Back

Yaponiyada təhsil
Yaponiya minlərlə adadan ibarət 377,975 kvadrat kilometr ərazini əhatə edir. Ölkənin 127 milyon əhalisi var. Bu ərazilərin təxminən 80 faizi kənd təsərrüfatı üçün yararsızdır və ərazisi dağlıq və ya sıx meşələrlə örtülüdür. Yaponiya İkinci Dünya müharibəsindən sonra qısa bir vaxtda qeyri-adi sürətlə inkişaf etdi və böyük, maraqlı bir ölkəyə çevrildi. Yaponiyanın inkişafının əsas səbəbi isə təbii ki, onun təhsil sistemi idi. Yapon təhsil sistemi dünyada ən çox öyrənilən təhsil sistemlərindən biridir. Odur ki, Yaponiya dünyada ən böyük iqtisadiyyata malik güclü ölkələrdən biri kimi seçilir. Elm və texnologiyanın inkişaf etdiyi bu ölkənin əsas gəlir mənbələrindən biri də elə məhz elm və texnologiyadır. Təhsilə olduqca dəyər verən bu ölkədə tibb və səhiyyə sahəsində işləyənlərin illik gəliri təxminən 80 min dollar, elm və texnika sahəsində işləyənlərin illik gəliri təxminən 70 min dollar, təhsil sahəsində işləyənlərin illik gəliri isə təxminən 60 min dollardır.
İqtisadiyyatın sənaye, nəqliyyat və tikinti sahələrində daha çox işçi qüvvəsinə ehtiyac duyulur.

 

Yaponlar kiçik yaşlarından ciddi və davamlı şəkildə müvafiq biliklərə yiyələnməyə başlayırlar. Uşaqlar bunu, yüksək səviyyəli məktəbə daxil olmaq, gənclər nüfuzlu universitetdə oxumaq, müvafiq seçimlərdə müsabiqələrdən keçə bilmək, daha sonra isə qabaqcıl şirkətlərdə çalışmaq üçün edirlər. Yaponiyada yüksək səviyyəli təhsil hər bir şəxsin gələcək uğurlarına zəmanət hesab olunur.

Təhsil sistemində aparılan mütərəqqi islahatlar II Dünya müharibəsindən sonrakı onilliklərdə ölkənin tərəqqisi və iqtisadi inkişafında mühüm rol oynayıb. 1947-ci ildə Fundamental Təhsil və Məktəb Təhsili qanunları qəbul olunub.

Məktəb Təhsili Qanunu bu gün də mövcud olan təhsil sistemini müəyyən edir:
• Məktəbəqədər təhsil – 6 yaşa qədər uşaqları əhatə edir.

Ümumi orta təhsil:
• İbtidai təhsil – 6 il;
• Aşağı orta məktəb – 3 il;
• Yuxarı orta məktəb – 3 il.

Ali təhsil:
• Bakalavriat – 4 il;
• Magistratura – 2 il;
• Doktorantura – 2 il.

Yaponiyada ibtidai və orta təhsilin aşağı pilləsində – I-IX siniflərdə təhsil icbaridir. 11 aylıq tədris ili apreldə başlayır və martda başa çatır. Dərslər məktəbdən asılı olaraq, həftədə 5 və ya 6 gün keçilir. Tədris ili üç semestrdən ibarətdir. Semestrlər arasında yaz, yay və qış tətili verilir. Məktəblərdə vahid məktəbli forması sistemi tətbiq olunur. İbtidai məktəb şagirdlərinin məktəbli forması orta məktəb şagirdlərinin geyimindən fərqlənir.

Ölkədə bütün dərsliklər pulsuzdur. Məktəblərdə alternativ dərsliklərdən istifadəyə də icazə verilir. Eyni zamanda, fənn müəllimləri də yardımçı dərslik, dərs vəsaiti hazırlaya bilərlər. Ancaq təhsili idarəetmə orqanları tərəfindən təsdiq edildikdən sonra onların istifadəsinə icazə verilir.

Yaponiyada müəllim hazırlığına və işə qəbul məsələsinə çox ciddi yanaşılır. Müəllimlər tələbləri kifayət qədər ciddi və sərt olan imtahan verdikdən sonra işə qəbul edilir. Müəllimlərin böyük əksəriyyəti könüllü şəkildə axşam saat 9-a qədər şagirdlərlə fərdi məşğul olmaqla məktəbdə işlərini davam etdirirlər.

Yaponiyanın orta məktəblərində bir müəllim eyni bir məktəbdə 6 ildən çox çalışa bilməz. Bu müddət bitdikdən sonra prefekturadakı digər məktəbdə və ya digər prefekturadakı tədris ocaqlarında işlə təmin edilir. İş yerini dəyişən müəllimin evlə təmin edilməsi təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilir.

2009-cu ilin statistik məlumatlarına görə, Yaponiyada 13536 uşaq bağçası, 22258 ibtidai məktəb, 10864 aşağı orta məktəb, 5183 yuxarı orta məktəb, 1026 xüsusi qayğıya ehtiyacı olanlar üçün məktəb, 64 texniki kollec, 406 yeniyetmələr üçün kollec, 773 ali məktəb, 3348 peşə ixtisas kolleci fəaliyyət göstərir.

Yaponiyada bir çox əcnəbi dillərin, xüsusilə ingilis dilinin tədrisinin təkmilləşdirilməsi prioritet kimi qəbul edilib. İngilis dilinin tədrisi səviyyəsinin yüksəldilməsi üçün hökumət Yaponiya Mübadilə və Tədris Proqramı çərçivəsində ingilisdilli ölkələrdən müəllimlər dəvət edir.

 

Yaponiyada təqaüdlə təhsil
Yaponiyada pulsuz ve teqaudle tehsil almaq şansı artıq xəyal deyil, Yaponiya səfirliyinin elan etdiyi bu təqüddən yararlana bilərsiniz.

Təqaüd proqramının məzmunu, imtahanın gedişatı, müraciət üçün şərtlər
“Təlimat kitabçası”:
Yapon dilində
İngilis dilində

Proqramın məzmunu
Bu proqram 2019-cu il aprel və ya oktyabr ayından başlayaraq adətən 2 il ərzində Yaponiya universitetinin magistr və ya doktorantura proqramına rəsmi qeydiyyatsız tələbə statusunda (tədqiqatçı tələbə) təhsil üçün nəzərdə tutulmuş proqramıdır.

Birbaşa magistr və ya doktorantura mərhələsinə də müraciət etmək mümkündür. Lakin, MEXT və qəbul edən universitetin qərarından asılı olaraq birbaşa magistr və ya doktorantura mərhələsi üzrə deyil, tədqiqatçı tələbə kimi (rəsmi qeydiyyatsız tələbə) təhsilə başlamaq olur (keçən il qalib gəlmiş hər 3 azərbaycanlı tələbə “tətqiqatçı tələbə”kimi Yaponiyaya getmişlər). Tətqiqatçı tələbə kimi qəbul olunduqdan sonra, tələbə həmin müddət ərzində öz universitetinin magistratura və ya doktorantura pilləsinə (universitetə qəbul üçün gəldikdən yarım il və ya 1 il sonra universitetə qəbul olmaq üçün lazım olan prosedurlara başlayır. Bunun üçün tələbənin yaxşı nəticələrinin olması da tələb olunur) müraciət edir və uğurlu nəticə qazanarsa qəbul olaraq təhsilini davam etdirir

Yaponiyada magistr tehsili
Yaponiyanın Tsukuba Universiteti 2023-2024-cü tədris ili üçün ali təhsilin magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir. Sözügedən xüsusi proqram Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edəcək problemləri həll etmək məqsədilə təsis edilib.

Yaponiyada viza almaq
Yaponiya viza siyasəti olduqca mütəşəkkil və başa düşülməsi asandır. Təsnifat iki əsas kateqoriyanı göstərir – qısa və uzunmüddətli vizalar. Birincisi, turizm, biznes və ya ailə/dost ziyarəti məqsədli səyahətlər zamanı əldə edilə bilər. Digər tərəfdən, ikinci növ əsasən yüksək ixtisaslı mütəxəssislərin immiqrasiyası, iş üçün immiqrasiya, start-up kimi müxtəlif səbəblər ilə əlaqələndirilir. Bəli, tələbələr üçün olan vizaları da əhatə edən ümumi viza kateqoriyası da var. Bu viza növünün əsas xüsusiyyəti Yaponiyada baş tutması nəzərdə tutulan elmlə bağlı faliyyətlərdir. Seçdiyiniz proqramdan asılı olaraq (müddəti, mövzusu və qurumu) sizə 3 aydan dörd ilədək müddət üçün keçərli olan viza verilə bilər. Universitet dərəcəsi almaq istəyən son sinif şagirdi ya da qısamüddətli kurslarda iştirak etmək istəyən biri ola bilərsiniz. İkebana və ya oriqami öyrənmək məqsədli qısa kurslar üçün səyahətlər istisna olmaqla, digər məqsədlərin hamısı təhsil kateqoriyasına aiddir. Tipik yapon mədəni fəaliyyətləri ilə bağlı mövzular, mədəni fəaliyyətlər viza kateqoriyasına aid olacaqdır.

Yaponiya tələbə vizası üçün yaş həddi yoxdur. Çünki hamımızın bildiyimiz kimi, öyrənmək üçün heç vaxt gec deyil. Buna baxmayaraq, bəzi təhsil müəssisələrində tələbə qəbulu üçün yuxarı yaş həddi ola bilər, odur ki, seçdiyiniz qurumun giriş şərtlərini özünüz yoxlamalı olacaqsınız. Lakin ölkəyə girişlə bağlı narahat olmayın, çünki Yaponiya tələbə vizası üçün hər hansı bir yaş həddi göstərilməyib.

Turizm vizalarının əksinə, Yaponiyada daha uzun müddət qalmaq üçün dünya vətəndaşlarının çoxunun viza alması lazımdır. Yaponiya üçün vizadan azad ölkələrin siyahısı kifayət qədər uzun olsa da, bu, əsasən qısamüddətli ziyarətlərə aiddir.

Yaponiya universitetləri və kollecləri
Yaponiyada bakalavr dərəcəsi verən 4 illik kolleclər və ali peşə dərəcəsi verən 6 illik təhsil müəssisələri fəaliyyət göstərir. 4 illik kolleclər dövlət əsaslı milli universitetlər, prefekturaların, bələdiyyələrin təsis etdiyi yerli universitetlər və özəl təhsil müəssisələrindən ibarətdir.

Kollec tələbələrinin böyük əksəriyyəti əyani proqramlar üzrə təhsil alırlar. Kolleclərdə ən prioritet ixtisaslar sırasına ictimai elmlər, biznes, hüquq, mühasibatlıq, mühəndislik, humanitar elmlər və pedaqoji ixtisaslar daxildir.

Ali təhsil müəssisələrində illik orta təhsil haqqı 1,4 milyon yen (10000 ABŞ dolları) təşkil edir. Bu xərclərin ödənilməsini təmin etmək üçün tələbələr günün müəyyən bir hissəsini işləyir və ya hökumətin dəstək verdiyi Yaponiya Təqaüd Assosiasiyasından borc götürürlər. Yerli hökumət qurumları, humanitar təşkilatlar və digər qurumlar da ali təhsil xərclərinin ödənilməsi üçün tələbələrə yardım paketləri təklif edirlər.

Yaponiyada elmin, təhsilin inkişafına göstərilən qayğı, insanların bu baxımdan nümayiş etdirdiyi yüksək əzmkarlıq ölkə həyatının bütün sahələrində özünü büruzə verir. Təsadüfi deyil ki, dünya universitetlərinin reytinq cədvəlinə görə Yaponiyanın Tokio, Kyoto, Keio, Uaseda universitetləri yüksək yerlər tutur.

Özəl təhsil müəssisələrinə qəbul ali məktəblərə ümumi qəbul olanların 80 faizini təşkil edir. Bununla belə, dövlət əsaslı milli universitetlərə qəbul olunmaq da yüksək qiymətləndirilir.

Yaponiyada kolleclər statusuna görə bizim orta ixtisas məktəbləri ilə eyni səviyyədədir. Bu təhsil müəssisələri texniki və yeniyetmələr üçün xüsusi hazırlıq kolleclərinə bölünürlər. Kolleclərdə humanitar, tibb və texniki elmlər üzrə 2 illik hazırlıq proqramları təklif olunur. Əksəriyyəti özəl olan bu təhsil müəssisələrinə daxil olmaq istəyənlərin sayı olduqca çoxdur. Kolleci bitirənlər universitetlərin II və ya III kursundan başlayaraq ali təhsil almaq hüququna malikdirlər.

Texniki kolleclərdə natamam orta təhsili olanlar 5 il, tam orta məktəbi bitirənlər isə 2 il oxuyurlar. Bu təhsil ocaqlarında elektronika, inşaat, maşınqayırma və digər fənlər tədris olunur.

Yaponiyada yeniyetmələr üçün kolleclərdə mühasib, dizayner, maşinist, proqramçı, avtomexanik, dərzi, aşpaz və digər ixtisaslar üzrə 1 illik peşəkar kurslar təklif edilir.

Bir çox kolleclər yalnız qadınlar üçün nəzərdə tutulub. Qadınlara əsasən ev maliyyəsi, ədəbiyyat, xarici dillər, pedaqoji, gigiyena kimi fənlər tədris olunur.

 

Yaponiyada islemek
Yaponiyada işsizlik 3 faizi keçmir. Hər hansı əcnəbi uğurlu vakansiya tapmaq üçün peşəkar təcrübəyə, aztapılan vərdişlərə, yaxşı təhsilə və ixtisasa malik olmalıdır. Bu zaman Yaponiya universitetlərindən birinin diplomu ən ideal variant hesab edilir. Təbii ki, yapon dilinə malik olmaq bu sırada ən ciddi tələblərdən biridir. Son illər Yaponiya hökumətinin ölkənin dünyaya daha geniş açılması, əcnəbi turistlərin buraya daha çox cəlb edilməsi siyasəti isə ingilis dili bilən işçilərə tələbatı xeyli artırıb.

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin rəsmi məlumatına görə, ölkədə 2018-ci ildə minimum əmək haqqı saatda 848 yen (təqribən 6,4 avro) təşkil edib. Prefekturadan asılı olaraq bu rəqəm saatda 737-958 yen (təqribən 5,6-7,2 avro) arasında dəyişir. Yaponiyada orta illik əmək haqqı təqribən 3 milyon 857 min 628 yen (təqribən 29 min 155 avro) və ya ayda 321 min 469 yen (2 min 430 avro) təşkil edir.

Yaponiya iqtisadiyyatının əcnəbilər üçün ən çox iş yeri təklif edən sahələri isə avtomobilqayırma, informasiya texnologiyaları, elektronika, tikinti, təhsil, qida sənayesi, maliyyə və bank işidir.

Bir çoxları çətinlik çəkmədən ingilis dili müəllimi ixtisası üzrə iş tapa bilərlər. Qızlar isə modelçilik biznesində və ya televiziyada da işləyə bilərlər. Avropa görünüşlü rəqqaslara və müğənnilərə də böyük ehtiyac var.

Yapon və beynəlxalq kadr agentiklərinin məlumatına görə, bu gün Yaponiyada ən çox tələbat duyulan peşələrin siyahısına bu ixtisaslar daxildir – həkim, incəsənət xadimi, mühəndis, avtomobilqayırma sahəsi üzrə mütəxəssis, satış üzrə menecer, model, xidmət sahələri üzrə işçilər, tərcüməçi, proqramçı, ali məktəb müəllimi, tikinti mütəxəssisi, alim, ingilis dili müəllimi, maliyyəçi və bank işçisi.

Yaponiyada yasam
Yataqxanalarda da qiymətlər fərqlidir. Ev kirayəsi minimum 280 $ (çox axtarsanız birinci mərtəbədə bir otaqlı 170 ABŞ dolları civarında ev də tapa bilərsiniz. Təbii ki, əşyasız) ətrafında ola bilər. Şəhərdən və ya universitetdən uzaqda yaşasanız yolpulu aylıq elə 100 $ edəcək. Ev kirayəsi qiymətini (orta) 400 $, kommunal xərclərinizi 500 $ ((qışda qiymətlər qalxır) elektrik, qaz, su, sığorta, internet, telefon), qidalanma üçün 500 $ (xəstəxana, yolpulu, gəzmək) nəzərdə tutmalısınız ki, bu da öz hesabınıza Yaponiyada yaşamaq üçün təhsil xərclərindən əlavə aya maksimum 1400 $ lazım olacaq.

Yaponiya universitetləri:
• Hokkaydo Universiteti
• Kioto Universiteti
• Kitasato Universiteti
• Kobe Universiteti
• Koyasan Universiteti
• Kyuşu Universiteti
• Matsuyama Universiteti
• Naqoya Universiteti
• Osaka Universiteti
• Sapporo Universiteti
• Tohoku Universiteti
• Tokio Texnologiya İnstitutu
• Tokio Universiteti
• Vaseda Universiteti
• Yokohama Milli Universiteti
• Yokohama Şəhər Universiteti

Yaponiya Universitetləri üçün Tələblər
Yaponiya universitetləri üçün tələblər bunlardır. Bununla belə, bu tələblərin hər bir universitet üçün fərqli olduğunu bilmək müdrikdir. Aşağıda vurğulananlar Yaponiya universitetləri üçün ümumi tələblərdir.
• Siz öz ölkənizdə 12 illik rəsmi təhsilinizi bitirməli və orta məktəb diplomuna malik olmalısınız.
• Müraciət etdiyiniz universitetin ərizə formasını doldurmalısınız.
• Lazım gələrsə, ödənilmiş ərizə haqqının sübutunu təqdim etməlisiniz.
• Əvvəlki kolleclərdən transkript və ya rəsmi sənədləri göstərməlisiniz.
• Pasport ölçülü fotoşəkilləri təqdim etməlisiniz.
• Etibarlı pasport və ya şəxsiyyət vəsiqəniz olmalıdır.
• Sizdə motivasiya məktubu və ya bir olmalıdır yaxşı yazılmış esse.
• Siz həmçinin təhsil müddətində yaşamaq, təhsil almaq, sağlamlıq və sığorta imkanlarınızı göstərən sənədləri təqdim etməlisiniz.

Yaponiyada İngilis dilini öyrənə bilərikmi?
Yapon Universitetlərində ingilis dilində bakalavr dərəcələrindən başqa daha yüksək dərəcələr əldə edə bilərsiniz. Yollardan biri də universitet mübadiləsidir.

Yaponiyada təhsil sistemi
Yaponiyada 595-i özəl olan 773 ali məktəbdə 3 milyona yaxın tələbənin təlim-tərbiyəsi ilə 172 mindən artıq müəllim məşğul olur. Ən nüfuzlu və qocaman dövlət ali məktəbləri arasında əsası 1877-ci ildə qoyulmuş Tokio, 1897-ci ildən fəaliyyət göstərən Kioto və 1931-ci ildə yaradılmış Osaka universitetlərinin adını çəkə bilərik. Onlardan başqa, xüsusi reytinqi ilə fərqlənən Hokkaydo və Toxoku universitetləri də tələbələrin ən çox maraq göstərdiyi ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər yetişdirirlər. Özəl universitetlər arasında isə Tyuo, Nixon, Vaseda, Tokay və Kansay universitetləri daha məşhurdurlar.

Dövlət universitetlərinə daxil olmaq üçün mütləq tam orta məktəbi bitirmək lazımdır. Ali məktəblərə qəbul 2 mərhələdə həyata keçirilir. Birinci mərhələdə, abituriyentlər universitetlərə qəbulu həyata keçirən milli mərkəzin apardığı sınaqlarda iştirak edirlər. Sınaqdan müvəffəqiyyətlə keçənlər bilavasitə universitetlərdə təşkil edilən qəbul imtahanlarına buraxılırlar.

Qeyd etmək lazımdır ki, özəl universitetlər qəbul imtahanlarını müstəqil olaraq həyata keçirirlər. Nüfuzlu və tam formalaşmış özəl universitetlərin nəzdində uşaq bağçaları, ibtidai, aşağı və yuxarı orta məktəblər fəaliyyət göstərir. Belə kompleks tədris ocaqlarında uşaq bağçasından yuxarı məktəbə qədər müvəffəqiyyətli nəticələr göstərmiş abituriyentlər universitetə imtahansız qəbul olunurlar.

Tədris prosesində ümumi elmi və xüsusi fənlərə bölünmə Yaponiya ali təhsilinin səciyyəvi xüsusiyyətidir. Tələbələr ilk 2 il ərzində ümumi fənləri – tarix, fəlsəfə, ədəbiyyat, ictimaiyyat və xarici dilləri öyrənməklə, həmçinin gələcək ixtisasları ilə bağlı xüsusi kursları dinləməklə ümumi hazırlıq keçirlər. Bu dövrdə tələbələr

seçdikləri peşənin mahiyyətini daha dərindən dərk edir, müəllimlər isə tələbə seçiminin ixtisas baxımından düzgün aparıldığına bir daha əmin olmaq, onun elmi potensialını dəqiq müəyyənləşdirmək imkanı qazanırlar. Bu mərhələni başa vurduqdan sonra tələbə öz ixtisasını, hətta fakültəsini də dəyişə bilər. Sonrakı 2 ili isə tələbələr seçdikləri peşəni dərindən öyrənməyə həsr edirlər.

Universitetlərin hamısında təhsil müddəti bakalavriat pilləsində 4 ildir. Ali tibb məktəblərinin tələbələri, stomatoloq və baytar ixtisaslarına yiyələnmək istəyənlər əlavə olaraq daha iki il təhsil alırlar.

Bəzi istisna hallardan başqa, tələbələrin bir universitetdən digərinə köçürülməsinə icazə verilmir. Lakin ayrı-ayrı universitetlər əcnəbi tələbələrin II və ya III kursa qəbulunu həyata keçirirlər. Bunun üçün əcnəbi tələbələrdən xüsusi imtahanlar götürülür.

Universitetlər tədris prosesini əsasən semestrlər üzrə təşkil edirlər. Tələbələrin qiymətləndirilməsində vahid bal sistemi qəbul olunub. Bakalavr pilləsini uğurla başa vurmaq üçün 124-150 arasında bal toplamaq tələb edilir.

Elmi-tədqiqat işlərində öz bacarıqlarını göstərə bilən ali məktəb məzunları 2 illik magistr (suşi) pilləsində təhsillərini davam etdirmək imkanı qazanırlar.

Magistr pilləsi üçün olan proqram ciddi surətdə elmi və peşəkar ixtisaslaşma nəzərdə tutur. 30 ballıq vahidlə qiymətləndirilən proqram üzrə ikiillik təhsildən sonra buraxılış imtahanı verilir.

Fəlsəfə elmləri doktoru elmi dərəcəsi (nakuşi) almaq üçün magistrlər 3 il, bakalavrlar isə 5 ildən az olmayaraq əlavə təhsil almalıdırlar. Doktorluq dərəcəsi proqramını mənimsəmiş doktorantlar 50 bal toplamalı, buraxılış imtahanı verməli, müvafiq tədris kursları və xüsusi tədqiqatlar əsasında dissertasiya işini müdafiə etməlidirlər.

Onu da qeyd edək ki, fiziki cəhətdən qüsurlu gənclərin ali təhsil almasını təmin etmək imkanlarının genişləndirilməsi Yaponiya hökumətinin qarşısında duran əsas məqsədlərdən biridir. Hökumət fiziki cəhətdən qüsurlu tələbələrin ali təhsil müəssisələrinə daxil olması üçün daha əlverişli qaydaların tətbiqinə davamlı səylər göstərir.

Yaponiyada pulsuz magistr təhsili
Beynəlxalq tələbələr  “WCO Human Resource Development Programme” təqaüd proqramı üzrə Yaponiyanın Aoyaa Gakuin Universitetində magistratura üzrə təhsil almağa dəvət olunurlar.

Namizədlərə olan tələblər:
Müvafiq müraciət formasının doldurulması
Öz ölkəsində gömrük siyasəti və idarəetmə sahəsində ən az 3 il iş təcrübəsi olmalıdır.
Mükəmməl ingilis dili biliyi (TOEFL IBT-79, PBT-550, IELTS-6.0. İngilis dilində təhsil almış namizədlər məzun olduğu universitetdən rəsmi təsdiq məktubu göndərə bilər.
2 tövsiyə məktubu
Bakalavr dərəcəsi (diplomun surəti)
Transkript
CV

Təqaüd dəyəri:
Təqaüd proqramı yerləşmə, yemək, nəqliyyat və digər yaşayış xərclərini, təhsil və səyahət/yol xərclərini  qarşılayır.
Aylıq təqaüd dəyəri 147,000 yen (1300 Amerika dolları) təşkil edir.

Yaponiyada işə düzəlmək və işçi vizası.
Yaponiyada immiqrasiya siyasətinə görə, hər hansı bir sənayedə və sferada yeni informasiya texnologiyalarının tətbiqi barədə müasir biliklərə sahib olan yüksək ixtisaslı işçilərə üstünlük verilir. Eyni zamanda, yalnız İngilis dilini deyil, həm də Yapon dilini bilən xaricilərə üstünlük verilir.

Yaponiyada məşğulluq məqsədi ilə daxil olmaq üçün aşağıdakı mərhələləri ayırmaq olar:
• İş axtarışı və ixtisasınıza uyğun işlərin tapılması.
• İşəgötürənlə əmək müqaviləsi bağlanması
• Ərizəçinin qalma vəziyyətini (Yaponiyada iş) müəyyən edən bir sertifikat almaq və ərizəçinin – əcnəbinin yaşadığı ölkədə Yaponiyaya iş vizasının alınması
• Yaponiyaya girdikdən sonra qeydiyyat

Yaponiyaya viza: sənədlər
Bundan sonra viza almaq üçün Yaponiya səfirliyinin konsulluq bölməsinə müraciət etməlisiniz. Müraciət edərkən Yaponiyaya viza almaq üçün aşağıdakı sənədlərə sahib olmalısınız:
• 2 nüsxədə Yaponiya üçün viza müraciəti forması (hər biri fotoşəkil əlavə olunur),
• xarici pasport, xarici pasportun ilk səhifəsinin surəti (foto və pasport məlumatları olan səhifə),
• Şəxsiyyət vəsiqəsinin sürəti
• Ərizəçinin “Yaponiyada İşləmə” statusunu müəyyən edən sertifikat və Sertifikatın surəti (ön tərəf).