Back

Litvada tehsil
Orta əsr qaynaqlarında Litvaniya (Lietuva), rəsmi adı isə Litva Respublikası ( Republic of Lithuania) Avropada Baltik dənizinin şərq sahilində yerləşir, paytaxtı isə Vilnüs şəhəridir. Ölkə şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə  Polşa və Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. Ölkə əhalisinin dini inancı xristiandır və əhalisinin 77,5 % katolikdir (roma katoliki). Rəsmi dövlət dili litva dili, pul vahidi litdir. Ən böyük şəhərləri Kaunas və paytaxt Vilnüsdür. Ölkə əhalisinin 85%-i litvalılar ,qalan 15 % hissəsini isə polyaklar, ruslar,belaruslar və başqa xalqların etnik nümayəndələri təşkil edir. Litva 2004-cü ildən etibarən Avropa İttifaqının, NATO-nun və Şengen Sazişinin üzvüdür.

Litva yüksək keyfiyyətli təhsil proqramları təklif edən və xarici tələbələr üçün cəlbedici təhsil məkanı olan Avropa ölkəsidir. Litva Avropa Birliyinin üzvü olduğu üçün tələbələr Avropa standartlarına uyğun təhsil alır və beynəlxalq səviyyədə tanınan dərəcə əldə edirlər.

Litvada tədris dili adətən litva dilidir, lakin bir çox universitet və kollec ingilis dili tədris proqramları təklif edir. Xarici tələbələr üçün çoxlu təqaüdlər və təhsil haqqı endirimləri mövcuddur. Litvada yaşayış xərcləri digər Avropa ölkələrindən aşağıdır və universitet şəhərcikləri müasir və yaxşı təchiz olunmuşdur. Həmçinin, Litva təbii gözəllikləri və tarixi yerləri ilə tanınır və tələbələr bu gözəllikləri asudə vaxtlarında kəşf edə bilərlər.

Litvada yasam
Litvada yaşam xərcləri digər Avropa ölkələrinə nisbətən əlverişlidir. Əgər tələbəsiniz və büdcənizə qənaət etmək istəyirsinizsə, Litva bu cəhətdən Sizin üçün  lazımi imkanlar təqdim edir.

Bütün universitetlər xarici tələbələrə “hall of residence” adlanan yaşayış yerlərində qalmaq imkanı yaradır. Bu cür tələbə yerlərinin əksəriyyəti universitetlərin yaxınlığında yerləşir, bəziləri isə müəyyən qədər uzaqlıqdadır. Bir çox tələbə yaşayış məskənləri müasir texnoloji yeniliklərlə, o cümlədən WİFİ-la təchiz edilib. Adətən, “hall of residence”lərdə  duş kabinəsi və mətbəx ümumi istifadədə olur. Hər otaqda maksimum 2-3 nəfər yaşayır.

Tələbələr istəsə, “shared accomadation” adlanan tələbə evlərində də qala bilər, Belə evlərin qiyməti aylıq 50-100€ arası dəyişir.

Məsləhətli olar ki, seçdiyiniz universitet əməkdaşlarından qalacağınız tələbə evləri, qiymətlər, yaşayış şəraiti və s. zəruri şeylər haqqında əvvəlcədən məlumat alasınız.

Əlavə yaşayış yeri seçimi kimi, kirayə mənzillərdə qala bilərsiniz. Bu zaman aylıq qiymət 150-300€ təşkil edəcək.  Ümumiyyətlə şəhər mərkəzində 1 nəfərlik kirayə mənzil 435€, 3 nəfərlik isə 701€ qiymətindədir. Şəhər mərkəzindən kənar ərazilərdə 1 nəfərlik kirayə ev 301€, 3 nəfərlik isə 456€ təşkil edir.

Nəqliyyat xərcləri – Əgər qaldığnız yer universitetdən uzaqda yerləşirsə, dərsə gedərkən ictimai nəqliyyatdan istifadə etməli olacaqsınız. Ölkədə  bir nəfərlik ictimai nəqliyyat bileti 1.00 €, aylıq gediş haqqı isə 29.00 € civarındadır. Taksi qiymətləri 1 km məsafəlik normal tarifdə 0.60 € təşkil edir.  Əgər şəxsi avtomobil  istifadə edəcəksinizsə,  1 litr benzinin qiymətinin 1.19 € olduğunu nəzərinizdə saxlamalısınız.

Qida xərclərinə gəldikdə, gündəlik tələbat məhsullarından  1 litr süd – 0.86€, ağ çorək – 0.90€, 12 ədəd yumurta – 1.48€,1.5 litr su – 0.67€ ,  1 kq toyuq filesi –  4.96€, 1 kq mal əti – 7€ təşkil edir. Əlavə olaraq ucuz restoranda bir nəfərlik sifariş – 7.00€, nisbətən bahalı restoranda 2 nəfərlik üç kurs yemək 30.00€, 0.33 litr su – 1.18€ qiymətindədir.

Kommunal xərcləri – Əgər Siz 85 m2 sahəsi olan  mənzildə yaşasanız, elektrik, istilik, su, zibillərin daşınması kimi kommunal xərclərə aylıq 129.30€ ödəməli olacaqsınız. İnternet ödənişi ( 60 Mbps və daha çox, limtsiz data) aylıq 10.80€, 1 dəqiqəlik ilkin mobil tarif (endirimsiz) 0.09€ qiymətindədir.

İstirahət və sağlamlıq xərclərindən danışsaq, bir nəfərlik kinoteatr bileti 7.00€, aylıq fitnes klub ödənişi isə 29€, həftədə 1 saatlıq tennis meydançası icarəsi isə 19€  təşkil edir.

Kiçik ərazisi və nisbətən az əhalisi olmasına baxmayaraq, xarici tələbələrə arzu etdikləri keyfiyyətdə, ciblərinə uyğun büdcədə akademik təhsil təklif edən Litvada təqaüdlü təhsil almaq istəyirsinizsə, bizə müraciət edin, Sizin təhsil almağınız üçün gərəkli olan mərhələləri həyata keçirək.

TƏHSİL ŞƏRTLƏRİ

Hər il dünya üzrə orta hesabla ,6.500-dən artıq  tələbə xaricdə təhsil almaq üçün Litva universitetlərini seçir. Bəs Siz, necə? Öz ali təhsil təcrübənizi, karyeranızı, günü-gündən sürətlə inkişaf edən Litvada qazanmaq istəyərdinizmi? Litvanın təhsil sistemi çox əsrlik tarixə malikdir. Belə ki, Litvada elm-təhsil XVI əsrin ortalarından etibarən inkişaf etməyə başlayıb. 1579-cu ildə Vilnüsdə ilk yerli universitet quruldu. Bu Şərqi Avropadakı ən qədim universitetdir. Kaunas Universitetinin əsası isə 1922-ci ildə qoyulub. Statistikaya görə, hal-hazırda Litvada orta və ali məktəblər üzrə təhsilin keyfiyyəti demək olar ki, bir çox inkişaf etmiş Avropa ölkələri səviyyəsindədir. Ölkə uzunmüddətli təhsil ənənələrinə sahibdir. Ölkədə 22 universitet fəaliyyət göstərir.

LİTVADA TƏHSİL ALMAĞIN ÜSTÜNLÜKLƏRİ

• Universitet diplomlarının dünya miqyasında tanınması

• Karyera imkanlarının geniş olmağı

• Təhsil haqqlarının münasib olmağı

• Viza prosedurunun sadəliyi

• Əhalisinin mehriban və qonaqpərvər olmağı və nəticədə yerli mühitə daha tez adaptasiya olmaq

• Təhlükəsiz yaşam

• Digər Avropa ölkələrinə səfər etmək şansı: Beynəlxalq tələbə, Litvada təhsil alırkən, Avropada sərbəst hərəkət hüququ qazanmış olur. Vilnüsdən birbaşa uçuşlarla 2-3 dəfə Avropaya səfər etmək imkanı yaranır. Ölkənin dənizə birbaşa çıxışı olduğu üçün, tələbələr Baltik dənizi vasitəsilə ilə gəmi səyahətləri edə bilər.

Tehsil xercleri

Litva yaşayış və təhsil xərclərinə görə əksər Avropa ölkələrindən daha sərfəlidir. Yataqxana qiymətləri  70-350€, qida xərcləri 200-400€, ictimai nəqliyyat xərcləri isə 100-130€  arasında dəyişir. Orta hesabla, bir tələbə üçün aylıq ortalama yaşayış xərcləri 350-850€ -dur. Litvada -İllik təhsil haqqı bakalavr pilləsi üzrə- dövlət 2500-4500 euro , özəl 4500-6500 euro), magistratura pilləsi- dövlət 3000-5000 euro , özəl 6500-8500 euro) təşkil edir. Onu da nəzərinizə çatdıraq ki, illik təhsil qiymətləri ixtisaslara görə dəyişir. (məsələn, əczaçılıq 6000-7000 euro, baytarlıq 4500-5000 euro və s.) Tibb təhsilindən başqa digər ixtisaslar təxminən 2000-4000 avro arasındadır.

Universitet təhsilində müasir texnologiyalardan geniş tətbiq etmək, yüksək ixtisaslaşmış, peşəkar müəllim-professor heyətinin olması, dünya standartlarına cavan verən təhsil imkanlarının olması və s. bu kimi amillər xarici tələbələrin Litvada təhsil alması üçün zəmin yaradır. Bir çox dünya ölkələrində olduğu  kimi, həmyerli tələbələrimizin çoxu Litva universitetlərində təhsil almağı düşünür. Dövlət universitetlərində təhsil litva dilində təcrid olunur və pulsuzdur. Bundan əlavə dövlət və özəl ali məktəblər ödənişli  ingilis dilli proqramları da təklif edir. Litva da ali təhsil sistemi 3 mərhələdən ibarətdir : Bakalavr pilləsi 3-4 il,magistr pilləsi 1-2 il, doktorantura pilləsiisə 3-4 il davam etməklə təhsilin bütün sahələrində tətbiq olunur. Bir qayda olaraq, universitet seçimindən asılı olaraq, adətən ərizə forması, orta məktəbdə qazanılan nəticələr, həmçinin ingilis dili biliklərindən TOEFL və ya İELTS sertifikatı tələb olunur. Bundan başqa tələbələr seçdikləri ixtisas üzrə 1 illik baza  (foundation) kurslarında təhsil ala bilər və birbaşa universitetin 1-ci kursuna daxil ola bilər.

Litvada təqaüdlə təhsil

Litva xarici tələbələr üçün təqaüd almaq üçün bir çox imkanlar təklif edən bir ölkədir. Litva hökuməti, Litva Respublikasının Təhsil Nazirliyi, qeyri-hökumət təşkilatları və Litva universitetləri xarici tələbələrin təhsilini maliyyələşdirmək üçün müxtəlif təqaüdlər təklif edirlər.

Litvanın təqaüd proqramları adətən təhsil haqqını əhatə edir və bəzilərinə aylıq yaşayış xərcləri də daxildir. Həmçinin, xarici tələbələr üçün digər maliyyə yardımı variantları da mövcuddur, məsələn, Litvada işləmək imkanları var.

• Litva Respublikası Təqaüd Proqramı – Bu proqram universitetin bakalavr və aspirantura tələbələri üçündür və təhsil haqqını, aylıq yaşayış xərclərini, səyahət xərclərini və sığorta haqlarını əhatə edir.

• Litva Respublikası Hökuməti Təqaüd Proqramı – Bu proqram xarici tələbələrə tam zamanlı universitet təhsili üçün təqaüdlər verir. Tələbələrin seçdiyi proqramın təhsil haqqı, aylıq yaşayış xərcləri və səyahət xərcləri qarşılanır.

• Özəl Universitetlərin Təqaüd Proqramları – Litvanın bəzi universitetləri beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramları təklif edir. Bu proqramlar təhsil haqlarını və yaşayış xərclərini əhatə edə bilər.

• Erasmus+ Proqramı – Erasmus+ Avropa İttifaqının təhsil, gənclər və idman sahəsində tələbə mübadiləsi və əməkdaşlıq layihələri proqramıdır. Litvanın bir çox universiteti Erasmus+ proqramında iştirak edir və proqram çərçivəsində tələbələrə təqaüdlər verilir.
Litvada aşağı büdcə ilə təhsil ala biləcəyiniz universitetlər

Litvanın bütün universitetlərində aşağı büdcə ilə təhsil almaq mümkündür. Tələbələrin daha aşağı büdcə ilə bütün universitetlərdə təhsil ala biləcəyi bəzi seçimlər bunlardır:

Vilnüs Universiteti: Vilnüs Universiteti Litvanın ən prestijli universitetlərindən biridir və büdcə ilə təhsil almaq istəyən tələbələr üçün ideal seçimdir. Universitet xarici tələbələrə müxtəlif təqaüdlər təklif edir.

Vytautas Magnus Universiteti: Bu universitet Litvanın ən böyük universitetlərindən biridir və müxtəlif bakalavr və magistr proqramları təklif edir. Universitet aşağı büdcə ilə təhsil almaq istəyən tələbələrə də təqaüd verir.

Kaunas Texnologiya Universiteti: Bu universitet mühəndislik, elm və texnologiya sahəsində müxtəlif bakalavr və magistr proqramları təklif edir. Universitet Litva hökuməti tərəfindən təmin edilən tələbə təqaüdlərinə malik olduğu üçün aşağı büdcə ilə təhsil almaq istəyən tələbələr üçün ideal seçimdir.

Litva Sağlamlıq Elmləri Universiteti: Bu universitet tibb, stomatologiya, baytarlıq və digər sağlamlıq elmləri üzrə bakalavr və magistr proqramları təklif edir. Universitet Litva hökuməti tərəfindən verilən təqaüdlər və digər tələbə dəstəyi vasitəsilə tələbələrə aşağı büdcə ilə təhsil almağa kömək edir.

Aşağı büdcə ilə təhsil almaq istəyən tələbələr Mykolas Romeris Universiteti, ISM İdarəetmə və İqtisadiyyat Universiteti və Vilnüs Texniki Universiteti kimi digər universitetlərdə də tədqiqat apara bilərlər

Litvada təhsil haqqında
Təhsil dili:ingilis Ortalama təhsil haqqı:1500 – 6000 EUR/illik
Ortalama yaşam xərcləri:600 EUR (aylıq)
Maliyyə imkanları:Təqaüd, part-time işlər
Tələb olunan imtahanlar:TOEFL, IELTS, GRE, GMAT Semestr:Payız və yaz semestri
Viza növü:Şengen tipli
Top ixtisaslar:Mühəndislik, biznes, iqtisadiyyat
İxtisas dərəcələri:Bakalavr, magistr, doktorantura
Ən yaxşı tələbə şəhərləri:Vilnüs
Litvada təhsil dərəcələri

Litvada təhsil sistemi üç mərhələdən ibarətdir:

İbtidai məktəb (Mokykla) və Orta məktəb (Gimnazija): İbtidai və orta məktəb 6-16 yaş arası şagirdlərə verilir. İbtidai təhsil 4 il, orta təhsil isə 6 il davam edir. Burada şagirdlər oxu, yazı, riyaziyyat, tarix, coğrafiya, xarici dillər, musiqi, bədən tərbiyəsi, incəsənət və elm kimi müxtəlif fənləri öyrənirlər.

Lisey (Mokykla) və ya Peşə Məktəbi: Orta məktəb təhsili 16-19 yaşlı tələbələr üçün təklif olunur və 3 il davam edir. Şagirdlər peşə məktəblərinə gedib peşəkar ola bilərlər. Orta məktəbdə şagirdlər müəyyən bir sahəyə (elm, incəsənət, idman və s.) diqqətini cəmləyə bilirlər.

Universitet: Litvada universitetlər bakalavr, magistr və doktorantura proqramları təklif edir. Bakalavr proqramları adətən 3-4 il, magistratura və doktorantura proqramları isə daha uzun sürə bilər. Universitetlərdə təklif olunan sahələr arasında mühəndislik, elm, sosial elmlər, biznes, tibb, hüquq və incəsənət kimi bir çox seçim var.

Litvada tədris dili adətən litva dilidir. Bununla belə, universitetlər ingilis, alman və rus kimi digər dillərdə də kurslar təklif edirlər. Həmçinin, Litva Erasmus proqramına daxil olduğu üçün tələbələr digər Avropa ölkələrinin universitetləri ilə mübadilə proqramlarında da iştirak edə bilərlər.

Litva universitetləri
Vilnius Universiteti
801-1000; 1,500-€3,000
Vytautas Magnus Universiteti
1001+; €1,500-€3,000
Kaunas Texnologiya Universiteti
1001+; €2,000-€3,000
Litva Sağlamlıq Elmləri Universiteti
1001+; €2,500-€5,500
Mykolas Romeris Universiteti
1001+; €1,800-€3,000
ISM University of Management and Economics
1001+; €5,000-€7,000
Litvada təhsil üçün ən məşhur sahələr

Kompüter Mühəndisliyi:4 il€3,000-€6,000/il
Tətbiqi Riyaziyyat və İnformasiya Mühəndisliyi:4 il€2,500-€4,000/il
Biznes İdarəetməsi:3 il€2,500-€5,000/il
Biologiya:3-4 il€2,000-€5,000/il
Kimya:3-4 il€2,000-€5,000/il
Psixologiya:3-4 il€2,000-€5,000/il
İqtisadiyyat:3-4 il€2,500-€5,000/il
Memarlıq:5 il€2,500-€5,000/il
Hüquq:3-4 il€2,500-€4,000/il
Təhsil elmləri:3-4 il€2,500-€4,000/il

Litvada təhsil almaq üçün hansı sənədlər tələb olunur?

• ✓ Bakalavr təhsili üçün orta məktəbi bitirdiyiniz haqqında attestatın İngilis dilində tərcümə olunmuş kopyası

• ✓ Magistr təhsili üçün bitirdiyiniz ixtisasın bakalavr diplomu ( rəsmi tərcümə edilmiş formada)

• ✓ İngilis dilini akademik səviyyədə bildiyinizi təsdiq edən beynəlxalq sertifikatlar – TOEFL (minimum 60 TOEFL İBT-internet-based test), IELTS (minimum 5.5 dərəcə)

• ✓ Ümumvətəndaşlıq passportunun kopyası

• ✓ CV (Cirriculum Vitae)

• ✓ Motivasiya məktubu (1200-1400 simvol həcmində)

• ✓ Sənəd şəkli (3*4 sm ölçüdə)

• ✓ Milli və beynəlxalq yarışlarda, layihələrdə iştirak etmisinizsə, qazandığınız sertifikatlar

• ✓ Təhsil alacağınız müddətdə universitet ödənişi və yaşamaq üçün hesabınızda kifayət qədər vəsait olduğunu göstərən rəsmi bank sənədləri

• ✓ Bəzi universitetlərdə gərəkli olan müraciət üçün ödəniş
Litva tehsil vizasi
Litva təhsil müəssisəsində qəbul olunmaq: Litva universitetləri və kollecləri tələbələri üçün çoxsaylı proqramlar təklif edir. Bəzi təhsil müəssisələri öz viza təlimatlarına malikdir və sənəd toplama və digər məlumatlar üçün onların veb saytına baxa bilərsiniz.

Tələbə vizası üçün müraciət etmək: Təhsil müəssisəsində qəbul olunduqdan sonra, tələbə vizası üçün müraciət etməlisiniz. Bu proses Litvanın səfirliyindən, konsulluğundan və ya onların təmsilçiliyindən keçir.

Tələbə vizası üçün sənədləri hazırlamaq: Tələbə vizası üçün gərəkli olan sənədlər, şəxsiyyət vəsiqəsi, öyrənci təsdiqnaməsi, bank hesabı, səyahət sığortası kimi sənədlərdir. Bu sənədlərə dair tələbə vizası təlimatları təhsil müəssisəsinin veb saytında və ya Litvanın səfirliyindən alına bilər.

Viza rüsumu: Tələbə vizası almaq üçün ödəniş etmək lazımdır. Bu ödəniş məbləği ölkəyə və vizanın növünə görə dəyişə bilər

Litvada islemek

Litvada tələbələr üçün iş imkanları mövcuddur, lakin onlar məhduddur. Litvada tələbə yalnız tələbə vizası ilə müəyyən müddət işləyə bilər. Litvada iş tapmaq üçün litva dilini bilmək də faydalıdır, lakin bəzi işlər üçün ingilis dili də kifayətdir.

Tələbələr Litvada iş tapmaq üçün aşağıdakı resurslardan istifadə edə bilərlər:

Universitet karyera mərkəzləri: Litvada universitetlərin karyera mərkəzləri tələbələrə iş və təcrübə imkanları təqdim edir.

İş axtarış saytları: Litvada iş axtarış saytları var. “CV Online”, “Darbo birža” və “Mano darbas” kimi saytlar tələbələr üçün uyğun iş imkanları təklif edə bilər.

Part-time iş: Tələbələr restoranlarda, kafelərdə, mağazalarda part-time iş tapa bilərlər.

Təcrübə: Litvada təcrübə imkanları mövcuddur. Xüsusilə texnologiya, mühəndislik, maliyyə və marketinq sahələrində təcrübə imkanları mövcuddur.

Tələbələr tələbə vizası ilə həftədə 20 saata qədər işləyə bilərlər. Bununla belə, iş saatları tələbənin dərs saatları ilə ziddiyyət təşkil etməməlidir. Həmçinin, Litvada tələbə iş saatları yay aylarında daha çevik ola bilər.
Litvada məzun olduqdan sonra iş imkanları

Litva universitet məzunları üçün yaxşı iş imkanları təklif edən ölkədir. Litva son illərdə iqtisadiyyatını inkişaf etdirmək üçün bir çox addımlar atıb və bu, iş imkanlarını artırıb. Litvada xüsusilə texnologiya, mühəndislik, maliyyə və marketinq kimi sahələrdə yaxşı iş imkanları mövcuddur.

Litvada məzunlar iş tapmaq üçün aşağıdakı resurslardan istifadə edə bilərlər:

Universitet karyera mərkəzləri: Universitetlər məzunlarına iş tapmaqda kömək etmək üçün karyera mərkəzləri təqdim edir.

İş axtarış saytları: Litvada bir çox iş axtarış saytları var. “CV Online”, “Darbo birža” və “Mano darbas” kimi saytlar iş imkanları haqqında ən son məlumatları təqdim edir.

Əmək yarmarkaları: Əmək yarmarkaları Litvada iş imkanları haqqında öyrənmək üçün əla fürsətdir.

Netvörkinq: Litvada iş tapmaq üçün şəbəkələşmə çox vacibdir. İş dünyasındakı insanlarla ünsiyyət iş imkanlarını artıra bilər.

Bundan əlavə, Litva xüsusilə xarici dillərdə danışan insanlar üçün iş imkanları təklif edir. İngilis dili Litvada geniş istifadə olunan dildir və ingilis dilini bilmək xüsusilə beynəlxalq biznesdə vacibdir.

Litva uzunmüddətli təhsil ənənələrinə sahibdir. Bu gün ölkə universitet və kollecləri xarici tələbələrə  350-dən çox İngilis dilində təhsil proqramları təklif edir. Təhsil pillələri 3 səviyyədədir:

• ✓ Bakalavr

• ✓ Magistr yaxud spesifikləşdirilmiş peşəkar təhsil

• ✓ Doktorantura

Akademik təhsil ili sentyabrda başlayır, iyunun ortasında bitir, payız və yaz semestrlərinə bölünür. Tələbələr istəklərinə  uyğun full-time yaxud part-time təhsili seçə bilərlər.

Əgər universitetdə oxuyarkən Litva dilin öyrənmək istəyirsinizsə, universitetlər tərəfindən illik müxtəlif Litva dili tədris kursları təşkil edilir. Bu kurslarda iştirak etməklə Litva dilini hərətəfli şəkildə mənimsəyəcək və yerli xalqla rahatca ünsiyyətə girməklə dil bacarıqlarınızı daha da möhkəmləndirəcəksiniz.

Litvada bakalavr təhsili: illik 1300€-dan

Litvada magistr tehsili: illik 2300€-dan

Doktorantura təhsili üçün isə illik 8400€-dan qiymətlər başlayır.

Litvada pulsuz magistr təhsili
Təqaüd proqramı Latviya dövləti tərəfindən qarşılanır və Latvia Government Scholarship adlanır. Təqaüdə Latviya dövləti ilə razılaşması olan ölkələrin vətəndaşları müraciət edə bilər. Həmin ölkələrin sırasında Azərbaycan Respublikası da yer alır.

Tədris hansı dildə aparılır?

Bir çox proqramlar latış dilində tədris edilsə də, ingilis dilində də proqramlar mövcuddur. Ingilis dilində tədris olunan proqramlar ödənişli əsaslarla təklif edilir.

Təqaüd kimlərə verilir və təqaüd müddəti nə qədərdir?

Təqaüd bakalavr və magistr ixtisasları üçün 1 akademik il müddəti üçün verilir – bu 10 ay təşkil edir. (PhD – doktorantura təhsili alanlar üçün 11 ay)
Lakin təqaüd müddəti bitdikdə 1 tələbə 2-ci dəfə Latviya Dövlət Təqaüdünə müraciət edə bilər. Hər tələbə üçün yalnız 2 dəfə müraciət imkanı var.
Litvada magistr ixtisasları
Əgər tələbə magistr təhsilini Latviya Filologiyası, Latviya ədəbiyyatı, Latviya mədəniyyəti və Latviya tarixi – kimi ixtisaslar üzrə təhsil alarsa təqaüd 2 akademik il üçün verilir.

Akademik il Latviyada 1 Sentyabr – 30 İyun tarixləri arasında davam edir.

Təqaüdün miqdarı nə qədərdir? Xərcləri qarşılayırmı?

Təqaüd aylıq 500 avro təşkil edir. Bu məbləğlə tələbə ya təhsil xərclərini , ya da yaşayış xərclərini qarşılamalıdır. Təqaüd məbləği ödənişli əsaslarla (ingilis dilli proqramlarda) oxuyan tələbələrin bütün xərclərini qarşılamaq üçün kifayət etmir.

Kiçik ərazisi və nisbətən az əhalisi olmasına baxmayaraq, xarici tələbələrə arzu etdikləri keyfiyyətdə, ciblərinə uyğun büdcədə akademik təhsil təklif edən Litvada təqaüdlü təhsil almaq istəyirsinizsə, bizə müraciət edin, Sizin təhsil almağınız üçün gərəkli olan mərhələləri həyata keçirək.

LİTVADA TƏHSİL ALMAĞIN ÜSTÜNLÜKLƏRİ

• Universitet diplomlarının dünya miqyasında tanınması

• Karyera imkanlarının geniş olmağı

• Təhsil haqqlarının münasib olmağı

• Viza prosedurunun sadəliyi

• Əhalisinin mehriban və qonaqpərvər olmağı və nəticədə yerli mühitə daha tez adaptasiya olmaq

• Təhlükəsiz yaşam

• Digər Avropa ölkələrinə səfər etmək şansı: Beynəlxalq tələbə, Litvada təhsil alırkən, Avropada sərbəst hərəkət hüququ qazanmış olur. Vilnüsdən birbaşa uçuşlarla 2-3 dəfə Avropaya səfər etmək imkanı yaranır. Ölkənin dənizə birbaşa çıxışı olduğu üçün, tələbələr Baltik dənizi vasitəsilə ilə gəmi səyahətləri edə bilər.