Back

Norvecde tehsil
Norveç Skandinaviyanın,o cümlədən dünyanın  ən gözəl ölkəsidir. Ümumiyyətlə, bu ölkə bir neçə ildir ki, dünyanın ən gözəl yaşayış məskəni sayılır. Müəyyən qədər bahalı ölkə olmağına baxmayaraq burada bütün təhsil sistemi pulsuzdur. Heç bir təhsil haqqı mövcud deyil. Əvvəllər bu təhsil sistemi digər Skandinaviya ölkələrinə  aid olsa da hal-hazırda yalnız Norveçdə təhsil pulsuzdur.

Ümumiyyətlə, Skandinaviya ölkələri sakit həyat tərzi və yüksək təhsil sistemləri ilə seçilirlər. O cümlədən Norveçdə də  təhsil çox güclüdür. Norveçin Oslo universiteti dünyanın 50 ən yaxşı universiteti sırasındadır. Dünyanın bir çox ölkələrindən hər il buraya saysız hesabsız təhsil almaq üçün tələbə gəlir.Bura həm də ona görə axın çox olur təhsil pulsuzdur. Sadəcə yaşamaq xərcləri ödəyirlər tələbələr.Bu da Norveçdə təhsilin keyfiyyətindən xəbər verir.

Norveçdə uşaqlar altı yaşında birinci sinfə gedirlər. Burada orta məktəb onillikdir və bu onillik orta məktəbi  üç mərhələdə qruplaşdırmaq olar:

İbtidai sinif I (primary stage) 1 – 4-cü siniflər

İbtidai sinif  II (intermediate stage) 5 – 7-ci  siniflər

Orta məktəb  (lower  secondary stage) 8 – 10-cu  siniflər

Şagirdlər 10 – cu sinfi bitirdikdən sonra təhsil məcburi deyil, insanlar öz seçimlərinə uyğun qərar verirlər. Təhsillərini davam etdirmək istəyənlər 16 – 19 yaş arası  məcburi təhsildən sonrakı təhsil (Post-compulsory secondary education) adlanan təhsil  alırlar (11 – 13 siniflər).
Norveçdə dərs ili avqust ayı başlayır, iyun ayının ortalarında bəzən də sonunda bitir. Burada məcburi fənlərlə yanaşı seçmə fənlərdə mövcuddur. Məsələn, şagirdlər İngilis dilindən əlavə Alman və Fransız dilini də seçə bilərlər.

Norvecde bakalavr təhsili

Dünyanın bir çox ölkəsində ingilis dilində bakalavr proqramları olsa da Norveçdə ingilis dilində bakalavr proqramı mövcud deyil. Burada bakalavr oxumaq arzusunda olanlar Norveç dilini öyrənməyə məcburdurlar. Çünki burada balakavr proqramları hamısı Norveç dilindədir. Əgər siz Norveçdə bakalavr təhsili almaq istəyirsinizsə, o zaman Norveç dilini öyrənməlisiz.

Norvecde magistr tehsili
Norveçə təhsil almaq üçün gedənlər 90% magistr təhsili almaq üçün gedirlər. Çünki yuxarıda qeyd etdiyimiz kimi burada ingilis dilində bakalavr təhsili mövcud deyil.Lakin bakalavrdan fərqli olaraq magistr təhsili üçün ingilis dilli proqramlar mövcuddur. Norveçdə təhsil sistemi pulsuz olduğundan bura magistr və ya doktorantura pilləsi üçün gələnlərin sayı həddindən artıq çoxdur. Rəqabət o qədər böyükdür ki, sadəcə orta məktəbi bitirməklə burada Oslo universiteti kimi yüksək səviyyəli universitetlərə qəbul olmaq müşkül məsələ olubdur.

Norveç universitetləri qəbulu nəzərdən keçirərkən təkcə universitet qiymətlərini deyil, əlavə keyfiyyətləri və iş təcrübəsini nəzərədən keçirirlər. Bunun üçün bu ölkələrə sənəd təqdim edərkən belə faktorları nəzərə almaq vacibdir.
Norvecde magistr ixtisasları
Norveçdə bir çox ingilis dili proqramlarında təhsil ala bilərsiniz.  Hüquq, humanitar elmlər, riyaziyyat və mühəndislik və memarlıq sahələrində çoxlu seçimlər mövcuddur

Norvecde pulsuz magistr təhsili

Norveçdə magistr proqramı pulsuzdur.  Aylıq (yemək, içmək, sığınmaq) 1000 avrodur.  Norveçdə part-time iş icazənizlə xərclərinizin çox hissəsini işləməklə ödəyə bilərsiniz.  Yalnız Norveçdə gənclərin sayı az olduğu üçün tələbələr daha asan iş tapırlar.  Buna görə də, yaşayış xərclərinizin böyük hissəsini part-time işləməklə qarşılaya bilərsiniz.

Tələb olunan sənədlər

• Bakalavr diploma

• IELTS 6.0

• Maliyyə imkanları

• Tövsiyə məktubu(referans)

• Əlavə keyfiyyətlər

• Bir il öncə müraciət

Norveçdə hər hansı universitetə qəbul olduqdan sonra, sizə sadəcə qalmağınızı  təmin etmək kifayətdir. Yaşayış üçün üç imkandan yararlana bilərsiniz.

1.  Şəxsi hesabınıza

2.  QUOTA Scheme təqaüdü hesabına

3.  Təhsil Nazirliyi hesabına

Digər ölkələrə nisbətən bu ölkədə oxumaq daha sərfəli və faydalıdır. Çünki təhsil pulsuzdur.yalnız yaşamaq üçün maliyyə lazımdır. Digər dövlətlərdə isə təhsil haqqı 10000 dollardan başlayır.Digər tərəfdən burada təhsil almaq istəyənlərin arzusunu Təhsil Nazirliyi də reallaşdırır,maliyyə cəhətdən. Əgər Təhsil Nazirliyinin göstərdiyi proritet ixtisasdırsa, 90% nazirlik onu maliyyələşdirəcək.  Bu ölkədə təhsil almaq digər dünya ölkələrinin tələbələri kimi Azərbaycanlı tələbələrinin də maraq dairəsindədir.
Norvecde təqaüdlə təhsil

Norveçin dövlət universitetlərində təhsil haqqı olmadığı üçün təqaüd imkanları geniş deyil. Təqaüd şansları olsa da, bu proqramlar adətən maddi cəhətdən çox kasıb ölkələrin vətəndaşları üçün nəzərdə tutulur. Azərbaycan vətəndaşları üçün isə hal-hazırda hər hansı bir təqaüd proqramı mövcud deyil. Ola bilsin ki, gələcək illər üçün Təhsil Nazirliyi və ya Dövlət Neft Şirkəti bu ölkədə təqaüd məsələləri üçün davamlı bir addım atsın.
Norveçdə təhsil dili

Norveç universitetləri əsasən Norveç dilində təhsil verirlər. Bakalaviaturada təhsilin 97%-i Norveç dilindədir. Magistratura və doktoranturada daha çox ingiliscə proqram tapmaq mümkündür.

Norveç universitetləri müraciət edən tələbələrin dil biliyini IELTS və TOEFL kimi beynəlxalq dil seritikatları ilə təsdiq edilməsini istəyirlər.

Norvec universitetləri

Norveçin dövlət universitetlərində demək olar ki, təhsil haqqı yoxdur. Təhsil haqqının olmaması həm bakalavr, həm magistratura, həm də doktorantura proqramları üçün keçərlidir. Norveçin özəl univeristetlərində təhsil haqqı var və kifayət qədər bahadır. Məsələn, Norveç Biznes Məktəbində Biznes analitik üzrə magistratura proqramının 1 illik təhsil haqqı 10.000 avrodur. Universitetin statusundan da çox şey asılıdır. Ölkədə 7 universitet, universitet səviyyəsində 7 ixtisaslaşmış institut, 24 dövlət kollec universiteti, iki dövlət incəsənət institutu və 2 özəl kollec universiteti, 31 özəl institut (onlardan 22-si dövlət tərəfindən müəyyən maliyyə yardımı alır) fəaliyyət göstərir. Ali məktəblərdə oxuyan təxminən 195000 tələbədən 24500-ü özəl kollec və ya kollec universitetlərdə təhsil alır.
Norveçin ən yaxşı 5 universiteti:
1.Oslo Universiteti
2.Oslo Memarlıq və Dizayn Universiteti
3.Norveç Texnologiya Universiteti
4.Stavanger Universiteti
5.Norveç Həyat Elmləri Universiteti

Norveçdə təhsil dili

Norveç universitetləri əsasən Norveç dilində təhsil verirlər. Bakalaviaturada təhsilin 97%-i Norveç dilindədir. Magistratura və doktoranturada daha çox ingiliscə proqram tapmaq mümkündür.

Norveç universitetləri müraciət edən tələbələrin dil biliyini IELTS və TOEFL kimi beynəlxalq dil seritikatları ilə təsdiq edilməsini istəyirlər.

Norveç təhsil vizası

Norveçə təhsil almaq məqsədilə gələn xarici tələbələr uzunmüddətli vizaya (90 gündən artıq müddətə qalma) müraciət etməlidir. Viza rüsumu 35 avro təşkil edir. Viza üçün tələb olunan sənədlər aşağıdakılardır:

• Xarici passport

• Gediş və dönüş biletlərinin bronu

• İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış

• Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış

• Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı

• Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu

• Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta

• Şəkil 3.5×4.5 sm

• Hazır ərizə forması

• Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası

Norvecde yasam
Dövlət universitetlərində semestr haqqı 30-80 avro arasında dəyişir. Bu xərc administrativ xərc hesab olunur və tələbələrə nəqliyyat və s. kimi bir çox imkanlar təqdim edir. Norveçin özəl ali təhsil müəssisələrində isə təhsil haqqı ortalama 8.000 – 21.000 avrodur. Təhsil haqqı universitet və proqramlardan asılı olaraq dəyişir. Dövlət universitetlərində təhsil haqqının aşağı olmasına baxmayaraq orta aylıq yaşayış xərcləri olduqda yüksəkdir. Bir tələbənin aylıq normal yaşam xərclərini qarşılaması üçün təqribən 700-1300 avro lazımdır. Təhsil vizası tələbələrə həftəlik minimum 20 saat işləmə imkanı verir. Tələbələr bu imkandan istifadə edərək aylıq yaşam xərclərini müəyyən qismini qarşılaya bilərlər.

Təhsil və yaşayış xərcləri

• Dövlət universittləri üçün semestr üzrə: €300 – €700,

• Özəl Universitetlər üçün ortalama €8000 – €20000 arası dəyişir,

• Yaşayış xərcləri illik olaraq təxmini €6000 edir ki,  buda avropa ölkələrinə görə həqiqətən çox münasib hesab edilir.