Latviada təhsil
Rəsmi olaraq Latviya Respublikası, Avropanın şimalında yerləşir və ölkə sərhədləri; Şimalda Estoniya, şərqdə Rusiya və Belarusiya, cənubda Litva ölkələri ilə həmsərhəddir. Latviya Respublikası 1918-ci il noyabrın 18-də yaradılmışdır və hökumət demokratiya ilə idarə olunur, Riqa Latviyanın ən böyük şəhəri və paytaxtıdır, ölkədə danışılan dil latış dilidir və istifadə olunan valyuta isə avrodur.
Latviya Baltik dənizinin şərq sahilində yerləşməklə, Şərq,Qərb,Şimal və Cənub arasında körpü rolunu oynayır. Ökənin həm fiziki-coğrafi mövqeyinin əlverişliliyi, idarəetmə sisteminin keyfiyyətliliyi, həm də əhalinin zəhmətkeşliyi sayəsində Latviya, bu gün kiçik ölkə olmasına baxmayaraq, kifayət qədər inkişaf etmiş dövlətdir. Latviyanın təxminən 2 milyon əhalisi var. Paytaxt Riqa opera, balet, incəsənət qalereyaları və muzeylərilə zəngin mədəniyyət tarixinə sahibdir. Hətta, 2014-cü ildə Riqa “Avropanın Mədəniyyət Paytaxtı” seçilmişdir.
Dövlətin rəsmi dili Latviya dilidir. Əhalinin çoxu latviyan və ingilis dillərində danışır. Bundan əlavə uzun müddət SSRİ-nin tərkibində olması səbəbiylə rus dili ölkədə çox işlədilən dillərdən sayılır.
Latviya NATO, Avropa Birliyi kimi beynəlxalq təşkilatların üzvü olmaqla, xarici tələbələrə dünya standartlarına uyğun təhsil imkanı verir. Mühəndislik, Tibb, Biznesin idarə edilməsi, Turizm, İctimaiyyətlə əlaqələr, bank işi, təbiət elmləri, sosial elmlər və s. ixtisaslar üzrə hər il 5500-ə qədər gənc öz ali təhsilini Latviyada almağı seçir. Latviya, müasir və təhlükəsiz tədris mühiti, beynəlxalq arenada tanınan akademik müəllim-mütəxəssis heyəti və təhsil proqramları, sərfəli qiymətlərdə təhsil haqqı, büdcəyə uyğun yaşayış imkanlarının olmasıyla xarici tələbələrin diqqətini ilbəil özünə cəlb edir.