Back

Ispaniyada tehsil
Ali təhsil proqramları bakalavr, maqistr və doktorantura pillələrindən ibarətdir. Avropa Ali Təhsil məkanının
tədris sisteminə uyğun olaraq proqramlar müvafiq təhsil mərhələləri üzrə bölünür:
Bakalavr proqramı – ilkin dərəcə proqramı və ya ümumi ali təhsil istiqamətidir;
Maqistr proqramı – ixtisaslaşmış dərəcə, həmçinin akademik və ya ixtisas dərəcə proqramıdır;
Doktorantura proqramı – elmi tədqiqat sahəsində ən yüksək elmi araşdırma metodlarının öyrənilməsinə yönəlmiş dərəcə proqramıdır. Ölkədə 75 universitet var. Bu universitetlərdən 50-si dövlət, 25-i özəl ali məktəblərdir. Universitetlərdə qarışıq maliyyələşmə mexanizmi tətbiq edilir. Təhsil xərcləri mərkəzi hökumətin ayırdığı subsidiyalar, icma qrantları, şəxsi investisiyalar və ianələr hesabına ödənilir. İspaniyada universitetləri Centro adlandırırlar. İspaniyada ali təhsil sisteminin təşəkkül tarixi orta əsrlərdən başlayır. Ölkənin ən qədim ali məktəbi olan Salamanka Universiteti 1218-ci ildən fəaliyyət göstərir. Hazırda İspaniya ali məktəblərində təxminən 1,5 milyon tələbə təhsil alır. Bu isə 46 milyon əhalisi olan ölkə üçün yüksək göstərici hesab edilir. Ali təhsil sisteminə Elm və Təhsil Nazirliyi nəzarət edir. Bununla yanaşı, ölkənin 17 muxtar regionu üzrə ali təhsil müəssisələrinə yerli qurumlar cavabdehlik daşıyır. Ali məktəblərə qəbul olunmaq üçün orta məktəb məzunları qəbul imtahanı verirlər. Ali təhsil icbari deyil. Özəl universitetlərdə təhsil ödənişlidir.
Təhsil haqqı universitetdən asılı olaraq dəyişir.

Necə müraciət etmək olar?
İspaniya universitetlərindən birində bakalavr proqramına qoşulmaq üçün siz Selectividad adlanan dil imtahını verməlisiniz. (Lazım olan standart səviyyə – B2) 2014-cü ildə çıxan qərarla əcnəbi tələbələr üçün bu imtahan ləğv edilsə də, prestijli ispan universitetlərinə daxil olmaq üçün bu imtahanı verməlisiniz. Tədrisin ingilis dilində aparıldığı ixtisasları oxumaq üçün isə standart IELTS və ya TOEFL nəticələrinizi təqdim etməlisiniz.

Ali məktəbləri tədris imkanlarına görə 4 yerə ayırmaq olar:
– texniki fənlərdən başqa bütün fənləri tədris edən ali məktəblərdə hər üç ali təhsil pilləsi üzrə (bakalavr, maqistr və doktorantura) oxumaq olar;
– ali texniki məktəblər də hər üç təhsil pilləsini (bakalavr, maqistr, doktorantura) təklif edir;
– müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış universitet məktəblərində yalnız bakalavr pilləsində təhsi almaq mümkündür;
-ali mühəndis məktəblərində isə memar, mühəndis və texnoloq hazırlanır. Bu tədris ocaqlarında proqram daha məzmunlu və dərindir. Bu məktəblərə qəbul olmaq istəyənlər ən ciddi seçimlərdən keçirlər. Statistikaya görə mühəndislik məktəbinin birinci kursunda təhsil alan tələbələrin üçdə biri kursda qalır. Daxil olanların dörddə biri isə diplom almağa müvəffəq olur. Ölkə universitetlərində akademik il 2 semestrə ayrılır. Birinci semestr sentyabrın ortalarından dekabrın axırlarına kimi davam edir. İkinci semestr isə fevralın ortalarında başlayır və mayın sonunda başa çatır. Təhsil haqqı yerli əhali və Avropa İttifaqı ölkələrindən olan tələbələr üçün xeyli aşağıdır. Heç bir fərq qoyulmadan yerli və əcnəbi tələbələrə qrantların, təqaüdlərin verilməsi də mümkündür. Təqaüd və qrant alınması üçün
rəqabət digər ölkələrlə müqayisədə daha yüksəkdir. Universitetlərdə təhsil müddəti 4 il, tibb və bəzi digər ixtisaslar üzrə 6 il davam edir. Ali təhsildə Boloniya sisteminin tələbləri əsas götürülür.İspaniyanın ali məktəblərində təhsil almaq üçün ispan dilini bilmək əsas şərtlərdən biridir. Odur ki, ölkənin ali məktəblərini seçən əcnəbilər ispan dili üzrə imtahan verirlər. (D.E.L.E. ispan dili üzrə imtahan). Müvafiq imtahanlar mayda və dekabrda keçirilir. Əcnəbi tələbələr, İspaniyada ali təhsil müəssisələrində oxuyan tələbələrin ümumi sayının 3 faizini təşkil edir. Onlar da əsasən Avropa İttifaqına daxil olan ölkələrdən gələn tələbələrdir.
Ali təhsil ciddi bir struktura əsaslanır və konkret kurikulumlar tətbiq olunur. Tələbələr tədris müddətində sağlamlıq və ailə vəziyyəti ilə bağlı ciddi səbəblər olmadan oxuduqları universitetləri dəyişə bilməzlər. Bakalavrlar üçün orta təhsil haqqında attestat və 9, 10, 11-ci siniflərdə keçirilmiş saatlar və qiymətlər haqqında çıxarışın (xülasə) verilməsi lazımdır. Magistrlər üçün ali təhsil haqında diplom, doktorlar üçün isə magistr diplomu və ali təhsil haqqında diplomun verilməsi vacibdir. İspaniya beynəlxalq aləmdə tanınmış bir çox ali məktəbləri ilə məşhurdur.

Bu ali məktəblər arasında
1.Komilas Pontifikal Universiteti
2.Alfonso El Sabio Universiteti,
3.Madrid Universiteti,
4.Seville Universiteti,
5.Valensiya Universiteti,
6.Bask Universiteti,
7.Katolonia Politexnik Universiteti,
8.Madrid Texniki Universiteti,
9.Barselona Avtonom Universiteti,
10.Qranada Universiteti,daha nüfuzlu hesab olunur. Ali məktəblərin əksəriyyəti Madrid, Barselona və Valensiya şəhərlərində
yerləşir. Özəl universitetlərin daha çox hissəsi Madrid şəhərində yerləşir.
İspan ali məktəbləri ənənəvi tarix və coğrafiya, latın dili, fəlsəfə, fizika tədrisində əsas sayılırlar. İspan
təhsilinin əsas cəhətlərindən biri – mədəniyyətin öyrənilməsidir. Ölkədə qeyri-universitet təhsili verən ali
təhsil müəssisələri də fəaliyyət göstərir. Bu təhsil müəssisələri sırasına mülki dənizçilik, turizm, incəsənət və
rəqs, mahnı və musiqi, yüksək səviyyəli biznes məktəbləri və Amerika məktəbləri daxildir.
İspaniyada təhsilin ikinci dövrünü bitirərkən ixtisasa uyğun maqistr dərəcəsi verilir.  Doktor dərəcəsini ali
təhsilin üçüncü pilləsinə qalxandan sonra almaq olar.

Ispaniyada təqaüdlə təhsil
Bütün beynəlxalq tələbələrə bir çox ixtisasda 20 faiz ödənişdən azad olmağı əhatə edir.
Akademik tələblər:
Məhdud sayda burs mövcuddur. Müraciət etmək üçün tələbələr aşağıdakı tələblərə cavab verməlidirlər ki, heç bir halda təqaüdün verilməsinə zəmanət vermir:
Akademik tələblər
1. İspan sisteminə keçiddən asılı olaraq orta təhsilin ikinci və sonuncu ilində (IB, GCSE, IGCSE və xarici təhsil sistemləri) orta hesabla 8 və daha yüksək qiymət.
2. Təqaüddən faydalanacaq dərəcǝyǝ uyğun gələn UIC Barcelona qəbul imtahanından keçin.
3. UIC Barselonaya qəbul olub və bir yer bron etmək üçün pul ödəmək lazımdır.
Burs eyni şərtlərdə yeniləmək üçün tələbələr bütün fənlərindən keçməli və
orta qiymətləri ən azı 6 olmalıdır.

Bundan əlavə, Beynəlxalq
Mükəmməllik Bursu alan tələbələr, mənsub olduqları şöbənin qoyduqları vəzifələrə ildə 15 saat töhfə
verməlidirlər. Saatlar müəyyən bir işləri başa çatdırmaqla tamamlana bilər və
ya hər şöbənin ehtiyaclarına uyğun olaraq il boyu paylana bilər.

Ispaniya tələbə vizasi
İspaniya Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün İspaniya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İspaniyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İspaniya milli vizasına da müraciət edə bilərsiniz.

İspaniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu
İspaniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
• Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
• Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
• Şəxsiyyət vəsiqənizin surəti
• İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
• Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
• Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
• Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
• 2 ədəd 3.5×4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz

Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

 

Ispaniyada magistr tehsili
İspaniyada magistratura təhsili almaq üçün səbəblər çoxdur. İspanca və ingiliscə onlarla maraqlı proqram, uyğun təhsil haqqı, münasib yaşam standartları İspaniyanı mütləq sizə sevdirəcək.

Ispaniyada magistr ixtisasları seçimə görə 1 il (60 ECTS) və 2 ildir (120 ECTS).
Ən çox müraciət olunan ixtisaslar biznes və iqtisadiyyat, turizm, dizayn və modadır.

Magistraturaya qəbul şərtləri
İspaniyada magistratura təhsili almaq üçün minimum B2 səviyyədə ispanca bilmək tələb olunur. İngiliscə oxumaq istəyənlər IELTS-dən minimum 6 bal toplamalıdırlar.

GPA – qiymət ortalamasının 75+ olması tələb edilir.

İspaniyada magistratura təhsilinin qiyməti
İspaniyada universitet ödənişi kredit sayına görə müəyyənləşdirilir. Bir kreditin qiyməti 22-36 avro arasında dəyişir. Dövlət universitetlərində Avropa Birliyi vətəndaşı olmayan xaricilərin illik təhsil haqqı 2 000 avrodan 6 000 avroya qədər dəyişə bilir. Özəl universitetlərdə isə bu rəqəm 7 000 – 15 000 arasındadır.

Ispaniyada yasam
Kampus içində yataqxana və rezidanslar: Bu cür yataqxana və rezidansları tələbələr çox seçir. Tələbələrə birnəfərlik, ikinəfərlik və 3-4 nəfərlik otaqlar təklif edilir. Bəzi yataqxanalar gündə 2 dəfə tələbələri yeməklə təmin edir.

Özəl yataqxana və rezidanslar: Özəl yataqxanalar əsasən kampusa yaxın məsafədə yerləşir. Tələbələr tək və ya bir neçə nəfərlə qala bilərlər. Rezidanslarda şərait daha yaxşıdır. Burada studio tipli mənzillərdlə yaşamaq mümkündür.

Tələbə evləri: Daha sərbəst yaşamaq istəyən tələbələr bu evləri seçirlər. Yemək xidməti yoxdur. Tələbələr yemək bişirməkdə və ya kənardan sifariş etməkdə daha sərbəstdirlər.

Ailə ilə yaşamaq: İstiqanlı ispan ailəsi ilə birlikdə yaşamaq olduqca maraqlı bir təcrübə və əyləncəyə çevrilə bilər. Hazır yemək, rahat otaq, ev sahiblərinin dostyana münasibəti sizin xoşunuza gələcək. İspan mədəniyyətini, adət-ənənəsini öyrənməyin ən qısa yolu bir ispan ailəsində yaşamaqdan keçir.

Ispaniyada islemek
İspaniyada tələbə vizası ilə 1 gündə 4 saat, həftədə 20 saat işləmək mümkündür. Magistr diplomu aldıqdan sonra isə 1 illik işaxtarma vizası verilir. Bir il ərzində daimi iş müqaviləsi bağlamış hər gənc İspaniyada yaşamağa davam edə bilər.

Ispaniya universitetləri:
Pompeu Fabra University
Autonomous University of Barcelona
University of Barcelona
Autonomous University of Madrid
University of Navarra

İspaniyanın məşhur biznes məktəbləri
1. IESE Business School – Barcelona
2. ESADE Business School – Barcelona
3. IESE Business School – Madrid
4. School of Economics and Business – Universidad de Navarra Pamplona
5. Barcelona Business School

Ispaniyada təhsil
Universitetlərdə xüsusilə nüfuzu olan fakültələr də var ki, bu da ali mühəndis məktəbləridir. Bu məktəblər memar, mühəndis və texnoloq hazırlayır. Burada proqram daha məzmunludur və ali mühəndis məktəbləri universitet ənənələrinə və müasir peşəkar hazırlama reallağına uyğunlaşır. Bu məktəblərə qəbul olanlar ən ciddi seçimdən keçirlər. Statistikaya görə mühəndislik məktəbində təhsil alan birinci kursların üçdə bir hissəsi ikinci ilə qalır və yalnız bütün daxil olanların dörddə bir hissəsi diplom alır.

İspan universitetlərində akademik il 2 semestrə ayrılır. Birinci semestr sentyabrın ortalarından dekabrın 20-nə kimi davam edir. İkinci semestr isə 9–16 fevralda başlayır və 22–29 mayda bitir. Bütün universitetlərdə təhsil 5–6 il davam edir. Təhsil ispan dilindədir. Təhsil proqramları Bakalavr dərəcəsi. İspaniyada təhsilin birinci pilləsini bitirən universitet tələbələrinin yiyələndiyi bakalavr dərəcəsi 3 əsas dərəcəyə bərabərdir:

— “Arguitecto Tecnico” – dərəcəsi, yalnız memarlıq sahəsində təhsil alan tələblərə verilir — “Ingeniero Tecnico” – dərəcəsi, texniki ixtisaslı tələbələrə verilir — “Diplomado” – dərəcəsi, digər bütün istiqamətlərdə təhsil alan tələbələrə verilir.

Magistr dərəcəsi. İspaniyada təhsilin ikinci dövrünü bitirərkən ixtisasa uyğun magistr dərəcəsi verilir. Təhsilin istiqamətindən asılı olaraq aşağıdakılar ola bilər: — Memar (“Arcuitechto”) — Mühəndis (“Ingeniero Superior”) — Lisenziyaçı (“Licenciado”) — Magistr – tədqiqatçı – İspaniyada adətən ona müəyyən ixtisas – “Master”, “Diplomado”, “Experto” və s. uyğun gəlir. O hazırkı kursu təşkil edən universitet tərəfindən təyin olunur və təhsilin üçüncü dövrünü bitirəndən sonra verirlir.

Doktor dərəcəsi. İspaniyada o, əksəriyyət inkişaf etmiş ölkələrdə olduğu kimi – doktor dərəcəsi (“Doktor”) adlanır. Onu ali təhsilin üçüncü pilləsinə qalxandan sonra almaq olar.

İspaniyanın ali məktəblərinə daxil olarkən ümumi tələblər — təhsil almaq üçün əsas lazımi şərtlərdən biri dil bilməkdir. — D.E.L.E. ispan dili üzrə imtahan vermək. İmtahanlar mayda və dekabrda keçirilir. — seçilmiş ixtisas üzrə əsas sualları bilmək. — dil hazırlığı keçmək üçün texniki ixtisaslara daxil olan namizədlər ispan dilinin superior D.S.E. səviyyəsini bilməlidirlər. — maarifləndirici sənədlərin qanuniləşdirilməsi prosesindən keçmək. Bakalavrlar üçün orta təhsil haqqında attestat və 9, 10, 11-ci siniflərdə keçirilmiş saatlar və qiymətlər haqqında çıxarışın (xülasə) verilməsi lazımdır. Magistrlər üçün ali təhsil haqında diplom, doktorlar üçün isə magistr diplomu və ali təhsil haqqında diplomun verilməsi vacibdir.

İspaniyada təhsil almaq üçün hansı şərtlər var?

İspaniyada təhsil almaq üçün beynəlxalq tələbələr müəyyən meyarlara cavab verməli və aşağıdakı sənədləri təqdim etməlidirlər.

Təhsilə Qəbul Anketi

İspaniyada magistraturada təhsil almaq üçün öz ölkələrində dövlət tərəfindən tanınan universitetdən etibarlı bakalavr dərəcəsi.

Kvalifikasiyanızın rəsmi qeydləri, keçdiyimiz bütün universitetlərə qəbul imtahanlarını təsdiq edən sertifikatlar

Motivasiya məktubu / Məqsəd Bəyanatı: Məqsəd Bəyannaməsi sözügedən universitetə ​​qəbul olunmağınızın arxasındakı motivasiyanızı aydın şəkildə təsvir etməlidir.

Adətən, tələbə universitetə ​​müraciət etmək üçün tövsiyə məktubuna ehtiyac duyur. Tövsiyə məktubu sizin məktəbinizdən və ya bu mövzuda səlahiyyətli bir şəxsdən olmalıdır.

Tərcümeyi-hal (CV)
Pasportunuzun surəti
Pasport şəkli

IELTS olmadan İspaniyada təhsil alın
İspaniyada IELTS tələbi olmadan təhsil almaq üçün aşağıdakı variantlardan birini təqdim etməlisiniz.
Aşağıda İspaniyada IELTS olmadan təhsil almaq üçün ən populyar seçimlər verilmişdir.

Sizin üçün ən uyğun olan İspan hazırlıq kursuna yazılmaq olardı.

1. Ana diliniz

Bütün dünyada ispan dilini ana dili kimi bilən 450 milyon insan var. Siz həmçinin ABŞ-da İspan icmasını tapa bilərsiniz. Əgər ana diliniz ispan və ya ingilis dilidirsə, siz IELTS imtahanına gəlmədən İspaniyaya gedə bilərsiniz.

2. İspan biliyinin sübutunu göstərin

İspan dilini bilirsinizsə, İspaniya universitetlərinə qəbul üçün beynəlxalq səviyyədə tanınan DELE imtahanında iştirak edə bilərsiniz. Bakalavr dərəcəsi üçün sizə DELE B2 sertifikatı, magistratura proqramı üçün isə DELE C1 sertifikatı lazımdır.

3. İspan dili hazırlıq kursunu keçin

Müraciət etmək istədiyiniz qurumun tələb etdiyi səviyyəyə qədər biliyinizi artırmaq üçün özünüzü İspan hazırlıq kursuna yaza bilərsiniz.

İspaniyanın Nebriya Universiteti belə hazırlıq kursları təklif edən universitetlərdən biridir. Şübhəsiz ki, bu, İspaniyada IELTS olmadan təhsil almağın ən yaxşı yollarından biridir.

4. İspan Dili Məktəbinin diplomu
İxtisaslaşdırılmış ispan dili məktəbindən orta təhsil diplomunuz varsa, İspaniyada dərəcə proqramına qəbul olmaq üçün dil biliyini təsdiqləyən əlavə sübut təqdim etməyinizə ehtiyac yoxdur. Bütün dünyada belə ixtisaslaşdırılmış dil məktəbləri var, ona görə də bu seçim olduqca məqsədəuyğundur.

5. Başqa bir beynəlxalq səviyyədə tanınan ingilis dili biliyi sertifikatını təqdim edin
İspan universitetində ingilis dilində tədris olunan dərəcə proqramına qəbul olmaq istəyirsinizsə, ingilis dili biliyinizi sübut etmək üçün başqa bir IELTS alternativi hazırlaya bilərsiniz. TOEFL IELTS ilə yanaşı Kembric Universitetinin CAE və CPE imtahanlarına ən məşhur alternativdir.

İspaniyada IELTS olmayan universitetlər
Aşağıda sadalanan universitetlər öz rəsmi internet saytlarında yer alan məlumata görə, ingilis dilini bilmək üçün IELTS ballarını xüsusi olaraq tələb etmirlər.

İspaniyada IELTS olmayan universitetlər
Aşağıda sadalanan universitetlər öz rəsmi internet saytlarında yer alan məlumata görə, ingilis dilini bilmək üçün IELTS ballarını xüsusi olaraq tələb etmirlər.

1. Universidad Antonio De Nebrija
Əndəlusun Sevilya şəhərində yerləşən bu kiçik universitet ixtisaslaşdırılmış ispan dili tədris mərkəzinə görə beynəlxalq tələbələr üçün ən cəlbedici məktəblərdən biri olmuşdur. İngilis dilində tədris olunan ən populyar proqramlardan bəziləri

Entegre Program: İletişim Bilimleri
Entegre Program: Sanat ve Edebiyat
Entegre Program Politeknik Okulu

İngilizce dilinde gerekli yeterlilik seviyesi sadece B2’dir ve IELTS ile ilgili özel bir gereklilik yoktur.

2. Pablo De Olavide Universiteti
Pablo de Olavide Universiteti əsasən ispan dilində olan geniş proqramları ilə məşhurdur. Bunlardan bəzilərinə İspan Araşdırmaları Proqramı və İspan Dili və Mədəniyyəti Proqramı kimi aspirantura proqramları daxildir.

TEFL və TESOL sertifikatları ilə ispan dilində bir neçə hazırlıq kursları var.

3. Valensiya Universiteti
Son statistikaya görə, Valensiya Universiteti ən yüksək reytinqli İspaniya universitetidir. Əlavəər beynəlxalq universitetə ​​Erasmus Proqramının payı kimi gəlir. Əsasən, hər hansı bir dil sertifikatı üçün xüsusi çağırış yoxdur. Bununla əsas ispan dilini bilmək tövsiyə olunur.

4. Salamanka Universiteti
Bu, İspaniyanın ən gözəl şəhərlərindən biri olan Salamankada yerləşən Avropanın 3-cü ən qədim universitetidir. Beynəlxalq səviyyə üzrə ən populyar proqramlar Səhiyyə və ə Tibbi və İspan Dili və Mədəniyyətidir.