Back

Latviada təhsil
Rəsmi olaraq Latviya Respublikası, Avropanın şimalında yerləşir və ölkə sərhədləri; Şimalda Estoniya, şərqdə Rusiya və Belarusiya, cənubda Litva ölkələri ilə həmsərhəddir. Latviya Respublikası 1918-ci il noyabrın 18-də yaradılmışdır və hökumət demokratiya ilə idarə olunur, Riqa Latviyanın ən böyük şəhəri və paytaxtıdır, ölkədə danışılan dil latış dilidir və istifadə olunan valyuta isə avrodur.

Latviya Baltik dənizinin şərq sahilində yerləşməklə, Şərq,Qərb,Şimal və Cənub arasında körpü rolunu oynayır.  Ökənin həm fiziki-coğrafi mövqeyinin əlverişliliyi,  idarəetmə sisteminin keyfiyyətliliyi, həm də əhalinin zəhmətkeşliyi sayəsində Latviya, bu gün kiçik ölkə olmasına baxmayaraq, kifayət qədər inkişaf etmiş dövlətdir. Latviyanın  təxminən 2 milyon əhalisi var. Paytaxt Riqa opera, balet, incəsənət qalereyaları və muzeylərilə  zəngin mədəniyyət tarixinə sahibdir. Hətta, 2014-cü ildə Riqa “Avropanın Mədəniyyət Paytaxtı” seçilmişdir.

Dövlətin rəsmi dili Latviya dilidir.  Əhalinin çoxu latviyan və ingilis dillərində danışır. Bundan əlavə uzun müddət SSRİ-nin tərkibində olması səbəbiylə  rus dili ölkədə  çox işlədilən dillərdən sayılır.

Latviya NATO, Avropa Birliyi kimi beynəlxalq təşkilatların  üzvü olmaqla,  xarici tələbələrə dünya standartlarına uyğun təhsil imkanı verir. Mühəndislik, Tibb, Biznesin idarə edilməsi, Turizm, İctimaiyyətlə əlaqələr, bank işi, təbiət elmləri, sosial elmlər və s. ixtisaslar üzrə hər il 5500-ə qədər gənc öz ali təhsilini Latviyada almağı seçir. Latviya, müasir və təhlükəsiz tədris mühiti, beynəlxalq arenada tanınan akademik  müəllim-mütəxəssis heyəti və təhsil proqramları,  sərfəli qiymətlərdə təhsil haqqı, büdcəyə uyğun yaşayış imkanlarının olmasıyla xarici tələbələrin diqqətini  ilbəil  özünə cəlb edir.

Latviyada təhsil sistemi interaktiv öyrənmə və praktiki vərdişlərlə mənimsəmə üstündə qurulub.  Ölkədə 58 ali təhsil müəssisəsi var. Universitetlərdə xarici tələbələrə 200-dən artıq İngilis dilində təhsil verən ixtisaslar təklif edilir.  Bu ixtisasların çoxu Bakalavr pilləsi üzrədir. Paytaxt şəhər Riqada universitetlərin əksəriyyəti, o cümlədən ən böyüyü Latviya Universiteti yerləşir. Bu universitetin  yaşı təxminən 100 ildir və tibb-stomotologiya  daxil olmaqla, bir çox ingilis dilində olan ixtisaslar burada tədris edilir.

Digər ölkələrdən fərqli olaraq, Latviyada bir çox ali təhsil müəssisələri xarici tələbələrin qəbulu zamanı beynəlxalq dil sertifikatı tələb etmir. Dil bacarıqlarının yoxlanılması adətən xarici  tələbələrlə onlayn müsahibə vaxtında həyata keçirilir. Bolonya sisteminə əsasən Latviya universitetlərində  ali təhsilin hər 3 pilləsi – Bakalavr, Magistr və Doktorantura yüksək səviyyədə təmsil olunur. Latviyada Bakalavr təhsili 3-4 il, magistr təhsili 1-2 il, doktorantua  isə 3-4 il müddətində tədris edilir.

Latviyada universitet ödənişləri digər Avropa Birliyi ölkələrinə nisbətən əlverişlidir. Seçdiyiniz universitet və ixtisas proqramından   asılı olaraq təhsil haqqları müxtəlif ola bilər.  Ümumiyyətlə götürsək, Latviya ali təhsil müəssisələrində təhsil ödənişləri aşağıdakı kimidir:

• ✓ Bakalavr təhsili üzrə illik 3000-7000 €

• ✓ Magistr təhsili üzrə maksimum 9000€

• ✓ Doktorantura təhsili üzrə ödəniş 1200-1500€ təşkil edir.

Çox zaman dövlət universitetləri özəl təhsil müəssisələrinə nisbətən daha aşağı qiymtələr təklif edir.

Çox zaman dövlət universitetləri özəl təhsil müəssisələrinə nisbətən daha aşağı qiymtələr təklif edir.

Latviyada ali təhsil

• Xarici tələbələr üçün çoxsaylı təhsil proqramları və onlara uyğun bir çox tələbə təqaüdləri  mövcuddur.

• Latviya təhsil müəssisələrinin diplomları qlobal səviyyədə tanınır.

• Latvi ada təhsil ödənişləri və yaşam xərcləri “tələbə büdcəsi”nə uyğun şəkildədir.

• İqtisadi cəhətdən inkişaf edən ölkə olmaqla, Latviya xarici tələbələrə gələcək üçün geniş karyera imkanları yaradır.

• Universitet vaxtından tələbələr işləyib təcrübə qazana və maliyyə müstəqilliklərin təmin edə bilərlər. Belə ki, tələbələrə oxuduqları müddətdə həftəlik 20 saat işləmək icazəsi verilir. Tətil vaxtı hətta 40 saat işləmək də mümkündür. Bundan əlavə yay vaxtı bir çox universitetlər xarici tələbələri təcrübə proqramlarına göndərir.

Latviya universitetlərinə qəbul üçün hansı sənədlər tələb olunur?

• ✓ Etibarlılıq vaxtı qüvvədə olan ümumvətəndaşlıq pasportu

• ✓ 6 ədəd 35*45 sm ölçüdə və ağ arxa fonda sənəd şəkli

• ✓ Bakalavr pilləsi üçün orta məktəbi bitirdiyinizi göstərən attestat

• ✓ Magistr təhsili almaq üçün bitirdiyiniz universitetdən bakalavr diplomu

• ✓ Beynəlxalq İngilis dili sertifikatları – IELTS, TOEFL yaxud PTE (Pearson Tests of English)

• ✓ CV (Cirriculum Vitae)

• ✓ Məhkum olmamağınız haqqında rəsmi arayış

• ✓ Bankdan Tələbənin ad, doğum tarixi və pasport nömrəsini göstərən arayış

• ✓ Həmin bankdan balansında minimum 4763 € olan Beynəlxalq debit kartı

• ✓ Motivasiya məktubu

Latviada yasam

Latviyada yaşam xərcləri Avropanın digər  öndəgedən ölkələrinə nisbətən sərfəlidir.  Ölkədə tələbə yaşayış yerləri adətən universitetlər tərəfindən yataqxana və hostel şəklində təmin edilir.  Yaşayış xərclərinin səviyyəsi tələbələrin yaşayacağı şəhərdən və yaşam şəraitindən asılıdır.  Bir tələbə üçün qida, nəqliyyat, kommunal və yaşayış yeri daxil olmaqla aylıq  ortalama 450-700€ kifayət edir.

Tələbələr universitetlərin təklif etdiyi yataqxanalarda yox, kirayə mənzillərdə yaşamaq istəsələr,  qiymətlər bu cür olacaq: şəhər mərkəzində bir nəfərlik kirayə ev 372€, şəhər kənarı həmin ev isə 261€ qiymətindədir. Şəhər kənarı  ərazidə 3 nəfərlik kirayə mənzil 673€, şəhər mərkəzindən kənarda isə eyni mənzil 475€ təşkil edir.

Qida xərclərinə gəldikdə, gündəlik tələbat məhsullarından 1 litr süd – 0.91€, 500 qr ağ çörək – 0.87€, 12 ədəd yumurta 1.76€, 1 kq toyuq filesi – 5.31€, 1 kq mal əti – 7.76€, 1.5 litr su – 0.63€, 1 kq kartof – 0.46€ qiymətindədir. Əgər restorandan sifariş vermək istəsəniz, çox  baha olmayan restoranda bir nəfərlik yemək 6.50€, orta səviyyəli restoranda 2 nəfərlik 3 kurs yemək 35.00€, 0.33 litr su isə 0.78€ təşkil edəcək.

Kommunal xərclər ortalama 85 m2 sahəsi olan yaşayış mənzilində elektrik, istilik, su, zibillərin daşınması daxil olmaqla aylıq 175€ qiymətindədir. 1 dəqiqəlik ilkin ödənişli mobil tarif 0.10€, aylıq internet-WIFI ödənişi isə 16€ təşkil edəcək.

Nəqliyyat xərclərindən söhbət açsaq, 1 nəfərlik ictimai nəqliyyat bileti – 1.15€, aylıq gediş üçün birdəfəlik bilet isə 50.00€ civarındadır. Normal tariflə 1 km məsafəlik taksi qiyməti 0.70€ təşkil edir. Əgər şəxsi avtomobildən istifadə etmək istəyirsinizsə, 1 litr benzinin qiyməti 1.28€-dur.

İstirahət və sağlamlığınız üçün bir nəfərlik aylıq fitnes klub ödənişi 33.64€, kinoteatr bileti isə hər nəfərə 8.00€ qiymətindədir.

Latvia universitetləri

  • Riqa Texniki Universiteti 1001+; 2,000 – 5,000avro
    Latviya Universiteti 801-1000; 3,000 – 7,000avro
  • Riga Stradiņš Universiteti 801-1000; 8,000 – 12,000avro
  • Vidzeme Universiteti 1001+; 1,500 – 3,000avro
  • Daugavpils Universiteti 1001+; 1,000 – 2,000avro
  • Liepaja Universiteti 1001+; 1,500 – 3,000avro
  • Rezekne Universiteti 1001+1,500 – 3,000

Latviyada aşağı büdcə ilə təhsil ala biləcəyiniz universitetlər

Latviyanın bir çox universitetləri aşağı büdcəli təhsil proqramları təklif edirlər. Aşağıda Latviyada büdcə ilə təhsil ala biləcəyiniz universitetlərin adları və onların orta təhsil haqları verilmişdir:

• Vidzeme Universiteti: 1,500 – 3,000 EUR/il

• Dauqavpils Universiteti: 1,000 – 2,000 EUR/il

• Liepaja Universiteti: 1,500 – 3,000 EUR/il

• Rezekne Universiteti: 1,500 – 3,000 EUR/il
Bu universitetlər yüksək keyfiyyətli təhsil proqramları təklif etsə də, digər universitetlərə nisbətən daha az xərc tələb edir. Buna görə də, onlar Latviyada büdcə ilə təhsil almaq istəyən tələbələr üçün ideal seçimdir. Lakin universitet seçimi təkcə büdcədən deyil, həm də tələbənin maraqlarından, karyera məqsədlərindən və digər amillərdən asılıdır.

Latviada islemek

Latviya, xüsusən də paytaxt Riqada bir çox iş imkanları təklif edən inkişaf etmiş bir ölkədir. Bu iş imkanlarından bəziləri ərizəçilər üçün də uyğundur. Bəzi iş imkanları aşağıda qeyd olunub:

Part-time iş: Riqada bir çox mağaza, restoran və kafe tələbələrə part-time iş təklif edir. Bu işlər adətən həftə sonları və axşamlar işləmək üçün uyğundur.

Dil tədrisi: Xarici dildə danışan tələbələr dil məktəblərində və ya özəl dərslər verməklə əlavə gəlir əldə edə bilərlər.

Turizm sektoru: Riqa turizm baxımından zəngin bir şəhər olduğu üçün turizm sektorunda işləmək imkanları var. Muzey, turist bələdçisi və otel işləri tələbələr üçün yaxşı seçim ola bilər.

Konsultasiya xidmətləri: Tələbələr universitetlər və ya konsaltinq firmaları üçün tədqiqat və konsaltinq xidmətləri göstərməklə gəlir əldə edə bilərlər.

İnformasiya texnologiyaları: Latviyada informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir və tələbələr proqram təminatının hazırlanması və ya veb dizayn kimi işlərdə işləyə bilərlər.

 

Latviada magistr tehsili Magistratura proqramları 1-2, doktorantura proqramları isə 3-4 il ərzində tamamlana bilər. Ümumiyyətlə, Latviyada magistatura pilləsi üzrə kafedralar; Tətbiqi Elmlər və İxtisaslar, İncəsənət, Dizayn və Memarlıq, Biznes və İdarəetmə, Kompüter Elmləri və İT, Təhsil və Təlim, Mühəndislik və Texnologiya, Ətraf Mühit Tədqiqatları və Yer Elmləri, İdman, Humanitar Elmlər, Jurnalistika və Media, Hüquq, Tibb və Sağlamlıq, Təbiət Elmləri və Riyaziyyat və Sosial Elmlərdir
İki milyondan çox əhalisi olan bir ölkə üçün Latviya həm dövlət, həm də özəl ali təhsil imkanlarının zəngin mədəniyyətinə malikdir. Xarici dillərdə tədris olunan proqramlar (xüsusilə ingilis və rus, bir neçə Alman və Skandinaviya dil proqramları ilə) memarlıqdan elmlərə qədər geniş ixtisas sahələrini əhatə edir. Xüsusilə, aviasiya sənayesində tibbi təhsil və ixtisaslar ölkədə ən populyar təhsil proqramlarıdır. Latviyada magistr təhsili beynəlxalq tələbələr üçün təxminən 3.700 EURO təşkil edir və magistr təhsili üçün təqaüdlər bir tədris ili üçün etibarlıdır. Latviada magistr ixtisasları

Ölkədə müxtəlif təhsil sahələri üzrə ixtisaslaşmış 60-a yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir və ali məktəblər əsasən böyük şəhərdə cəmləşib; Riqa, Dauqavpils və Liepaja universitetlərin ən çox yerləşdiyi şəhərlərdir. Bu universitetlərdən bəziləri akademik gələcək və kənd təsərrüfatı və sosial elmlər kimi sahələrdə tədqiqat fəaliyyətlərini planlaşdıranlar üçün idealdır, digərləri isə tibb kimi peşəkar karyeraya yönəlib. Ölkədə ən populyar magistr sahələri biznes, maliyyə proqramları və hüquqdur.
Latviyada Magistr Təhsili Almaq Üçün Tələb Olunanlar Nələrdir?

Latviyada magistr təhsili almaq üçün tələb olunan sənəd və qedyiyyat prosedurları sizin seçdiyiniz ixtisas, universitet və proqram növünə görə dəyişsə də, ümumi şəkildə aşağıda qeyd olunanlar tələb olunur:

• Universitet ərizə formasının doldurulması və tələb olunan sənədlərin təqdimatı

• Rüsumların ödənilməsi və qeydiyyat prosesinin tamamlanması

• Universitetə qəbul imtahanı varsa, iştirak etmək və seçdiyiniz universitetə qeydiyyat

• Yaşayış icazəsi prosesi və lazımi sənədlərin əl ilə universitetə çatdırılması.

Beynəlxalq tələbələrin Latviyada magistr proqramlarına qəbul olunmaları üçün bakalavr pilləsində bitirdikləri ali məktəbdə yüksək uğur qazanmalı və diplomları Latviya universitetləri tərəfindən qəbul edilməlidir

Şimali Avropanın ən gözəl və görülməyə dəyər olan ölkələrindən biri olan Latviyada yaz aylarında təxminən gündüz saatları 20 saata çata bilir. Aİ-yə üzvlük və Boloniya prosesindən asılı olaraq ali təhsil sistemini Aİ-yə inteqrasiya edən Latviyada dil təhsili 3-4 ilə, magistratura təhsili isə 1-2 ilə tamamlana bilər. Bu ölkədə universitetləri bitirmiş tələbələrin diplomları Mavi Diploma görə bütün Avropada tanınır.

Latviyada Magistr Təhsili Almağın Üstünlükləri Nələrdir?

Ölkədə müxtəlif təhsil sahələri üzrə ixtisaslaşmış 60-a yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir və ali məktəblər əsasən böyük şəhərlərdə cəmləşib: Riqa, Dauqavpils və Liepaja universitetlərin ən çox yerləşdiyi şəhərlərdir. Bu universitetlərdən bəziləri akademik gələcək və kənd təsərrüfatı və sosial elmlər kimi sahələrdə tədqiqat fəaliyyətlərini planlaşdıranlar üçün idealdır, digərləri isə tibb kimi peşəkar karyeraya yönəlib. Ölkədə ən populyar magistr proqramları isə biznes, maliyyə və hüquqdur.

Latviya bir çox ölkələrin və onların mədəniyyətinin təsirinə məruz qalmışdır və buna görə də, ölkədə müxtəlif və çoxlu rəngarəng mədəniyyətlər var. Bəzi şəhərlərdə orta əsrlərə aid tarixi binalar var və burada Avropanın ən yaxşı Art Nouveau memarlığının bəzilərini görmək olar. Çoxlu muzeylərin olduğu ölkədə hərbi tarix və qalalar mühüm yer tutur, ölkədə heykəllərin və abidələrin bol olduğu bir çox sənət qaleriyası da var.

Latviyada İmtahansız Magistr Təhsili Almaq Mümkündürmü?

Latviya universitetlərində namizəd tələbələrin arzu etdikləri ixtisas və proqram növündə təhsil almaq şansı var və belə ki, namizəd tələbələr heç bir imtahan vermədən magistr proqramlarına qəbul ola bilərlər. Bunun üçün, ölkəmizdə məzun olduqları ali məktəblərdən əldə etdikləri diplom sənədlərinin notarial qaydada tərcümə və təsdiq olunmuş surətləri ilə Latviyadakı ali məktəblərə müraciət edərək, heç bir imtahan vermədən ali təhsil ala bilərlər.

Latviada bakalavr təhsili
Latviyada müxtəlif sahələri üzrə ixtisaslaşmış 60-a yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir və ali məktəblər əsasən böyük şəhərlərdə cəmləşib. Riqa, Dauqavpils və Liepaja universitetlərin ən çox yerləşdiyi şəhərlərdir. Bu universitetlərdən bəziləri akademik gələcək və kənd təsərrüfatı və sosial elmlər kimi sahələrdə tədqiqat fəaliyyətlərini planlaşdıranlar üçün idealdır, digərləri isə tibb kimi peşəkar karyeraya yönəlib və Latviyada ən populyar magistr proqramları isə biznes, maliyyə və hüquqdur.

Latviyada bakalavr təhsili ala biləcəyiniz ixtisaslar hansılardır?

Latviyada bakalavr və magistr təhsili Boloniya təhsil proqramından asılı olaraq təklif olunur. Magistr proqramları 1-2, doktorantura proqramları isə 3-4 il ərzində tamamlana bilər. Ümumiyyətlə, Latviyada magistr pilləsi üzrə ixtisaslar;
Tətbiqi Elmlər və İxtisaslar, İncəsənət, Dizayn və Memarlıq, Biznes və İdarəetmə, Kompüter Elmləri və İT, Təhsil və Elm, Mühəndislik və Texnologiya, Ətraf Mühit Tədqiqatları və Yer Elmləri, İdman, Humanitar Elmlər, Jurnalistika və Media, Hüquq, Tibb və Sağlamlıq, Təbiət Elmləri və Riyaziyyat və Sosial Elmlərdir.

Latviyada imtahansız bakalavr təhsili almaq mümkündürmü?

Latviya universitetlərində namizəd tələbələrin arzu etdikləri ixtisas və proqram növündə təhsil almaq şansı var və belə ki, namizəd tələbələr heç bir imtahan vermədən bakalavr proqramlarına qəbul ola bilərlər. Bunun üçün, ölkəmizdə məzun olduqları ali məktəblərdən əldə etdikləri diplom sənədlərinin notarial qaydada tərcümə və təsdiq olunmuş surətləri ilə Latviyadakı ali məktəblərə müraciət edərək, heç bir imtahan vermədən ali təhsil ala bilərlər.

Latvia tehsil vizasi

Bundan əlavə, Latviya sərhəd nəzarəti olmayan Şengen zonasının bir hissəsidir və bu o deməkdir ki, viza tələbləri Fransa və Almaniya kimi ölkələrlə eynidir. Şengen zonasının hər hansı bir üzvü həmin əraziyə viza verə bilər, lakin siz vizanı verən ölkə vasitəsilə bölgəyə daxil olmalısınız, misal üçün; Polşanın verdiyi Şengen vizası ilə Fransadan keçə bilməzsiniz.

Latviya tələbə vizası 2 həftədən 4 həftəyə qədər verilir. Bu müddət bütün müraciətlərdə fərqli olacağı üçün müraciətlər səfərdən 1 ay əvvələ qədər edilməlidir.

Necə Müraciət Etməli?

Latviya tələbə vizası üçün müraciət etməzdən əvvəl siz tələbə ziyarəti vizası və ya ümumi tələbə vizası alacağınıza qərar verməlisiniz. Tələbə ziyarətçi vizası ölkəyə 3 aya qədər dil və ya yay məktəblərinə gedəcək şəxslərə verilir və bu halda vizanın müddətini və ya iş icazəsini uzatmaq mümkün deyil. Əgər 90 gündən çox təhsil almağa hazırlaşırsınızsa və Latviyada yaşamaq üçün kifayət qədər gəlirinizi sübut edə bilirsinizsə, sizə ümumi tələbə vizası lazımdır.

Lakin həmin şəxslər hazırlıq proqramının birinci kursunda təhsil alacaqları üçün onlara işləməyə icazə verilməyəcəkdir. Bununla belə, universitetə qəbul olunduqdan sonra birinci ildən etibarən onlara yaşayış icazəsi ilə həftədə 20 saat işləməyə icazə veriləcəkdir. Siz Latviya tələbə viazsını sizə yaxın olan viza verilən mərkəzdən əldə edə bilərsiniz. Əgər olduğunuz yerdə Latviya konsulluğu və ya Latviya səfirliyi varsa, buradan da müraciət edə bilərsiniz.

Latviyada Təhsil Almaq Üçün Tələbə Vizasını Necə Almaq Olar?

Latviyada təhsil almaq məqsədilə tələbə vizasını almaq üçün tələb olunan sənədlər var və bu sənədlərin tam olması viza prosedurunuzun rəvan getməsi üçün çox vacibdir. Latviya tələbə vizası üçün pasport, 2 pasport ölçüsü kartı, viza üçün müraciət haqqı, viza ərizə forması, ərizə və qəbul məktubu tələb olunur. Bunlardan başqa, nikahda olanlardan sağlamlıq arayışı, etibarlı doğum şəhadətnaməsi, cinayət keçmişi, hərbi xidmət haqqında arayış və ailə məlumatları da tələb olunur.

Müraciət zamanı tələbə sertifikatı, diplom və maddi vəziyyətinizi göstərən sənədlər də yanınızda olmalıdır. Sənədləriniz tamdırsa, əlavə müsahibəyə dəvət oluna bilərsiniz və əgər müsahibəyə çağırılsanız, sizdən müsahibə götürüləcək və dil testi də verə bilərsiniz. Bu məqamda nəzərinizə çatdırmaq istəyirik ki, görüşlərlə vizanın verilməsi müddətində gecikmələrin olması və ya müddətin uzadılması da qaçınılmaz bir haldır, bunu unutmayın.

Latviya Tələbə Vizası Üçün Hansı Sənədlər Tələb Olunur?

Siyahı şəklində bir daha qeyd etmək istəyirik ki, tələblər vətəndaşlığınızdan və hansı növ viza üçün müraciət etdiyinizdən asılı olaraq dəyişir, lakin ümumilikdə Latviya Şengen vizası üçün sizə lazım olanlar və sizdən tələb olunan sənədlər budur:

• Tamamlanmış ərizə forması

• Pasportunuz və iki pasport şəkliniz

• Latviyaya niyə daxil olmaq istədiyinizi izah edən məktub uçuş təsdiqi

• Qalmağınız üçün kifayət qədər vəsaitin sübutu – gündə ən azı €14 ($16.50)

• Universitetdən qeydiyyatdan keçdiyinizin sübutu

Bu sənədləri latış dilində notarial qaydada təsdiq edilmiş tərcümə ilə təqdim etməlisiniz və tələbə vizanız bütün təhsiliniz üçün etibarlıdır və unutmayın ki, AB, AEA və ya İsveçrə pasportunuz varsa, siz Latviyaya sərbəst daxil ola və qeydiyyatdan sonra istədiyiniz qədər qala bilərsiniz və burada sadalanan tələblər yalnız üçüncü ölkə vətəndaşlarına aiddir, qeyd edək ki, Böyük Britaniya vətəndaşları artıq üçüncü ölkə vətəndaşlarıdır

Tələbə Vizası Neçə Günə Çıxır?

Əgər sənədlərinizdə heç bir problem yoxdursa, Latviya tələbə vizası müraciət tarixindən etibarən 2 həftə ərzində yekunlaşdırılacaqdır. Əks halda viza müraciətiniz mənfi olarsa və ya rədd edilərsə, ona etiraz edə bilərsiniz. Etiraz üçün sənədlərinizin yeni nəzərdən keçirilməsini və ya yenidən qiymətləndirilməsini tələb edə bilərsiniz. Bununla belə, yeni imtahan üçün viza müraciəti haqqını yenidən ödəməli ola bilərsiniz. Vizaların verilməsi prosesinin uzana biləcəyi halda, müraciətlərə səyahət tarixindən 1 ay əvvəl başlamanız tövsiyə olunur.

Heç bir problem olmadığı təqdirdə isə 2 həftə ərzində vizanız veriləcək və vizanızı müraciət etdiyiniz viza prosesi mərkəzlərindən ala bilərsiniz, sənədləriniz tam deyilsə, vaxt hələ də uzadıla bilər və bu halda, siz onları səyahət tarixindən əvvəl ala bilməyəcəksiniz, buna görə də, müraciət zamanı bayram və həftə sonlarını hesablamaq çox faydalıdır.

Satış və marketinq: Tələbələr Riqada bir çox şirkətlərdə satış və marketinq vəzifələrində işləyə bilərlər