Back

Yüksək və keyfiyyətli təhsil, həm ölkənin davamlı inkişafı, həm də şəxsi uğur üçün əsas faktorlardan biridir. Xaricdə təhsil almaq istəyən gənclərin sayı ildən-ilə artır və bu artan maraq bizi 2018-ci ildə SKO Student Xaricdə Təhsil Mərkəzini yaratmağa ilhamlandırdı.

Bu gün SKO Student – mərkəzi Kanadada yerləşən və dünyanın ən böyük xaricdə təhsil şirkətlərindən biri olan ApplyBoard-un Azərbaycandakı rəsmi franchise tərəfdaşı olaraq, bu sahədə ölkənin ən güclü və etibarlı təhsil mərkəzlərindən biridir.

Məqsədimiz: gənclərə təhsil və karyera hədəflərinə uyğun peşəkar, şəffaf və səmərəli dəstək göstərməkdir.

📚 Xidmətlərimiz

✅ Universitet və proqram seçimi üzrə məsləhət
✅ Onlayn müraciət və qeydiyyat dəstəyi
✅ Viza sənədləşməsi və təqdimatı
✅ Yataqxana və yerləşdirmə təşkilatı
✅ Səyahət, sığorta və uçuş biletləri
✅ Uçuş öncəsi hazırlıq və proqram ərzində dəstək