Macaristanda tehsil
Gözəl təbiətə, qədim tarixə və zəngin memarlıq abidələrinə malik olan Macarıstan Avropanın tən ortasında yerləşir. 2004-cü ildən Avropa birliyinə üzv olan Macarıstan digər Avropa ölkələrindən olan Ruminiya, Slovakiya, Ukrayna, Avstriya və s. ölkələri ilə həmsərhəddir. Təxminən 10 milyondan çox əhaliyə sahib olan Macarıstanın paytaxtı Budapeşt dünyanın ən gözəl və turistik şəhərlərindən bir hesab olunur. Gəzməli və görməli yerləri ilə yanaşı Macarıstan, Nobel mükafatı qazanmış alimləri və ixtiraçıları yetişdirən təhsil sisteminə malikdir. Yüksək keyfiyyətli təhsil sisteminə malik olan Macarıstan yerli tələbələrimizində xaricdə təhsil almaq üçün ən çox müraciət etdiyi ölkələrdən biridir. Yerli tələbələrimizlə yanaşı beynəlxalq tələbələrində xaricdə təhsil almaq üçün Macarıstanın turistik şəhəri sayılan və ən yaxşı universitetlərə malik olan Budapeşt və Debrecen şəhərlərini seçirlər.
Macarıstanda Təhsil Almağın Üstünlükləri Nələrdir?
• Ən vacib amil olan Macarıstan təhsil sisteminin yüksək səviyyədə olması; savadlı və peşakar pedaqoqlar tərəfindən universitetlərdə müasir texnologiya və avadanlıqlar vasitəsilə keyfiyyətli tədrisin təşkil olunması;
• Yüksək keyfiyyətli təhsilin verilməsinə baxmayaraq digər Avropa ölkələrinə və Şengen zonasına nisbətən Macarıstan universitetlərində illik təhsil haqqının münasib olması;
• Vizanın asanlıqla alınması və digər Avropa ölkələrinə vizasız səyahət imkanına malik olmaq
• Aylıq yaşam və nəqliyyat xərclərinin, ev və ya yataqxana qiymətlərinin çox münasib olması
• Təhsil aldığınız müddət ərzində və həmçinin universiteti bitidikdən sonra geniş iş imkanlarının olması;
• Macarıstan universitet diplomlarının dünyanın istənilən ölkəsində tanınması;
Bu kimi bir çox əsaslı səbəblərə görə məhz Macarıstanda təhsil almağa dəyər. Həmçinin Macarıstanda cinayətkarlığın aşağı səviyyədə olması tələbələrə güvən hissi verərək ölkəni daha da cazibəli edir. Macarıstanda İqtisadiyyat və Biznes yönümlü sahələrdə təhsil almaq istəyirsinizsə, Budapeşt şəhərində yerləşən ELTE, CEU, Szeged və Corvinus U.B kimi universitetlər ölkənin ən prestijli universitetləri hesab olunmaqla yerli tələbələrimizində seçimləri sırasında geniş yer almaqdadır. Xüsusilədə İT yönümlü ixtisas sahələrində təhsil almaq üçün Budapest University of Technology ən məsləhətli və təhsil keyfiyyəti ilə fərqlənən universitetlər arasındadır
Macarıstan Universitetlərinə Qəbul Prosesi Necədir?
Macarıstan universitetlərinə qəbul prosesində əsas odur ki, siz yüksək səviyyədə ingilis dil biliklərinə sahib olmalısınız. İELTS sertikatınız və minimal nəticəniz 6.0 olmalıdır. Əgər ingilis dil biliyiniz zəif və İELTS sertifikatınız yoxdursa, universitetlərin təşkil etdiyi 1 illik hazırlıq kusrlarında iştirak etməlisiniz. Hazırlıq dönəmini uğurla başa çatdırsanız, universitet səfirlikdə sizdən imtahan götürəcəkdir. Uğurlu olduğunuz halda universitet dərslərinə başlaya biləcəksiniz. Macarıstanda təhsil almaq üçün ikinci vacib məqam ondan ibarətdir ki, sizin mütləq şəkildə bank hesabınız olmalıdır. Siz həmin bank hesabınızı səfirliyə təqdim etməklə oradakı yaşam müddətiniz ərzində xərclərinizin qarşılanacağını sübut etməlisiniz. Viza rüsumu isə 60 avrodur. Macarıstanda bakalavr təhsili 3 il, magistr təhsili 2 il, tibb təhsili 6 il və Diş həkimliyi, Əzçaçılıq ixtisası isə 5 il davam edir. Qəbul sənədləri və proses haqqında bakalavr və magistr təhsili üzrə növbəti yazımızda sizinlə ətraflı məlumat paylaşacayıq.
Macaristan universitetləri
Aşağıdakı siyahıda siz Macarsıtanın ən yaxşı və reytingi yüksək olan universitetləri ilə tanış ola bilərsiniz:
• Szeged Universiteti
• Debrecen Universiteti
• Eötvös Lorand Universiteti
• Corvinus Universiteti
• Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti
Macarıstan universitetlərində illik təhsil haqqı nə qədərdir?
Qəbul olmaq istədiyiniz universitet və ixtisasdan asılı olaraq Macarıstan universitetlərində illik təhsil haqqı qiyməti 4000 avrodan başlayır.
Macarıstan universitetlərində təqaüdlə təhsil almaq mümkündür?
Bəli, növbəti yazımızda Macarıstanda tam təqaüdlə təhsil almaq haqqında ətraflı məqalələr paylaşacayıq.
Macarıstanda aylıq yaşam xərcləri nə qədərdir?
Əsasən sizin aylıq xərcləməyinizdən asılı olaraq 500-600 avro kifayət olacaqdır.
Sadəcə attestat qiymətlərimlə Macarıstanda bakalavr təhsili ala bilərəm?
Bəli, attestat qiymətləriniz ilə Macarıstanın təqaüd proqramlarından istifadə edə bilərsiniz.
Macarıstanda hansı dillərdə danışılır?
Macarıstanın yeganə rəsmi dili macar dilidir və bu dildə 9,896,333 nəfər danışır ki, bunun da ümumi əhalisinin təxminən 98,9%-i ana dili, 0,7-si isə ikinci dildir. Macarıstanda 26 aprel 1995-ci ildə ratifikasiya edilmiş Regional və ya Azlıqların Dilləri haqqında Avropa Fərmanı qəbul edildi və 14 azlıq dilini tanıdı və qorudu. Bu fərmanın müddəalarına görə, Macarıstan; Erməni, bosniya, bolqar, xorvat, alman, yunan, polyak, rumın, rus, serb, slovak, sloven və ukrayna kimi azlıqların danışdığı dillər xüsusi mühafizə altındadır. Macarıstanı 16,0% və 1.589.180 nəfərlə ingilis dili, 11% və 1.111.197 nəfərlə alman dili izləyir. Macarıstanda ingilis dilini bilmək böyük şəhərlərdə faydalı olsa da, kiçik qəsəbələrdə bu kifayət olmaya bilər.
Macaristanda islemek
Macarıstanda 2021-ci il məlumatlarına görə işsizlik səviyyəsi 4,1; məşğulluq səviyyəsi 74,1-dir. Macarıstan proqramlaşdırma, bank işi, marketinq mütəxəssisi, mühasib və yerli hökumət nümayəndəsi kimi peşələrdə üstündür.
Aşağıda Macarıstanda iş tapmaq istəyənlər üçün ən çox üstünlük verilən peşələr verilmişdir.
• Marketinq, satış və işgüzar ünsiyyət işçiləri
• İnsan resursları
• informasiya texnologiyaları elementləri
• Mühasibat və maliyyə işçiləri
• müştəri xidməti personalı
• avtomobil elementləri
• tikinti elementləri
• mexaniki mühəndislər
• Səhiyyə işçiləri
Macarıstanda Qidalanma və Qida Xərcləri
Macarıstanda ərzaq xərcləri üçün 2021-ci il üçün ərzaq və qiymət siyahısı aşağıda verilmişdir.
• Ucuz restoran yeməyi, 2,000,00 HUF
• Orta səviyyəli restoranda 3 yeməkli 2 nəfərlik yemək, 10,000.00 HUF
• McDonalds-da McMeal, 1,600.00 HUF
• 0,5 litr yerli pivə, 500,00 HUF
• 0,33 litrlik şüşə idxal edilmiş pivə, 600,00 HUF
• Kapuçino, 450,46 HUF
• 0,33 litrlik butulka kola, 346,08 HUF
• 0,33 litr şüşə su, 275,94 HUF
• 1 litr süd, 244,53 HUF
• Təzə ağ çörək (500 q), 244,51 HUF
• 1 kq düyü, 386,37 HUF
• 12 yumurta, 572.06 HUF
• 1 kq yerli pendir, 2.023,79 HUF
• 1 kq toyuq filesi, 1,487,23 HUF
• 1 kq qırmızı ət, 2,548,97 HUF
• 1 kq alma, 462,99 HUF
• 1 kq banan, 443,47 HUF
• 1 kq pomidor, 564,48 HUF
• 1 kq kartof, 294,61 HUF
• 1,5 litr su, 116,46 HUF
• Bir şüşə şərab, 1,495,00 HUF
• 1 qutu Marlboro siqareti, 1500,00 HUF
Macaristanda Yasam
Macarıstanda 2021 ev növü və kirayə evlərin qiymət siyahısı aşağıda verilmişdir.
• Şəhərin mərkəzində 1 otaqlı mənzil, 116,810.02 HUF
• Şəhərin mərkəzindən kənarda 1 otaqlı mənzil, 91,237.11 HUF
• Şəhərin mərkəzində bir otaqlı mənzil, 204,938.18 HUF
• Şəhərin mərkəzindən kənarda 1 otaqlı mənzil, 154,671.78 HUF
Macarıstanda Həyat və Sosial xərclər
Macarıstan Avropada Universitet təhsili almaq üçün ən iqtisadi ölkələrdən biridir. Tələbə qalmaq üçün müxtəlif variantları vardır. İstəyən tələbələrə yurdlardan ya da kirayəlik evlərdə yaşaya bilərlər. Ümumiyyətlə bir şagirdin aylıq yerləşmə xərci 150-200 Avro ətrafındadır. Nəqliyyat, qidalanma, ictimai xərclər və s. xərclər üçün ümumiyyətlə aylıq 300 – 400 Avro kifayət edir. Ümumi olaraq bir şagirdin aylıq xərclərinin 500-600 avro ətrafında olduğunu demək olar
Şengen vizaları ilə Bütün Avropada sərbəst dövran
Sahib olduğunuz Şengen vizası sayəsində, təhsilinin boyunca bütün Avropa ölkələrinə rahatlıqla səyahət edə biləcək, Avropa vətəndaşı kimi yaşayacaqsınız.
İqtisadi Təhsil və Yaşayış Xərcləri
Macarıstanda təhsil almanın xərci, ölkəmizdən aşağıdır. Yuxarıda bəhs edilən üstünlüklər də nəzərə alsaq, əlbəttə ki, çox daha məntiqli və üstünlüklü bir variantdır.
Macaristanda Təhsil
Macarıstanda universitet təhsili almaq olduqca asandır. Universitet imtahanına gərək qalmadan, Macaristanın ən prestijli universitetlərində Tibb, Əczaçılıq, Müdəndislik, Müəssisə və daha bir çox sahədə lisenziya və magistr təhsili almaq mümkündür. Üstəlik təhsil dili İngilis dilidir.
Macaristanda təqaüdlə təhsil
Təqaüd, hər il 5000 -dən çox beynəlxalq tələbə cəlb edən, demək olar ki, 80 ölkə və ərazidə beş qitədə mövcuddur. Hal-hazırda, Stipendium Hungaricum Proqramı ilə məşğul olan, bütün dərəcə səviyyələrində bütün ali təhsil sahələrini əhatə edən, part-time və doktorantura proqramları da daxil olmaqla, əsasən ingilis dilində aparılan 600-dən çox təhsil proqramı ilə məşğul olan 29 Macarıstan ali təhsil müəssisəsi var.
Stipendium Hungaricum proqramında mövcud təhsil sahələri:
Engineering science
Social science
Teacher training
Theology
Natural sciences
Arts education
Medical and Health science
Computer science
Təqaüd xərcləri və tələblər universitet və ixtisaslardan asılı olaraq dəyişə bilir. Aşağıda əsas qoyulan tələbləri qeyd edirəm:
• Ielts və ya TOEFL (İxtisaslardan asılı olaraq dəyişə bilir)
• Motivasiya məktubu
• Sağlamlıq barədə arayış
• GPA (İxtisaslardan asılı olaraq dəyişir)
Bəzi universitetlər imtahanla qəbul edir. Bu imtahanın nəticəsindən asılı olaraq siz qəbul alırsız. Yüksək nəticələri olan müəyyən sayda tələbələr təhsil haqqından azad olunma və yaşayış xərcləri kimi üstünlüklərdə qazana bilir.
Macarıstanda doktorantura üzrə təhsilinizi davam etdirə bilərsiniz. Əsasən tədqiqat işi və motivasiya məktubu tələb olunur.
Macaristan ən yaxşı universitetlər
• University of Debrecen – Beynəlxalq dərəcədə tanınmış və prestijli bir universitetdir. Tibb sahəsində çox məşhurdur. Tibbdən əlavə Mühəndislik, İdarəetmə, Sosial Elmlər, Humanitar Elmlər və digər bir çox sahələrdə təhsil verir.
• Corvinus University of Budapest – Akademik uğurları, beynəlxalq akademik bağlantıları ilə dünyada tanınmış, Macarıstanda isə yüksək səviyyəli universitetlərdən biridir. Beynəlxalq İdarəetmə, Sosiologiya, Qida Mühəndisliyi və digər sahələrdə təhsil ala bilərsiniz.
• University of Szeged – Macarıstan və Orta Avropanın ən önəmli universitetlərindən biridir. Tibb sahəsində çox məşhurdur. Tibbdən əlavə Kənd Təsərrüfatı, İncəsənət, İqtisadiyyat və Biznes Adminstrasiyası, Musiqi, Elm və İnformatika sahələrində təhsil ala bilərsiniz.
Macaristanda islemek
Macarıstan Avropada iş tapmaq üçün əlverişli ölkələrdən biridir. Macarıstan höküməti əcnəbi tələbərə həftədə 24 saat işləmək icazəsi verir. Buda təhsil müddətindəişləyərək həm təcrübə, həm də əlavə gəlir qazanmaq imkanı yaradır. Şirkətlərdə təcrübəçi olaraq çalışan tələbərində sayı kifayət qədər çoxdur. Əlavə olaraq, təhsilinizi bitirdikdən sonra ölkədə qalıb işləmək istəyirsinizsə, iş icazəsi almalısınız. Çox vaxt işə qəbul edən şirkət bu prosedurlarla məşğul olur. Bu icazəni alana kimi siz işləyə bilməzsiniz.
Macaristan tehsil vizasi
Macarıstan Şengen ölkələr qrupuna daxildir. Yəni, Macarıstana getmək üçün də Şengen vizası tələb olunur. Tələbə kimi gedirsizsə D kateqoriyalı vizaya müraciət edə bilərsiniz. Bunlar üçün Macarıstanın Bakıda yerləşşən səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.
Viza üçün ərizə forması:
– Viza üçün ərizə forması – tam və aydın doldurulmalı, səfər tarixləri dəqiq göstərilməklə ərizəçi tərəfindən şəxsən imzalanaraq təqdim olunmalıdır.
Şəkil:
– Son 6 ayda, ağ fonda çəkdirilmiş 3,5 x 4,5 ölçüsündə 2 ədəd rəngli şəkil tələb olunur. 1 şəkil ərizənin üzərinə yapışdırılmalıdır, digəri isə sənədlərə əlavə olunmalıdır.
Tibbi sığorta:
– Əgər tələbə universitet tərəfindən tibbi sığorta ilə təmin olunursa, bu haqda məlumat dəvət məktubunda qeyd olunmalıdır. Bundan əlavə, Şengen sazişinin bütün üzv ölkələri ərazisində etibarlı olmaq şərti ilə tibbi məqsədlər üçün bütün xərcləri, o cümlədən vətənə göndərməni əhatə edən və 30.000 avrodan aşağı olmayan 30 günlük səyahət sığortası (sığorta Şengen Sazişi üzv ölkələrinin ərazisində planlaşdırılan gediş tarixindən qüvvədə olmalıdır) təqdim olunmalıdır;
Təhsil məqsədli səfər üçün aşağıdakı sənəd tələb olunur:
– Universitetdən dəvət məktubu (Letter of Acceptance): təhsilin başlanğıc tarixi, ödənişin olunduğu haqda məlumat (əgər təhsil ödənişlidirsə) və digər məlumatlar.
Macaristanda magistr tehsili
Macarıstanda magistr üzrə təhsil almaq digər variantlardan olduqca sərfəlidir. Macarıstanın dünyaca tanınmış nüfuzlu universitetlərində 3000 – 5000 Avro arasında bir çox yüksək lisenziya proqramında təhsil ala bilərsiniz. Macarıstanda yaşayış və həyat xərcləri də Azərbaycanla müqayisədə yüksək deyil. Bu xüsusiyyətləriylə Macarıstan, Avropada İngilis dili üzrə təhsil almaq üçün ən ideal variantlardan biridir.
Macarıstanda master təhsili sonrasında 2 il iş və oturum icazəsi
Macarıstanda master təhsilinizin ardından iki il müddətlə tam zaman və professional olaraq master etdiyiniz sahədə işləyə, həm təcrübə əldə edib, həm də təhsil xərclərini qazana bilərsiniz. Bu iş həm də sizə Avropada karyera qurmağa qapı aça bilər. Macarıstanda magistr sizə və gələcək planlarınıza ölçü qazandıracaq.
Universitet ortalama balınız olan GPA nəticəniz minumum 71 olmalıdır. Macarıstanda tam təqaüdlə təhsil almaq üçün tələb olunan digər bir sənəd isə motivasiya məktubudur. Siz bütün bu tələb olunan göstəricilərə maliksinizsə, Stipendium Hungaricum təqaüd proqramı üçün tamamilə ödənişsiz şəkildə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatınız uğurla nəticələndiyi halda, siz müsahibəyə (interview) dəvət olunursunuz. Buradakı əsas məqam, siz həyəcan və stressli görünməyərək ünvanlanan bütün suallara rahat və özünüzdən əmin şəkildə cavablandırasanız. Viza asan şəkildə əldə edilir və rüsum tələb olunmur. Tələb olunan sənədlər əsasən bunlardan ibarət idi, lakin siz yenədə qəbul olmaq istədiyiniz universitet və ixtisasları araşdırıb, rəsmi saytlarından ətraflı məlumat ala bilərsiniz.
Macaristanda pulsuz magistr təhsili
Təqaüd proqramlarına müraciət Təhsil Nazirliyinin (TN) xətti ilə aparılır. Macarıstan üçün ən çox tanınan təqaüd proqramları Stipendium Hungaricum və Visegraddır. Bu gün isə haqqında danışacağımız təqaüd proqramı Stipendium Hungaricum-dur. Bu təqaüd proqramı bir çox ölkələrlə müqavilə imzalayaraq beynəlxalq tələbələrə Macarıstanda təqaüdlə təhsil almaq imkanı verir. Təqaüd proqramı çərçivəsində hər il 200 nəfərə yaxın tələbə Macarıstanda təqaüdlə təhsil almaq haqqı qazanır. Stipendium Hungaricum təqaüd proqramı tələbələrin illik təhsil haqqı, aylıq yaşam xərcləri, yataqxana, sığorta və tibbi müayinə xərclərini əhatə edir. Bununla yanaşı təqaüd proqram çərçivəsində tələbələrə hər ay 125 avro yəni 250 manat təqaüd verilir. Paytaxt və turistik şəhərlərdə təqaüd miqdarı tam olaraq kifayət etməsədə, Debrecen şəhərində və digər regionlarda həmin miqdar kifayət edir
Təqaüd Proqramına Qəbul Olmaq Üçün Hansı Göstəricilər Tələb Olunur?
Əsas tələb ondan ibarətdir ki, siz təhsil almaq istədiyiniz ixtisasla müəyyən uyğunluğa sahib olmalısınız. Yəni, siz təqaüd proqramında mövcud olan “Study” bölməsinə baxaraq tələb olunan müəyyən fənnlər ilə kreditləriniz uyğunluq təşkil etməlidir. İkinci tələb isə sizin ingilis dil bilikləriniz təhsil almaq və kommunikasiya əlaqələri qura bilməniz üçün yüksək səviyyədə olmalıdır. Əgər siz bakalavr təhsili müddətində ingilis dilində tədris almısınızsa, universitetdən buna dair arayış alıb təqaüd proqramına təqdim edə bilərsiniz. Əks halda siz İELTS və TOEFL sertifikatlarına sahib olmalısınız. Magistr təhsili almaq üçün isə İELTS balı minumum 6.0 olmalıdır.
Macarıstanda ilk universitet 1367-ci ildə yaradılmışdır və ali təhsilin tarixi təxminən 650 ildir. Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik sahələrində 3.5 il), Magistr təhsili isə 2 il davam edir. Tibb təhsili 6 il, Diş Həkimliyi və Əczaçılıq isə 5 ildir.
Macaristan dil kursu
Bu kurs hər biri 45 dəqiqə davam edən 100 ingilis dili dərsindən ibarətdir və bu il 4-29 iyul tarixlərində Budapeştdə International Business School-da keçiriləcək.
Kursun məqsədi ümumi və biznesyönümlü ingilis dili biliklərini bütün istiqamətlərdə (dinləmək, danışmaq, oxumaq və yazmaq) orta səviyyədə inkişaf etdirməkdir. Kursun iştirakçıları üçün Budapeştdə əyləncə proqramı – muzeyləri gəzmək, filmlərə baxmaq, görməli yerlərə səyahət etmək kimi sinifdənkənar fəaliyyətlər də nəzərdə tutulub. Bundan əlavə həftədə iki dəfə Macarıstanın ən gözəl tarixi və təbiəti olan yerlərinə eksursiyalar da təşkil olunacaq.
Tələbələr International Business School-un (Beynəlxalq Biznes Məktəbinin) kampusunda yerləşən yataqxanada qalacaqlar. Tələbələrə gündə 3 dəfə yataqxananın restoranında yemək veriləcək