Turkiyede tehsil
Xaricdə təhsil almaq istəyən tələbələrin ən çox müraciət etdiyi ölkələrdən biri Türkiyədir. Buna ən başlıca səbəb məhz Türkiyənin bizim üçün qardaş ölkə olmasıdır. Ölkəmizə coğrafi cəhətdən yaxın olması, milli-mədəni bənzərliyi, eyni dil ailəsinə mənsubluğu, insanların azərbaycanlılara qarşı sevgi və hörməti bizə qardaş ölkədə özümüzü evimizdəki kimi hiss etdirir. Bu kimi amillər azərbaycanlı tələbələrin Türkiyəyə axın etməsinə səbəb olur, nəinki azərbaycanlılar digər xarici tələbələrdə Türkiyəyə təhsil üçün axın edir. Türkiyənin köklü tarixi, geniş miqyasa sahib olması, vətəndaşların qonaqpervərliyi və ən əsası keyfiyyətli təhsil sistemi, sahib olduğu prestijli universitetlər və təhsil sferasında atdığı uğurlu addımlarla dünyada önəmli bir yerə gəlmişdir.
Turkiyede yasam
Bu, həyat tərzi və xərcləmə vərdişlərindən asılı olsa da, Türkiyədə bir tələbə namizədi üçün yaşayış xərcləri Avropanın digər ölkələri ilə müqayisədə olduqca aşağıdır. Yaşam xərclərini ödəmək üçün ayda 400-500 dollar arasında bir büdcə tələb olduğunu təxmin edilir. Dərsliklərin və inzibati ödənişlərin xərclərini ödəmək üçün hər semestr üçün 100-150 ABŞ dolları lazımdır
Türkiyə üçün oturum izni
Tələbələrin Tükiyə Respublikasında viza tarixindən daha uzun müddətli qalmaq üçün Şəhər Miqrasiya İdarələrindən randevu alaraq lazımlı sənədləri təqdim etməlidirlər. Şəhər Miqrasiya İdarəsindəki müraciət sayısından aslı olaraq sənədləri təhvil verdikdən 30-45 gün içərisində Oturum İzni kartınız adressinizə poçt yoluyla göndərilir. Miqrasiya İdarəsi qanuni dəyərləndirmə sürəsi 90 gündür. Ancaq tələbə ikametləri dəyərləndirməsi qısa və sadə olduğundan 45 gün içində hər hansı bir sms almayan tələbələrin Miqrasiya İdarəsiylə əlaqə saxlaması məsləhət görülür. Miqrasiya İdarəsinin Tələb etdiyi sənədlərin bir çoxu Türkiyəyə girməmişdən öncə öz ölkəsində bəziləri isə Türkiyədə alınmalıdır.
Turkiyede təqaüdlə təhsil
Türkiyə xarici tələbələr üçün burs programları təşkil edir. Azərbaycanlı tələbələrin yaranlandığı burs programından biridə Türk Dili Konuşan Ülkeler Burs Programıdır.
Program əsasən Azərbaycan Qazaxıstan, Özbəkistan, Türkmənistan və s. ölkələrin tələbələri üçün təkil olunmuşdur. Təqaüd programı bakalavr, magistr və doktorantura səviyyələrini əhatə edir. Təqaüd programında iştirak etmək üçün namizədlərdən tələb olunan bəzi kriteriyalar vardır:
• Bakalavr təhsili üçün 21 yaşın altında olmaq
• Magistr təhsili üçün 30 yaşın altında olmaq
• Doktorantura təhsili üçün isə 35 yaş altında olmaq
• Minimum akademik nailiyyət (hər hansı bir təhsil müəssisəsində qiymət ortalaması)
Bakalavr namizədləri üçün ortalama 70%
Magistr namizədləri və Doktorantura namizədləri üçün 75%
Turkiye universitetləri
• Boğaziçi Universiteti
• Hacettepe Universiteti
• Koç Universiteti
• OTDÜ (Orta Şərq Texniki Universiteti)
• Bilkent Universiteti
• Sabancı Universiteti
• İTÜ (İstanbul Texniki Universitet)
• Ankara Universiteti
• İstanbul Universiteti
• Ege Universiteti
• Anadolu Universiteti
• Atatürk Universiteti
• Dokuz Eylül Universiteti
• Qazi Universiteti
• Gebze Texniki Universiteti
Turkiyede islemek
Türkiyədə xarici tələbələr üçün iş imkanları çox vaxt ingilis dilinin qrammatikası və danışma bacarıqları kimi xüsusiyyətlərə əsaslanır. Türkiyədə tələbə kimi işləmək istəyən tələbələrin ilk olaraq universitetin karyera mərkəzlərindən və ya məşğulluq agentliklərindən kömək istəmələri tövsiyə olunur. Bununla belə, Türkiyədə ən çox müraciət edilən universitetlər aşağıdakılardır:
İngilis dili tədrisi: Türkiyədə ingilis dili müəllimlərinə hər zaman ehtiyac var. Xarici tələbələr üçün ingilis dilini öyrətmək, xüsusən də özəl dil məktəblərində və xarici universitetlərdə işləmək üçün bir fürsət ola bilər. Tərcümə işləri: Türk və İngilis dilləri arasında tərcümə edə bilən xarici tələbələr, xüsusən də müəssisələr, qurumlar və hüquq firmaları kimi müxtəlif sektorlarda tərcümə işlərinə tələbat ola bilər.
Turkiyede magistr tehsili
Türkiyə dövlətində magistratura təhsili yüksek lisans adlanaraq, tezli və tezsiz yüksek lisans olmaqla iki proqrama ayrılır. Əgər siz akademik karyera qurmaq və ya elmi fəaliyyət ilə məşğul olmağı düşünürsüzsə tezli yüksek lisans proqramına müraciət etməlisiniz. Yox əgər siz karyeranızda yüksəlmək və ixtisas biliklərinizi dərinləşdirmək üçün Türkiyədə magistratura təhsili almaq istəyirsinizsə, onda tezsiz yüksek lisans proqramına müraciət edə bilərsiniz. Tezli və tezsiz yüksek lisans proqramları arasındakı fərq sadəcə akademik karyeradır.
Tezli yüksek lisans proqramı 2 il davam etdiyi halda, tezsiz yüksek lisans proqramı isə 1 il davam edir. Eyni zamanda tezli yüksek lisans proqramında təhsil haqqı qiyməti 1500 manat olduğu halda, tezsiz yüksek lisans proqramında 3000 manat ola bilir. Tezli yüksek lisans proqramında ala biləcəyiniz dərslərin sayı 12-13, tezsizde isə dərs sayı 8-9 fənn ola bilir.
Turkiyede pulsuz magistr təhsili
Türkiyə dövlətində təhsil almaq üçün lazım olan şərtlər çətin olmadığı halda, burs (təqaüd) qazanmaq biraz çətin prosedurdur. Burada bir məqama diqqət etməlisiniz ki, magistratura proqramlarında tezli və tezsiz olaraq təhsil almaq istəyinizdən asılı olaraq, universitetlərin qəbul prosesi üçün tələb və göstəriciləri dəyişiklik göstərə bilir. Bunu nəzərə alıb siz özünüzdə qəbul olmaq istədiyiniz proqram və universitetləri dəqiqləşdirib, ali təhsil müəssisələrin rəsmi saytından məlumat ala bilərsiniz. Biz sizə ümumi qaydalar haqqında məlumat verəcəyik. Elə isə gəlin çox vaxt itirmədən başlayaq!
Türkiyədə bakalavr təhsili
Türkiyədə bakalavr təhsili universitetlərin təklif etdiyi təhsil səviyyəsidir. Bakalavr təhsili adətən 4 il davam edir və bakalavr dərəcəsi verilir. Bakalavr təhsili bir çox fərqli sahədə verilir, məsələn; hüquq, tibb, mühəndislik, sosial elmlər, sənaye və incəsənət, səhiyyə və ya turizm. Türkiyədəki universitetlər də beynəlxalq tələbələr üçün təhsil təklif edir və bir çox beynəlxalq tələbə tərəfindən seçilir. Kollecə daxil olmaq üçün tələbələrin etibarlı orta məktəb diplomu və ya oxşar təhsil səviyyəsi olmalıdır. Bu, həmçinin türk dili bilikləri və ya türk dili testi (YDS) kimi xüsusi bir dil imtahanından keçməyi tələb edə bilər.
Turkiyede təhsil almaq
Siz Türkiyə universitetlərinə 3 yolla qəbul ola bilərsiniz:
• Attestatla qəbul(imtahansız)
• DİM ilə qəbul
• YÖS və SAT imtahanları ilə qəbul
Heç bir imtahanda iştirak etmədən Türkiyənin özəl və dövlət universitetlərinə qəbul ola bilərsiniz. Bunun üçün sadəcə qəbul zamanı sizin attestat qiymətiniz və attestat ortalamanız nəzərə alınır.
Turkiyede lisans
Türkiyə universitetlərində Lisans və Önlisans deyilən təhsil sistemi var. Önlisans təhsil sistemi 2 illik olur və yarıbakalavr deməkdir. Azərbaycanda belə təhsil növü yoxdur. Bəzi kolleclər varki yarıbakalavr diplomu verir. Lakin Azərbaycanda kollec diplomu olan tələbələr universitetə sənəd verərkən universiteti yenidən 4 il oxuyur
Turkiyede onlisans
Türkiyədə isə Önlisans (yarı bakalavr) bitirən tələbələr yenidən universitetə müraciət etdikdə Lisans tamammlama deyilən bir təhsil alaraq 2 ilə universiteti bitirə bilir. Türkiyədə təhsil zamanı həmm 11-ci sinifin attestatı ilə həm də 9-cu sinifin şəhadətnaməsi ilə Önlisans (yarı bakalavr) təhsili almaq mümkündür. Bakalavr təhsili isə sadəcə 11 ci sinifin attestatı ilə və ya (Önlisans) Subbakalavr diplomu ilə mümkündür.
11 ci sinifi bitirən tələbələrin Önlisans (yarı bakalavr) oxuması daha yaxşıdırmı yoxsa Bakalavr oxuması daha yaxşıdır?
-Cavab: 11-ci sinifi bitirən tələbə yarıbakalavr oxuduğu halda 2 ilə bir diplomm alır daha sonra aldığı diplomla universitetə müraciət edərək yenidən 2 il oxuyub daha bir diplom alabilər. Beləliklə ilkin olaraq Önlisans (yarı bakalavr) müraciət edən tələbə cəmi 4 ilə 2 diplom ala bilir. Hər hansısa fors majir hallarda universitetinizi yarımçıq buraxsanız belə sizin ən az 2 ilin tamamında bir diplomunuz ola bilirki bu diplomda Azərbaycanın kollec diplomlarından üstündür.
9-Cu sinifdən Türkiyə dövlət universitetlərinə qəbul zamanı tələb edilən sənədlər aşağıdakılardır:
1) 9-Cu sinifin Attestatı (Şəhadətnaməsi)
2) 7-8-9 cu siniflərin qiymət çıxarışı
3) Xarici pasport (yaşı 18 dən aşağı olanlar valideyinlərin razılığı ilə pasport ala bilər)
4) Fotoşəkil 3×4 ölçüdə 4 ədəd
5) Fotoşəkil 4,5×6 ölçüdə 4 ədəd
6) Şəxsiyyət vəsiqəsi (şəkilli və yaxud şəkilsiz ola bilər)