Cinde tehsil
Çində təhsil almaq bugün üçün çox doğru seçim olacaqdır. Ümumü olaraq hər kəs Amerika və Avropada təhsil düşünür amma Çin başqa bir tərəfdir. Çində universitet təhsili almaq sizə Avropadan daha çox fayda verəcəkdir.
Hazırda Çində 1540 xüsusi təhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə təhsil alanların sayı 375000 nəfər təşkil edir. Bundan əlavə, Çində fiziki və əqli qüsuru olan uşaqlar üçün 100 peşə təlimi müəssisəsi, 3000 standart peşə məktəbi, eşitmə çətinlikləri olan uşaqların reabilitasiyası üçün 1700 təlim təşkilatı vardır. Hər il minlərlə fiziki qüsuru olan şagird ali təhsil müəssisələrinə daxil olur.
Cinde tehsil
Çində yaşlıların təhsili müxtəlif formalarda həyata keçirilir. Yaşlıların təhsili vasitəsilə ölkə vətəndaşlarının siyasət, iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və digər sahələr üzrə hazırlığı təmin edilir. Yaşlıların təhsili ilə məşğul olan 528 müəssisənin 65 faizində magistratura, 30 faizində isə bakalavr təhsili verilir. Belə təhsil müəssisələrinə fəhlə, media, qiyabi və axşam universitetləri, idarəetmə və təhsil kollecləri daxildir. Yaşlıların orta təhsili müəssisələri isə peşə və media məktəbləri, bacarıq təlimi müəssisələrindən ibarətdir. Fəhlə ibtidai məktəbləri yaşlıların ibtidai təhsil müəssisələri hesab olunur. Onu da qeyd edək ki, yaşlıların təhsili əyani, qiyabi, özünütəhsil və distant təhsil formasında təşkil olunur.
Ölkədə mütəşəkkil müəllim hazırlığı sistemi mövcuddur. Çində müəllimlik peşəsi ən mötəbər peşələrdən biri kimi qəbul olunur. Gənc müəllimlər hər zaman təcrübəli pedaqoqların dərslərini müşahidə edir, özlərini daha yaxşı tərəfdən göstərmək üçün var qüvvələri ilə çalışırlar. Müəllimlər mütəmadi olaraq fasiləsiz peşə hazırlığına cəlb olunurlar. Müəllimlərin təhsili iki istiqamətdə aparılır:
• ilkin müəllim hazırlığı – 4 illik müəllim hazırlığı institutları, o cümlədən adi universitetlər və kolleclər, 3 illik müəllim hazırlığı kollecləri və orta məktəb müəllimlərinin hazırlığı müəssisələrində təşkil olunur;
• ixtisasartırma təhsili – müvafiq institutlar və müəllimlərin ixtisasartırma təhsili məktəblərində həyata keçirilir.
1985-ci ildən hökumət vergi əsasında maliyyələşən ali təhsil sistemini ləğv edib. Bununla da abituriyentlərin akademik qabiliyyət əsasında təqaüdlər uğrunda rəqabət aparmasına şərait yaranıb. 1980-ci illərin əvvəllərində ilk özəl ali təhsil müəssisələrinin əsasının qoyulmasına icazə verilib
Çinin ali təhsil sistemi ABŞ-nin və Böyük Britaniyanın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir.
Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur.
Çində 1650 adi ali təhsil müəssisəsi, 528 yaşlıların ali təhsili müəssisəsi və 214 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. 2005-ci ilin statistikasına görə, Çinin ali təhsil müəssisələrində 23 milyon tələbə təhsil alıb. Bu isə əvvəlki illə müqayisədə 10 faiz çoxdur (2004-cü ildə təxminən 21 milyon nəfər olub).
Çində ali təhsilin səviyyəsi yüksək, əhatə dairəsi çox genişdir. Son 10 ildə bakalavr pilləsində təhsil alanların və doktorluq dərəcəsinə malik olanların sayı dəfələrlə artıb. Ölkədə 100-dən çox nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan ən tanınmışı Pekin və Tsinxua universitetləridir.
Çində təhsil xərcləri ilbəil artaraq hazırda 100 milyard ABŞ dollarını ötüb. 1980-ci illərin əvvəllərindən başlayaraq elm və texnologiyanın inkişafı təhsil strategiyasının prioritetinə çevrilib.
Ali təhsil pilləsində ümumi xərclərin müəyyən faizi həcmində təhsil haqqı tələb olunur. Aztəminatlı ailələrdən olan tələbələrin ali təhsil almasını asanlaşdırmaq üçün hökumət səmərəli yardım metodlarından istifadə edir. Belə yardım paketinə təqaüdlər, “oxu və işlə” proqramları, aztəminatlı ailələrdən olan tələbələrə əlavə yardımların olunması, təhsil haqqının azaldılması və ya tam aradan qaldırılması, dövlət təqaüdlərinin verilməsi daxildir
Cin universitetləri artan nüfuza malikdir – Məzun olduqdan sonra iş imkanlarını dəyərləndirmək istəsəniz və ya doktorantura səviyyəsində təhsil almaq niyyətindəsinizsə də, universitetinizin nüfuzu gələcək perspektivləriniz üçün vacibdir
Cinde yasam
Çində təhsil haqqı çox münasibdir- tələbə olaraq, pul çox böyük məsələdir və daim narahatlıq doğurur. Çin bu baxımdan çox münasibdir. Çində təhsil haqqı, ümumilikdə, bir semestr üçün 1000-2000 ABŞ dollarından çox deyil və bir neçə yüz dollar təhsil haqqı olan qısa müddətli Mandarin dərsləri də tapmaq mümkündür. Hökumət beynəlxalq tələbələrə maliyyə dəstəyi təmin edir – Çində təhsil almağa qərar verərkən maliyyə dəstəyi mühüm amildir və Çin hökuməti 277 qurumda 40 mindən çox təqaüd də daxil olmaqla, beynəlxalq tələbələri cəlb etmək üçün geniş imkankar təklif edir. 2006-cı ildən bəri mövcud olan təqaüdlərin sayı beş dəfə artıb.
Cinde təqaüdlə təhsil
Çində də təhsil haqqı universitetdən və seçdiyiniz fakultədən asılı olaraq dəyişir. Digər bütün ölkələrdə olduğu kimi, maliyyə cəhətdən, dövlət universitetləri daha əlverişli seçimlər və imkanlar təklif edirlər. Ümumiyyətlə, təhsil haqqı ildə 3,300$ – 10,000$ arasında dəyişir. İngilis dilli təhsil üçün isə üçün ödənişlər 2200$ – 4500$ arasındadır. Bu ödəniş həm universitetin reytinqindən, həm də seçdiyiniz ixtisasdan asılı olaraq dəyişir. Ödənişlər iki hissəli (hər semester əvvəli) və ya təhsil ili başlamadan öncə tam şəkildə sizdən tələb edilə bilər.
Beynəlxalq tələbələr Çin hökumətinin təqaüd proqramlarına da müraciət etmək hüququna malikdirlər. Bu Təqaüdlə 243 universitetdən hər hansı birində təhsil almaq mümkündür. Təqaüdlər əsasən bütün yaşayış xərcləri və universitet ödənişlərini əhatə edir. Bundan əlavə, ödənişli təhsil aldığınız təqdirdə, bir akademik il ərzində göstərdiyiniz performans və akademik göstəricilərinizə uyğun olaraq, siz illik ödənişdən müəyyən güzəştlər də əldə etmək üçün müraciət edə bilərsiniz.
Müracitlər zamanı nəzərə alınan əsas göstəricilər həm sizin akademik uğurlarınız, həm də universitetə yolladığınız motivasiya və tövsiyə məktublarıdır. Təqaüdə qəbul üçün istənilən akademik nəticələr əsasən 80+ Bakalavr ortalaması və 6.5+ IELTS nəticəsidir. Bundan əlavə isə Çin dili biliklərinizin olmasını müraciət formlarında qeyd etmək sizin üçün böyük üstünlük də ola bilər.
Verilən təqaüd miqdarları 3,000-5,000 YUAN arasında dəyişir və əksər hallarda universitet ödənişi ilə birlikdə yataqxana xərclərini də qarşılayır. Yüksək reytinqli proqramlar üçün isə bəzən araşdırma vərəqləri (research paper) və ya akademik iş təcrübəsi də tələb edilir ki, Çinə müraciət etməyi düşünürsünüzsə, bu punktlar üzərində indidən işləməyinizi və hazırlıqlı olmağınızı sizə tövsiyə edirik.
Çin istər təhsil, istərsə də iş imkanları ilə kifayət qədər məşhur və zəngin ölkədir.
Çin dili Təhsili
Çində universitetlərdə Çin dilində təhsil almaq istəyən namizədlər universitetlərin nəzdində açılmış bir akademik il müddətində davam edən ( 9-10 ay) çin dilində hazırlıq sinifinə qatıla bilərlər. Çin dili hazırlıq imtahanından yetərli nəticəni yığdıqdan sonra istədikləri ixtisas üzrə təhsil ala bilərlər. Bu proqramlara qoşulmaq üçün İngilis dili mütləqdir.
Cin universitetləri yüksək texniki imkanlara və mütəxəssis heyətinə sahibdir. Çin universitetlərində mühəndislik, tibb, maliyyə, sosial elmlər, beynəlxalq ticarət kimi bir çox sahədə təhsil ala bilmə şansı vardır. Çində təhsil alaraq dünyanın ən çox danışılan dillərindən birini öyrənə bilərsiniz.
Çin universitetlərindən məzun olduqdan sonra beynəlxalq biznesdə istədiyiniz şanslara sahib iş sahibi ola bilərsiniz.
Çində təhsil almaqla kariyeranız və dünya vizyonunda fərqlər yarada bilərsiniz.
Çin şəhərlərində ortalama yaşayış xərcləri
Pekin ən bahalı şəhərlərdən biridir və xərclərinizi ödəmək üçün ayda 1000 ilə 1,200 dollara ehtiyac duyacaqsınız.
Şanxay və Shenzhen ən bahalı şəhərlərdir, ayda 850 ilə 1200 ABŞ dolları arasında sərf etməli olacaqsız.
Ümümilikdə isə Çin şəhərlərində, yaşam xərcləri üçün aylıq 600 – 1,000 ABŞ dolları ilə kifayət qədər idarə edə bilərsiniz. (Fins)
Çində təhsil almanın əsas üstünlükləri
• Çin düyanın ən böyük ticarət mərkəzidir. Hər kəs Çin ilə ticarətə can atır
• Çində universitet oxuduqdan sonra Çin dilinə yiyələnmək sizə İngilis vi Çin dilini verəcəkdir. 3 dil bilmiş olacaqsınız. Çox az adamda bu bacarıq var.
• Çində magistr və ya Bakalavr təhsil çox münasibdir. Təhsil haqqı illiə 3 min dollardan başlayır
• Aiələri Çin ilə ticarətlə məşğuldursa, bu övladlar üçün əsl fürsətdir. Ticarəti genişləndirmək istəyirsinizsə orda təhsil alın.
• Çində istənilən sahədə İngilis dilində proqram var.
• Qəbul şərtləri daha münasibdir
• Bizim attestatla bir başa qəbul edir
Əməkdaşlıq etdiyimiz universitetlər
• 1. Asia Europe Business School, East China Normal University
• 2. Beijing Foreign Studies University-International Business School
• 3. Bohai University
• 4. China Medical University
• 5. China University of Geosciences (Wuhan)
• 6. China University of Petroleum (Beijing)
• 7. Changchun University of Science and Technology
• 8. Dalian Medical University
• 9. Donghua University
• 10. East China University of Science and Technology
• 11. Harbin Normal University
• 12. Lingnan (University) College,Sun Yat-sen University
• 13. Ningbo University
• 14. Department of Construction Management, Tsinghua university
• 15. Shanghai Ocean University
• 16. Southwestern University of Finance and Economics
• 17. Shantou University Medical College
• 18. Shanghai University of Political Science and Law
• 19. The Sino-British College, University of Shanghai for Science and Technology
• 20. Weifang Medical University
• 21. Wuhan University
• 22. Xiamen University
• 23. Zhejiang Normal University
• 24. Zhejiang University of Science and Technology
• 25. Zhejiang University of Technology
Çində necə iş tapmaq olar?
Çin, dünyanın ən çox yaşadığı ölkə olaraq dünyanın ən böyük iqtisadiyyatlarından biri olduğu da bilinir. Çin iqtisadiyyatına gəlincə, hər il yüksəlir. Həm də iş axtaran yeni məzunlar üçün çoxlu iş təklifinin yaradılması ilə nəticələnir.
Cinde islemek
Özünüz üçün bir iş tapmaq üçün Çinə gedirsinizsə, Çin dilini bilirsinizsə bu sizin üçün bir bonus olacaqdır. İngilis dilində danışmaq üçün iş axtarırsınızsa, səyahətinizi bəzi böyük Çin şəhərlərinə apara bilərsiniz. Bu şəhərlərə Pekin, Şanxay, Guangzhou ve bəzi digər şəhərlər də daxildir.
Bu işlərin böyük hissəsi xarici sərmayə qoyulmuş müəssisənin hesabına olacaqdır. Bəzi Çin şirkətləri də bir iş təklif edirlər, lakin iş axtaran şəxs Mandarin dilini bilməlidir.
Çinin əsas sənaye sahələrinə aşağıdakılar daxildir:
• kimyəvi maddələr
• istehlak məhsulları
• Qida emalı
• maşınqayırma
• dağ-mədən
• texnologiya
• manufaktura
• nəqliyyat.
Cin telebe vizasi
Çin tələbə vizasının 3 növü mövcuddur:
• X VİZA-Bu viza Çinə təhsil və ya sahə işləri məqsədilə səyahət etmək istəyən şəxslərə verilir. X viza sahiblərinin işləmək icazəsi olmamasına baxmayaraq, əgər təhsil müəssisələri və ya digər səlahiyyətli qurumlar icazə verərsə, şəxslər təcrübə keçə bilər.
• X1 VİZA-Tədris müddəti 180 gündən çox olan tələbələrə, şəxslərə verilir.
• X2 viza-Tədris müddəti 180 gündən az olan tələbələrə və şəxslərə verilir.
Çin X Vizası üçün Tələb Olunan Sənədlər
1. Xarici Pasport (ən azı 6 ay ərzində etibarlı olmalı və əm azı 2 boş səhifəsi olmalıdır)
2. Ərizə Forması (dəqiq və düzgün şəkildə doldurulmuş Çin Tələbə vizası ərizə forması)
3. Yeni fotoşəki (ərizə formasına yapışdırılmış yeni və xarici pasportdakı ölçüdə rəngli fotoşəkil)
4. Qəbul Məktubu (çindəki universitet və ya məktəbdən verilən qəbul məktubunun əsli və surəti)
Çində təhsil almaq üçün tələb olunan sənədlər hansılardır?
Bakalavr üçün
Attestat
Pasport
11 illik qiymət cədvəli (Attestat yoxdursa)
Magistr üçün
Tövsiyyə məktubu
Sağlamlıq haqqında arayış
TOEFL+IETS imtahan sertifikatı
Xarici pasport
Cinde pulsuz magistr
təhsili
Təqaüd proqramı Bakalavr təhsili almaq istəyən namizədlərə aylıq 6000-6500 YUAN, Magistr təhsili almaq istəyən namizədlərə isə aylıq 7000-8000 YUAN pul vəsaiti ödəməklə yanaşı ildə bir dəfə Azərbaycana gediş-dönüş yol xərclərini də qarşılayır. Bakalavriat və ya Magistr səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar. Bakalavr təhsil pilləsinə qəbul üçün nəzərdə tutulmuş attestat balı 5 ballıq sistemlə minimum 4, 100 ballıq sistemlə isə minimum 71 olmalıdır. Magistr təhsil pilləsinə qəbul üçün nəzərdə tutulmuş Ümum Orta Göstərici (GPA) 71-dən aşağı olmamalıdır. Cinde bakalavr təhsili pilləsinə qəbul üçün minimum 6.0 score, Magistr təhsil pilləsinə qəbul üçün isə minimum 6.5 score IELTS sertifikatı tələb olunur. Təhsil müddəti seçdiyiniz ixtisasdan asılı olaraq bakalavr təhsil pilləsi üçün 4-5 il, magistr təhsil pilləsi üçün isə 2-3 il nəzərdə tutulmuşdur.
Tələb olunan sənədlər
• Bakalavr üçün attestat
• Magistr üçün diplom və diplom əlavəsi
• Dil biliyini göstərən sertifikat
• Tövsiyə məktubları
• Motivasiya məktubu
• Sağlamlıq haqqında arayış
Dil baryeri
Son illər Çin iqtisadiyyatı sürətli irəliləyişə imza ataraq Yaponiya iqtisadiyyatını geride qoyur və nəticədə, ABŞ-dan sonra dünyanın iqtisadi cəhətdən ən böyük ikinci ölkəsi olur. Dünya miqyasında böyük şirkətləri cəlb etdiyi üçün, qlobal ticarət və kommunikasiyanı asanlaşdırmaq üçün , ölkədə ingilis dili ümumilikdə geniş şəkildə danışılır, belə ki, əhalinin 80 %-i ingilis dilində danışa bilir. Tələbələr Çində təhsil almaq məsələsini nəzərdən keçirərkən bir qayda olaraq, ölkənin yerli dilini bilməkləri önəmlidir. Çin höküməti təhsil sisteminə və yüksək təhsil keyfiyyətinə önəm verdiyi üçün, son zamanlar ali təhsil sisteminə qoyulan sərmayə xeyli artmışdır.
Çin Universitetlərində İmtahan
Əksər ölkələrdə olduğu kimi Çində də universitetdə təhsil almaq və Çin vizası almaq üçün bəzi müvəffəqiyət imtahanları vardır. Bununla belə əcnəbi tələbələrin Çində bir universitetə daxil olmaq üçün universitetə qəbul imtahanı verməsi tələb olunmur. Üçüncü ölkə tələbləri üçün vacib olan HSK, IELTS kimi imtahan sertifikatı olmalıdır.
Çində təhsil almağın hansı üstünlükləri vardır?
• Dünya Reytinqində ilk 1000-lik siyahıda 72 Çin universiteti var.
• 300-dən çox universitetdə ingilis dilində təhsil almaq imkanı
• Təhsil və yerləşdirmə daxil olmaqla illik 2500USD-dan başlan qiymət
• Geniş imkanlara malik dövlət universitetləri
• Dünyanın ən böyük 2-ci iqtisadiyyatı olan və təhlükəsiz ölkəsi
• Asan qəbul prosesləri
• Universiteti bitirdikdən sonra işləmək imkanı
Çində təqaüd imkanlarından necə faydalana bilərsiniz?
Universitet təhsilinizi Çində davam etdirərkən, akademik performansınızdan asılı olaraq bir çox təqaüd imkanları sizi gözləyir. Əgər Çin dilini öyrənirsinizsə, təqaüd almaq şansınızın daha yüksək olduğunu deyə bilərik. Təqaüd ərizələri universitetlər daxilində edilsə də, tələbələr təqaüd variantlarını araşdırmalı və may ayından əvvəl müraciət etməlidirlər
Xarici tələbələrin Çində təhsil ala biləcəyi universitetlər və şöbələr aşağıdakılardır:
Tsinghua Universiteti
Xiamen Universiteti
Fudan Universiteti
Nankai Universiteti
Çin Renmin Universiteti
Sun Yat-sen Universiteti
Pekin Universiteti
Wuhan Texnologiya Universiteti
Tongji Universiteti
Chongqing Universiteti
Şanxay Texnologiya Universiteti
Pekin Texnologiya İnstitutu
Nankin Universiteti
Şanxay Maliyyə və İqtisadiyyat Universiteti
Pekin Normal Universiteti
Zhejiang Universiteti
Şanxay Universiteti
Pekin Dil və Mədəniyyət Universiteti
Qinghua Universiteti
Çin Okean Universiteti
Shandong Universiteti
Pekin Jiaotong Universiteti
Zhongzang Universiteti
Yunnan Universiteti
Jinan Universiteti
Lanzhou Universiteti
Siçuan Birləşmiş Universiteti
Hunan Universiteti
Hohai Universiteti
Çində ATTESTATLA təhsil
Çində təhsil almaq, qərb ölkələrində təhsil almaqdan daha fərqli bir təcrübə vəd edir. Bunun ilkin səbəbləri tamamilə fərqli yaşam tərzi, mədəniyyətlərarası fərqlər, Çinin özünəməxsus təlim və təhsil sistemi və təhsildə, digər ölkələrlə müqayisədə, daha innovativ xarakterli inkişafdır.
– Çin universitetlərində, hazırki rəqəmlərə görə, 600.000-ə yaxın beynəlxalq tələbə təhsil alır, əksər beynəlxalq tələbələr Yaponiya, ABŞ, Tayland, Cənubi Koreya və Hindistanı təmsil edirlər.
– Çində universitet təhsilinizi Çin və ya ingilis dilində ala bilərsiniz.
– Attestatla bakalavr (universitet) təhsili almağın ən böyük üstünlüklərindən biri də Çin təhsil haqqının aşağı olmasıdır.
– Bakalavr təhsil pilləsinə qəbul üçün nəzərdə tutulmuş attestat balı 5 ballıq sistemlə minimum 4, 100 ballıq sistemlə isə minimum 71 olmalıdır.