Macaristanda tehsil
Gözəl təbiətə, qədim tarixə və zəngin memarlıq abidələrinə malik olan Macarıstan Avropanın tən ortasında yerləşir. 2004-cü ildən Avropa birliyinə üzv olan Macarıstan digər Avropa ölkələrindən olan Ruminiya, Slovakiya, Ukrayna, Avstriya və s. ölkələri ilə həmsərhəddir. Təxminən 10 milyondan çox əhaliyə sahib olan Macarıstanın paytaxtı Budapeşt dünyanın ən gözəl və turistik şəhərlərindən bir hesab olunur. Gəzməli və görməli yerləri ilə yanaşı Macarıstan, Nobel mükafatı qazanmış alimləri və ixtiraçıları yetişdirən təhsil sisteminə malikdir. Yüksək keyfiyyətli təhsil sisteminə malik olan Macarıstan yerli tələbələrimizində xaricdə təhsil almaq üçün ən çox müraciət etdiyi ölkələrdən biridir. Yerli tələbələrimizlə yanaşı beynəlxalq tələbələrində xaricdə təhsil almaq üçün Macarıstanın turistik şəhəri sayılan və ən yaxşı universitetlərə malik olan Budapeşt və Debrecen şəhərlərini seçirlər.