Litvada tehsil
Orta əsr qaynaqlarında Litvaniya (Lietuva), rəsmi adı isə Litva Respublikası ( Republic of Lithuania) Avropada Baltik dənizinin şərq sahilində yerləşir, paytaxtı isə Vilnüs şəhəridir. Ölkə şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. Ölkə əhalisinin dini inancı xristiandır və əhalisinin 77,5 % katolikdir (roma katoliki). Rəsmi dövlət dili litva dili, pul vahidi litdir. Ən böyük şəhərləri Kaunas və paytaxt Vilnüsdür. Ölkə əhalisinin 85%-i litvalılar ,qalan 15 % hissəsini isə polyaklar, ruslar,belaruslar və başqa xalqların etnik nümayəndələri təşkil edir. Litva 2004-cü ildən etibarən Avropa İttifaqının, NATO-nun və Şengen Sazişinin üzvüdür.
Litva yüksək keyfiyyətli təhsil proqramları təklif edən və xarici tələbələr üçün cəlbedici təhsil məkanı olan Avropa ölkəsidir. Litva Avropa Birliyinin üzvü olduğu üçün tələbələr Avropa standartlarına uyğun təhsil alır və beynəlxalq səviyyədə tanınan dərəcə əldə edirlər.
Litvada tədris dili adətən litva dilidir, lakin bir çox universitet və kollec ingilis dili tədris proqramları təklif edir. Xarici tələbələr üçün çoxlu təqaüdlər və təhsil haqqı endirimləri mövcuddur. Litvada yaşayış xərcləri digər Avropa ölkələrindən aşağıdır və universitet şəhərcikləri müasir və yaxşı təchiz olunmuşdur. Həmçinin, Litva təbii gözəllikləri və tarixi yerləri ilə tanınır və tələbələr bu gözəllikləri asudə vaxtlarında kəşf edə bilərlər.