Back

İsveç haqqında
İsveçdə demək olar ki, 40 universitet yerləşir və onların bir çoxu Uppsala Universiteti, Lund Universiteti və ya Stokholm Universiteti kimi dünya miqyasında yüksək sıralarda yer alır. İsveç ingilis dilində təhsilə keçid üçün Avropanın qabaqcıllarından biri olub və seçim etmək üçün böyük 900 dərəcə təklif edir.
İsveçdə təhsil Aİ/EEA vətəndaşları və daimi İsveçdə yaşamaq icazəsi olanlar üçün pulsuzdur. Digərləri adətən ildə 80,000 ilə 140,000 SEK arasında dəyişən təhsil haqqını ödəməli ola bilər – təqribən. 8000-15000 EUR və ya 9000-17000 ABŞ dolları. Aİ/EEA xaricində olanlar üçün də müraciət haqqı var.

Necə müraciət etmək olar
Əgər siz İsveçdə təhsil almaq istəyirsinizsə, hansı universitetdə hansı proqramdan olursa olsun, ərizəniz bizim tərəfindən yazıla bilər

Isvecde tehsil
İsveç keyfiyyətli təhsil sistemi, həyat şəraiti və təhlükəsizlik baxımından yüksək reytinqə malik bir ölkədir. Ölkə ən üstün akademik mükafatlardan biri olan Nobel mükafatına ev sahibliyi edir. Təhsil müəssisələrində 350 – dən çox proqram ingilis dilində aparılır. İsveç Avropada çox sürətlə inkişaf edən və daim innovasiyalarla yeniləşən təhsil sisteminə malikdir. İsveç təhsilində müasir pedaqogika metodları tətbiq olunur. Orta və ali məktəbin bütün pillələrində təhsil pulsuzdur. Bu ölkədə yalnız özəl universitetlərdə ödənişli təhsil mövcuddur. Tələbələr təhsil aldıqları müddətdə işləmək izninə malik olurlar. İsveçdə təhsil haqqı universitetin və fakültənin keyfiyyətinə görə 8000-20000 avro arasında dəyişir. Yaşayış xərcləri isə bir ay üçün 850 avro civarındadır. İsveçdə magistr pilləsində təhsil almaq istəyənlərin bakalavr ortalama balı 70-80-dən az olmamalıdır. Həmçinin magistr təhsil almaq istəyən şəxsin IELTS göstəricisi 6.5-dən az olmamalıdır.
Isvecde təqaüdlə təhsil – Visby Təqaüdü

İsveçdə təqaüdlə təhsil almaq üçün ən məşur proqramlardan biri də Visby təqaüdüdür. Birinci məsələ universitetə müraciət ilə başlayır. Tələbə olmaq istəyən şəxs universityadmissions.se saytında qeydiyyatdan keçərək öz sahəsinə uyğun ixtisas və ya ixtisaslara müraciət edir. Visby təqaüdü yalnız bu siyahıda yer olan ixtisaslara verilir, yəni ixtisas və universitet seçimi önəmli məsələdir. Eyni zamanda, Visby rəsmi olaraq qeyd edir ki, ekoloji və sosial davamlılıq, idarəetmədə yenilik və məsuliyyət və ya davamlı iqtisadi inkişafla bağlı ixtisaslara daha çox önəm verilir. Visby üçün universitetlərə müraciət oktyabrın 16-sı açılır və növbəti ilin yanvar ayının 15-nə kimi davam edir. Tələbə, bu tarixlər arası universitetə müraciət etməli və fevralın 3-nə qədər “application fee”, yəni tələbənin müraciətinə baxılması üçün tələb olunan rüsum ödənməlidir.

Təqaüd proqramı üçün tələb olunan sənədlər

Motivasiya məktubu – Tələbənin şəxsi motivasiyası çox önəmlidir. Yəni əsas məqam budur ki, tələbə seçdiyi ixtisası özünün təcrübəsi və təhsili ilə açıq-aydın əlaqələndirməli və magistratura təhsilinin özü və digərləri üçün nə kimi müsbət nəticələr verəcəyini proqnozlaşdıra bilməlidir. Motivasiya məktubunda İsveçdə təhsilinizi bitirib ölkənizə qayıtdıqdan sonra ölkənizə nə kimi töhfələr verə biləcəyinizi də qeyd etməyiniz lazımdır.

CV – Visby təqaüdü üçün sistemə CV yüklənilməli və maksimal şəkildə 3 səhifədən ibarət olmalıdır. Visby üçün CV özlərinin tələb etdiyi şablon formada hazırlanmalıdır. Şablon formanı proqramın rəsmi saytından əldə mümkündür.

Digər bir məsələ isə tələbə haqqında yazılacaq tövsiyə (reference) məktublarıdır. Bu məktublar yaxşı olar ki, tələbəni birbaşa tanıya bilən şəxslər, ideal olaraq müəllimləri tərəfindən yazılsın. Tövsiyə məktubunun məzmunu tərifnamə olmalı deyil. Məntiqi şəkildə izah olunmalıdır ki, ixtisas və təqaüd bu tələbəyə nəyə görə lazımdır. Məktub maksimum 2 səhifə, imzalı və möhürlü şəkildə yazılmalı və Visby proqramının tələb etdiyi formada təqdim olunmalıdır.

İş və ya liderlik təcrübəsinin olması – Burada ən mühüm məsələ müraciət edən şəxsin iş təcrübəsi ilə bağlıdır. İş təcrübəsi dedikdə buraya tamştat və yarımştat əmək fəaliyyəti, ödənişli və ya ödənişsiz təcrübə proqramları, könüllü xidmətlər, tələbə birliyi və təşkilatlarında aparıcı vəzifələr də daxildir. Əvvəllər Visby iş təcrübəsinin müddəti ilə bağlı hər hansı bir məhdudiyyət qoymurdu, lakin son illərdə proqrama müraciət edənlərin sayı artdığından və rəqabət yarandığından minimal iş saatı 3000 saat tələb olunur. İş yerindən arayış forması proqramın rəsmi saytında şablon formada mövcuddur. Həmin forma əvvəlcə çap olunmalı, daha sonra rəhbərlik tərəfindən doldurulmalı, imzalanmalı və möhürlənməlidir. Daha sonra isə PDF fayl formasında sistemə yüklənməlidir.

Pasport – Pasportun skan versiyasında şəxsi məlumatlar (şəkil olan hissə) aydın şəkildə görünməlidir. Pasportun surəti CV ilə birlikdə sonuncu, yəni dördüncü (əgər CV 3 səhifə olacaqsa) səhifə olaraq daxil edilməlidir.

Digər sənədlər – Dil sertifikatları, təhsil aldığı müddətdə və ya sonra əldə etdiyi nailiyyətləri sübut edən sertifikatlar namizədin müraciət edəcəyi proqramdan asılı olaraq dəyişir. İngilis dilli proqramlara müraciət zamanı, əsasən IELTS və ya TOEFL sertifikatları tələb olunur.
Isvecde magistr tehsili
İsveçdə magistr proqramları müxtəlif olduğundan sizə bir çox imkanlar təklif edir.
Isvecde magistr ixtisasları Mühəndislik, Sosial Elmlər, Tibb, Kommunikasiya kimi ixtisaslar üzrə magistr təhsili ala bilərsiniz. İsveç distant təhsil sahəsində də çoxsaylı imkanlar təklif edir. Əgər bakalavr təhsilinizi İsveçdə almısınızsa, magistr seçimində şansınız olduqca yüksəkdir. İsveçdə magistr üzrə yəhsil haqları Aİ vətəndaşı olan tələbələr üçün pulsuz, qeyri-Aİ vətəndaşları üçün isə ixtisasdan asılı olaraq 5.000$ – 15.000$ arasında dəyişir. İsveçdə magistr proqramlarının əksəriyyəti ingilis dilində aparılır
Isvecde pulsuz magistr təhsili
Visby təqaüd proqramı magistratura və doktorantura tələbələri üçün təklif olunur və bu ölkə vətəndaşlarına təklif edilir: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Ukrayna, Ermənistan

Təqaüd proqramı nələri qarşılayır?

– Yaşayış xərcləri üçün 9000 İsveç kronu
– Sığorta
– Təhsil xərci (universitetin tədris proqramı üçün tələb olunan xərc)
– Səyahət xərci üçün 5000 kron
– İsveç İnstitut Şəbəkəsinə üzvlük (SI NFGL), karyera inkişafınız üçün müəyyən

Visby təqaüdünə müraciət etmək üçün hansı sənədlər lazımdır?

– Referans (Tövsiyə) məktubu
– Motivasiya məktubu
– Dil sertifikatı (IELTS, TOEFL), ən azı B2 səviyyəsini sübut edən rəsmi sənəd.
– CV
Isvecde bakalavr təhsili
Burada təhsil alan tələbələrin çoxu İsveç və digər ölkələr arasında aparılan tələbə mübadiləsinin nəticəsində ölkəyə gələnlərdir. Digər halda, attestat və ingilis dili biliklərini təsdiq edən TOEFL və ya İELTS sertifikatlarını təqdim etməlidirlər. İngilis dilində bakalavr təhsili hər 3 universitetdən birində təklif olunur.

Təəssüf ki, bakalavrlar üçün təqaüd ayrılmır.

Isvecde islemek
İsveç Miqrasiya Komitəsi tələbələrə təhsil müddətində harada və neçə saat işləməkdə heç bir məhdudiyyət qoymur.

Bu ölkədə oxuyan tələbəyə hər ay 7300 kron (təxminən 730 avro) tələb olunur. Bu məbləği İsveç Miqrasiya Komitəsi təyin edib və tələbə pulu nağd olaraq ödəməlidir.

Isvecde yasam
İsveç Avropanın ən yüksək yaşam standartlarına sahib ölkələrindən biridir. Bundan əlavə, gəlir səviyyəsi, təbiəti, qida və içki sektorunda öz istehsalına üstünlük verən və iş imkanlarının faiz nisbətinə görə digər ölkələrdən seçilir. Bura üz tutan xarici tələbələrlə edilən fərqli müsahibələrin ümumi nəticəsi olaraq isə beynəlxalq vətəndaşların 71%-i bu ölkədə yaşamlarını davam etdirmək arzusunda olduqlarını bildiriblər. Uzun sözün qısası, İsveçdə təhsil aldığınız illər ərzində bu ölkə sizə hər növ imkan və istər iş, istər təhsil cəhətdən fərqli şanslar təqdim etməyə davam edir!
• Yaşam Standartları

İsveç Avropanın ən yüksək yaşam standartlarına sahib ölkələrindən biridir. Bundan əlavə, gəlir səviyyəsi, təbiəti, qida və içki sektorunda öz istehsalına üstünlük verən və iş imkanlarının faiz nisbətinə görə digər ölkələrdən seçilir. Bura üz tutan xarici tələbələrlə edilən fərqli müsahibələrin ümumi nəticəsi olaraq isə beynəlxalq vətəndaşların 71%-i bu ölkədə yaşamlarını davam etdirmək arzusunda olduqlarını bildiriblər. Uzun sözün qısası, İsveçdə təhsil aldığınız illər ərzində bu ölkə sizə hər növ imkan və istər iş, istər təhsil cəhətdən fərqli şanslar təqdim etməyə davam edir!
Isvec universitetləri
1.Chalmers University of Technology

2. Gothenburg University College (University of Göteborg)

3. Karolinska Institute, Stockholm

4. Linkoping University

5. Lund University

6. Royal Institute of Technology

7. Stockholm School of Economics

8. Stockholm University

9. Swedish University of Agricultural Sciences (SLU)

10. Umea University

11. Uppsala University