Almaniyada tehsil
Almaniya 2018-ci ilin statistikalarına görə Avropanın ən böyük, dünyanın isə ən böyük dördüncü iqtisadiyyatıdır. Almaniyada 2017-ci ildən bəri 350.000-dən çox beynəlxalq tələbə təhsil alır. Ölkədə 400-dən çox universitet, 14.500-ə yaxın bakalavr və magistr proqramı təklif olunur. 16 ştatdan 11-də təhsil haqqı yoxdur və ya çox aşağıdır. Almaniya universitetləri dəqiq elmlər, tibb, mühəndislik və iqtisadiyyat kimi sahələrdə ixtisaslaşıb. Almaniyada alman, ingilis və ya hər iki dildə təhsil ala bilərsiniz. Almaniyada tehsil almaq üçün alman dilini bilmək məcburi deyil. Əgər ingilis dilində təhsil alacaqsınızsa, IELTS və ya TOEFL sertifikatlarından birini təqdim etməyiniz kifayətdir. Lakin bakalavr proqramlarının əksəriyyəti alman dilində olduğundan və ingilis dilli proqramların daha baha olduğunu nəzərə alaraq alman dilini bilmək üstünlükdür.