Estoniyada təhsil
İlbəil keyfiyyətli təhsil, təhlükəsiz şərait, büdcəyə uyğun yaşam şəraiti axtaran tələbələr öz ölkələrindən xaricə, tanınmış və öncül universitetlərə ali təhsil almaq üçün üz tuturlar. Bir çox tələbələrin, o cümlədən Azərbaycanlı gənclərin universitet seçimlərində Estoniya əsas mövqeyə malikdir. Əsaəsn tibb, texnologiya, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə mövcud ixtisas proqramları öz keyfiyyətinə və elmi-metodiki statusunua görə xarici tələbələrin diqqətini Estoniya universitetlərinə cəlb edir. Estoniya təhsil sistemindən danışmazdan əvvəl, ölkə haqqında qısa məlumata nəzər salaq:
Estoniya Baltik dənizinin sahilində yerləşən Şimal-şərqi Avropa dövlətidir. 1991-ci ildə Estoniya SSRİ-nin tərkibindən çıxandan sonra BMT-nin üzvü oldu. Qısa zamanda iqtisadi inkişaf cəhətdən böyük irəliləyişlər əldə etdi. Ölkədə digər Avropa ölkələrinə nisbətən xaricdən gələn insanlar əhalinin böyük hissəsini təşkil edir. Ölkənin yalnız üçdə ikisi etnik estonlardan ibarətdir. Eston dili, ölkənin dövlət dilidir. Əlavə olaraq, əhalinin dörddə biri rus dilində danışır. Ölkənin pul vahidi avrodur.