Turkiyede tehsil
Xaricdə təhsil almaq istəyən tələbələrin ən çox müraciət etdiyi ölkələrdən biri Türkiyədir. Buna ən başlıca səbəb məhz Türkiyənin bizim üçün qardaş ölkə olmasıdır. Ölkəmizə coğrafi cəhətdən yaxın olması, milli-mədəni bənzərliyi, eyni dil ailəsinə mənsubluğu, insanların azərbaycanlılara qarşı sevgi və hörməti bizə qardaş ölkədə özümüzü evimizdəki kimi hiss etdirir. Bu kimi amillər azərbaycanlı tələbələrin Türkiyəyə axın etməsinə səbəb olur, nəinki azərbaycanlılar digər xarici tələbələrdə Türkiyəyə təhsil üçün axın edir. Türkiyənin köklü tarixi, geniş miqyasa sahib olması, vətəndaşların qonaqpervərliyi və ən əsası keyfiyyətli təhsil sistemi, sahib olduğu prestijli universitetlər və təhsil sferasında atdığı uğurlu addımlarla dünyada önəmli bir yerə gəlmişdir.