attestatla qəbul olmaq istəyənlər üçün nəzərdə tutulub. Belə ki, proqrama qoşulmaq üçün tələbənin Attestat qiymətləri minimum 4 olmalıdır. IELTS 6.5 və ya TOEFL 90 olmalıdır. Təqaüdə yol pulu və sağlamlıq sığortası istisna olmaqla, illik təhsil haqqı, yaşayış və yemək xərcləri daxildir.
Berea Colleges :
Bu təqaüd proqramı 4 illik bakalavr təhsilini əhatə edir. Proqrama 4 illik təhsil haqqı, əksər hallarda yaşayış və qalmaq xərcləri də daxil olur. Tələblərə Attestat qiymətləri minimum 3.5 olmalıdır, IELTS nəticə bütün bölmələrdən 5.0 olmalıdır.
🏫Amerikanın füsunkar şəhərlərində fərqli coğrafi və mədəni quruluşlarla İngilis dilini öyrənin!
Keyfiyyətli təhsil imkanlarına və zəngin regional seçimlərinə görə Amerikaya üstünlük verilir. Bu gün çox populyar olan və filmlərdən və seriallardan eşitdiyimiz Amerika İngilis dili İngilis İngilislərindən daha asan başa düşülür. Ən məşhur və populyar şəhərlərdə və dünyanın aparıcı təhsil ocaqlarının hər birində yerləşən dil kurslarımızda Amerika İngilis dilini öyrənə bilərsiniz. ABŞ-dakı keyfiyyəti və təhsili mütəmadi olaraq İngilis ABŞ və digər təşkilatlar tərəfindən yoxlanılır.
Amerikadakı bütün dil kurslarımız ən sürətli və ən səmərəli inkişafı göstərmək üçün yenilikçi təhsil texnologiyaları ilə təchiz edilmişdir. ABŞ-da İngilis dili kursuna getmək üçün heç bir tələb yoxdur.
İngilis dilini öyrənən və inkişaf etdirən İngiltərədən sonra dünyada ən çox seçilən ikinci ölkə olan Amerika, hər il İngilis dili təhsili vermək üçün 250 mindən çox xarici tələbəyə ev sahibliyi edir.
📃Akademik İngilis təhsili və Amerika Standard İngilis Proqramları üçün mütəxəssislər tərəfindən tövsiyə olunur. Amerikada təcrübəyə əsaslanan bir təhsil modeli tətbiq olunur və dərslər nitq yönümlüdür. Dil təhsili dövrləri iki həftədən iki ilə qədər davam edə bilər. İngilis dili kursunuz bitdikdən sonra və ya həftə sonları dil kursunuz tərəfindən təyin olunan ictimai fəaliyyətlərlə zənginləşdirilmiş Proqramlara qatılaraq yeni dostluqlar qura bilərsiniz və dilinizi inkişaf etdirərkən Amerikada ən populyar yerləri görmək şansınız olacaq.
ABŞ-da bir dil kursuna yazılarkən, yaşayış seçiminizi müəyyənləşdirə bilərsiniz. Tələbə evlərində və ya tələbə yataqxanalarında qalmaqla dünyanın hər yerindən gələn tələbələrlə tanış olmaq fürsəti əldə edəcəksiniz. Evdə qalmağı seçərək öz yeməklərinizi hazırlaya, bir Amerikan ailəsi ilə Amerika mədəniyyəti ilə tanış ola bilərsiniz, ailə üzvləri ilə söhbət edərək ingilis dilini tətbiq edə, birlikdə yemək yeyə, səyahətlərə çıxa bilərsiniz.
Toplu nəqliyyat Amerikanın böyük şəhərlərində şəhər nəqliyyatında istifadə olunur. New York, Los Angeles, San Francisco və Boston kimi böyük şəhərlərdə əsas xərclər digərlərindən daha bahalıdır.
Amerika səhiyyənin dünyanın ən bahalı olduğu ölkələrdən biridir. Bu səbəbdən Amerikaya getmədən əvvəl səyahət və sağlamlıq sığortası etmək faydalıdır.
Ən çox seçilən şəhərlər New York, Boston, Chicago, Miami, Los Angeles və San Diegodur. Şəhərlər və yerlər şagirdin həyat tərzinə və təhsil almağı hədəflədiyi yerlərə görə seçilir
Bu şəhərlərdəki 71 şəhər və 334 təhsil mərkəzi ilə şagirdlərimizin hədəflərinə və meyarlarına ən uyğun şəhər, kurs mərkəzi, yaşayış və dil təhsili Proqramları təşkil etmək mümkündür.
✓ Bir çox seçim sayəsində əlverişli büdcəyə sahib bir çox təhsil mərkəzi tapa bilərsiniz.
✓ ABŞ-ın çoxmillətli quruluşu sayəsində bir çox vurğunu mənimsəyə və anlaya bilərsiniz.
✓ Təhsilinizi bitirdikdən sonra akkreditə olunmuş təşkilatlardan sertifikatlar ala bilərsiniz.
✓ Dil təhsili bitdikdən sonra Diplom, Sertifikat Proqramlarına və ya universitet təhsilinə davam edə bilərsiniz
✓ Amerikada iş həyatını yaxından müşahidə edə bilərsiniz
✓ Dünyanın izlədiyi mədəniyyət və sənət fəaliyyətlərini yerindəcə görə bilərsiniz.
✓ Müxtəlif əyalətlərə səyahət edə bilərsiniz
✓ Bir çox millətlərdən və mədəniyyətlərdən qalıcı dostluq edə bilərsiniz